Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

İranda polis məntəqələrinə od vurulduğu xəbər verilir

Tarix:22-09-2022, 14:37 Baxış Sayı:20

İranda polis məntəqələrinə od vurulduğu xəbər verilir

Sosial media istifadəçilərinin sentyabrın 21-də yaydığı məlumata görə, hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb

İranda davam edən etiraz aksiyalarında sentyabrın 22-də Tehranda və başqa şəhərlərdəki polis məntəqələrinə və avtomobillərinə od vurulur.

Reuters xəbər verir ki, etirazçılar habelə təhlükəsizlik qüvvələrinə, ictimai polis rolunu oynayan Bəsic təşkilatının üzvlərinə hücumlar edirlər.

100 minə yaxın üzvü olan Bəsici, bəzən “əxlaq polisi” də adlandırırlar. Bu təşkilatın üzvləri vətəndaşların şəriət qaydalarına, o cümlədən qadınların hicaba riayət etməsinə nəzarət edirlər.

Xəbər verilir ki, sentyabrın 21-də Məşhəddə Bəsicin bir üzvü bıçaqlanaraq öldürülüb.

Təsnim və Fars agentliklərinin verdiyi bu xəbər Telegram platformasında yayılıb, çünki hər iki agentliyin saytları bloklanıb.

Bəsic üzvünün öldürülməsinə dair rəsmi təsdiq yoxdur.

Təsnim xəbər verib ki, Bəsicin daha bir üzvü Qəzvin şəhərində “qiyamçı və cinayətkarların”törətdiyi atışmada ölüb.

İranda internet kəsilir

Sentyabrın 21-də İran hökuməti ölkədən informasiya axınını dayandırmaq üçün İnterneti məhdudlaşdırmağa başlayıb. 22 yaşlı qadının hicab polisi tərəfindən saxlanandan sonra ölümü ölkə boyunca etirazlara səbəb olub.

Instagram, WhatsApp bloklanır

Londondan yerləşən NetBlocks internetə nəzarət qurumu bildirir ki, İran 2019-cu ilin zorakı noyabr etirazlarından bəri ən sərt internet məhdudiyyətlərinə məruz qalıb. O zaman benzinin qəfil bahalanması böyük etirazlara səbəb olmuşdu.

⚠️ #Iran is now subject to the most severe internet restrictions since the November 2019 massacre.▶️ Mobile networks largely shut down (MCI, Rightel, Irancell – partial)▶️ Regional disruptions observed during protests▶️ Instagram, WhatsApp restrictedhttps://t.co/8cCHIJA2Oi— NetBlocks (@netblocks) September 21, 2022

Sosial media istifadəçilərinin sentyabrın 21-də yaydığı məlumata görə, hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb.

İran hakimiyyəti indiyədək onminlərlə vebsaytı bloklayıb, kritik dönəmlərdə interneti məhdudlaşdırıb, yaxud tamamilə kəsib. 2019-cu ildə internet bağlantısı bir həftəyəcən olmamışdı.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL