Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Avropa anbarlara doldurmağa qaz axtarır, Rusiya isə... Qaz savaşının qalibi kim olacaq?

Tarix:31-08-2022, 10:13 Baxış Sayı:22

Avropa anbarlara doldurmağa qaz axtarır, Rusiya isə... Qaz savaşının qalibi kim olacaq?

İlham Şaban: “Hələ ki bu savaşın qalibi Rusiyadır, çünki...”

Ukraynadakı müharibə həm də Rusiya ilə Avropa arasında qaz savaşına səbəb olub. Rusiyada ümid edilər ki, qışa kimi Avropa ciddi enerji böhranı ilə üzləşəcək və o səbəbə Ukraynanı sulahlandırmağı dayandırıb Kiyevi Moskvaya güzəştə getməyə məcbur edəcək.

Bunu göz önünə alan Avropa Birliyi dövlətləri xeyli vaxtdır payız-qış mövsümünədək öz anbarlarını təbii qazla doldurmaqla məşğuldur. Buna xeyli dərəcədə nail də olurlar. Lakin Rusiya da özünə əmin kimi görünür.

Bu arada “Deyli Ekspress”in analitiki Tibo Spirle deyib ki, Rusiya “Şimal axını” boru kəməri ilə qaz axınını həmişəlik kəssə, Avropaya ölümcül zərbə vuracaq: “Rusiyanın daha əvvəl elan etdiyi qaz kəmərinin avqustun 31-dən sentyabrın 2-dək dayandırılması davam edərsə, bunun Avropa üçün ölümcül zərbə olacağından ehtiyat etmək lazımdır. Enerji təhlükəsizliyi üzrə ekspert Valeri Çoudanın dediyi kimi, ”Şimal axını 1"in tamamilə bağlanması 2023-cü ilin yanvar ayının əvvəlinə qədər AB-nin yığdığı qaz ehtiyatının tükənməsinə səbəb ola bilər. AB Rusiyanın yanacaq tədarükündəki payını azaldıb, lakin təşkilat hələ də Rusiya enerjisindən asılıdır", - o bildirib.

Norveçli enerji eksperti Sindre Knutsson isə “Der Spiegel”ə bildirib ki, Rusiya hər gün 13 milyon avro dəyərində 4 milyon kubmetr təbii qazı boşuna yandırmalı olur. Yəni 13 milyon avro itirir. “Rusiyada hər gün 4 milyon kubmetrdən çox təbii qaz yanır. Bu, ”Şimal axını"nın hələ də təmin etdiyi həcmin təxminən səkkizdə bir hissəsidir. Bazar qiymətinə görə bu təxminən 13 milyon avroya bərabərdir", - Knutsson bildirib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları Rusiyanı böyük miqdarda təbii qaz yandırmağa vadar edib. Məşəl Baltik dənizinin dibi ilə keçən magistral yola xammalın daxil olduğu yerdə yanır. “İndi bu nəhəng rus qazı məşəli Rusiya ilə Qərb arasında qarşıdurmanın yeni simvoluna çevrilib”, - deyə o əlavə edib.

İlham Şaban: Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - "İki sahil"

İlham Şaban

Maraqlıdır, Rusiya-Qərb qaz savaşının qalibi kim olacaq? Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban “Yeni Müsavat”a danışıb. Ekspert öncə 2021-ci ilin son dövrlərində baş verənləri analiz edib: “20-ci əsrin 70-80-ci illərində də Sovet Rusiyası ilə Qərb arasında soyuq müharibə dövrü var idi. Lakin o dövrün imkanları ilə müqayisə etsək, indi Rusiyanın imkanları qat-qat çoxdur. Nə də ki, indiki Rusiya 1990-cı illərin Rusiyasıdır. Hazırkı Rusiya əvvəlki dövrlə müqayisədə özünün istər valyuta ehtiyatları, istər Qərblə təmaslarında qazandığı təcrübə, informasiya texnologiyaları ilə qarşıdurmalara dəfələrlə hazırlıqlıdır. Ötən ilin statistik vəziyyətinə nəzər salanda bunu aydın görürük. Belə ki, 2021-ci ilin ortasında, yəni yayda, avqust ayında artıq qazın qiyməti 600 dolları keçmişdi. Oktyabr ayında isə qiymət 2 min dollar oldu. Sual olunur ki, axı həmin vaxt heç bir müharibə, hansısa qlobal qarşıdurma yox idi, bəs onda niyə qazın qiyməti birdən-birə qalxdı? Bu ona görədir ki, Rusiya əlindəki ən böyük strateji təsir vasitələrindən çox böyük məharətlə, təcrübəli şəkildə istifadə edir.

Bir şeyi də nəzərə almaq lazımdır ki, Rusiyanın Avropa içərisində, istər siyasətçilər, QHT və təşkilatlar, istərsə də KİV-də yerləşmiş çoxlu təsir qrupları var. Bu baxımdan lazımi anda stəkanda dalğa yaratmaq Rusiya üçün elə də problem olmadı. Bütün bunlar ona gətirib çıxartdı ki, sentyabrda bir çox siyasətçilər dedi, mətbuat yazdı ki, qarşıdan gələn qış çox soyuq olacaq, elə bir qış olacaq ki, Avropa hələ belə bir qış görməyib və sairə. Nəticə etibarı ilə Avropa yeraltı qaz anbarlarına qaz doldurmağa başladı və ajiotaj səbəbi ilə qazın qiyməti 2 min dollar oldu. Eləcə də dekabrda qiymət eynilə qaldı. Nəticədə Rusiya xeyli gəlir əldə etdi. İkinci bir tərəfdən, bu qış heç də çoxlarının gözlədiyi kimi sərt deyil, mülayim keçdi. Bəs necə olur ki, Qərbin texnologiyaları, öncəgörümlərinə baxmayaraq, 3-4 ay öncə vahimə yarana bilmişdi?  Görünür ki, insan faktoru hələ ki texnologiya vasitələrini üstələyə bilir və insanlar vasitəsilə çox şey əldə etmək olur.

Məlum olduğu kimi, fevral ayından Rusiya ilə Ukrayna arasında müharibə başladı və bundan sonra qazın qiyməti daha da artaraq, 3018 dollar səviyyəsinə qalxdı. Ötən  həftə isə bu məbləğ artıq 3526 dollar idi. Yalnız sonra müəyyən qədər - 400 dollar ensə də ancaq bunun özü  xeyli yüksək qiymətdir. Baxaq görək indi Qərblə Rusiya arasında nə baş verir? Avropa birliyinin 27 ölkəsi var, onun 19-da yeraltı qaz anbarı var, 9-u artıq 80 faiz yeraltı qaz anbarlarını doldurma həddini keçib. Bəs indi hansısa  narahatlığa bir əsas varmı?

Ümumiyyətlə, Avropa İttifaqı öz üzvləri qarşısında belə bir tələb qoyub ki, oktyabrın sonuna qədər 80 faiz yeraltı  qaz anbarlarının doldurulmasına nail olunmalıdır, gələn il isə bu, 90 faizdən az olmamalıdır. Artıq avqust ayı başa çatır və bir sıra ölkələr buna nail olublar. Hətta Almaniya ötən həftə 81 faiz həddini də keçdi. Bununla belə, görürük ki, Avropada onların adlı-sanlı qəzet və jurnallarda bu səpkidə materiallar çıxır - bizi qarşıda dəhşətli qaz qıtlığı gözləyir. Və bunu yenə müxtəlif faktorlarla izah edirlər. Qeyd edirlər ki, necə oldu ki, qazın qiyməti 3500 dolları keçdi? Və yaxud bildirilir ki,  avqustun 31-də “Şimal axını”      layihəsi  üzrə hər iki boru kəmərində Avropaya qazın ixracı dayandırılacaq. Rusiya anons edib ki, guya bu, 3 gün müddətinə baş verəcək. Bir neçə analitik deyir ki, birdən bəs 3 gün olmadı, Rusiya bunu daha tez bağlasa, bu zaman  başımıza nə gələcək? Artıq  mətbuat, sosial mediadan tutmuş siyasətçilərə qədər hamı bu məsələni müzakirə edir. Və bunun da fonunda  qırmızı rəngdə gedən informasiya çoxalır, məsələ birjalara sirayət edir və sairə.

Göründüyü kimi, Rusiya bundan çox yaxşı istifadə  edir. Reallıqda isə Rusiya tarixlərində ən böyük nailiyyətə nail olub. Xatırladım ki, 2019, eləcə də 2006-cı ildə də qaz krizisi olmuşdu. Həmin vaxt Avropanın 10 ölkəsi qazsız  qalmışdı, hansı ki, onlar Rusiya qazından tam asılı olan ölkələrdir. Həmin ölkələr yanvar ayında, yəni qışın “oğlan çağı”nda istilikdən məhrum olmuşdular. Lakin indi ötən dövrlə müqayisədə müxtəlif texnologiyalar, o cümlədən ölkələr arasında birləşdirici kəmərlər var, çoxlu işlər görülüb, nə qədər maye qazı qəbul edən stansiyalar tikilib. Həmçinin maye qazı təbii qaza çevirən qurğular yaradılıb, hansısa ölkədə bir problem olsa həmin qurğudan istifadə olunur qaz sisteminə qaz vurulur. Yəni texnologiya  baxımından çox şey inkişaf edib. Lakin biz görürük ki, Rusiyanın informativ baxımdan etdikləri Avropanı çaş-baş vəziyyətə salıb.

Halbuki gəlin baxaq görək SSR-i dağılanda enerjiyə çıxışı olmayan ölkələrdə vəziyyət necə idi? Enerjisi olan Azərbaycanda olan vəziyyəti unutmuşuq? SSR-i dağılanda ilk 10 ildə nəinki qış zamanı, heç yayda işıq belə verilmirdi. Bakının mərkəzində üçdə bir hissədə müəyyən qədər qaz var idisə, kəndlərində qaz təminatı tamamilə yox idi. İnsanlar istilik üçün meşələri, ağacları qırırdı. Bu baxımdan indi ortada mövcud olan hay-küy, sadəcə, təbliğat və təşviqatın, ideoloji müharibənin təzahürüdür, sırf iqtisadi məsələlərdən doğan bir şey deyil.

Beləliklə, tam əminliklə demək olar ki, burada hələ ki Rusiya qalibdir".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL