Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Rusiya Ukraynada əsir götürdüyü 10 əcnəbini azad edib

Tarix:23-09-2022, 10:30 Baxış Sayı:20

Rusiya Ukraynada əsir götürdüyü 10 əcnəbini azad edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya çərşənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın vasitəçiliyi ilə Ukraynada əsir götürdüyü 10 əcnəbi döyüşçünü azad edib.

Sərbəst buraxılan məhbusların Amerika, Britaniya, Xorvatiya, Mərakeş və İsveç vətəndaşları olduğunu bildirən nazirlik məhbusları daşıyan təyyarənin krallığa endiyini bildirib.

“Səudiyyə Ərəbistanının müvafiq orqanları onları Rusiyadan alıb və krallığa köçürüb, indi onların öz ölkələri üçün prosedurları hazırlayır” – deyə, bəyanatda bildirilib.

Nazirlik məhbusların kimlikləri barədə məlumat verməyib. Səudiyyə rəsmisi onların beş britaniyalı, iki amerikalı, bir xorvat, bir mərakeşli və bir İsveç vətəndaşı olduğunu bildirib.

Britaniyanın Baş naziri Liz Trass tvitter səhifəsində “onlar və ailələri üçün aylarla davam edən qeyri-müəyyənlik və iztirablardan” sonra Britaniya vətəndaşlarının sərbəst buraxılmasını “çox xoş xəbər” kimi alqışlayıb.

Ailə nümayəndəsi çərşənbə günü Reuters agentliyinə bildirib ki, Rusiya ABŞ vətəndaşları – 39 yaşlı Aleksandr Drueke və 27 yaşlı Endi Hyuihi da azad edib.

Hər ikisi Alabama ştatından olan amerikalılar iyun ayında Rusiyanın işğalına müqavimət göstərən Ukrayna qoşunlarını dəstəkləmək üçün Ukraynanın şərqinə gedib və orada döyüşərkən ələ keçirilib.

Rusiyanın fevralın 24-də işğalından sonra çox sayda əcnəbi döyüşmək üçün Ukraynaya gedib. Onlardan bəziləri Rusiya qüvvələri tərəfindən döyüşçü olmadıqlarını deyən digər əcnəbilərlə birlikdə tutulub.

Reuters xəbər agentliyi azad edilənlər arasında Donetskdə ələ keçirilən və ölüm cəzasına məhkum edilən britaniyalı Şon Pinner və Mərakeş əsilli Brahim Saadunun olub-olmadığını dəqiqləşdirə bilməyib.

İsveçin xarici işlər naziri Ann Linde Mariupol limanında əsir götürülən və Donetsk Xalq Respublikasının qanunlarına əsasən ölüm cəzası gözlənilən İsveç vətəndaşının azad edilənlər arasında olduğunu təsdiqləyib.

Həm Ukrayna, həm də Rusiya qüvvələri münaqişə başlayandan bəri yüzlərlə əcnəbi döyüşçünü əsir götürüb və onların arasında bir neçə əsir mübadiləsi aparılıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL