1-02-2023, 12:51- Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər
1-02-2023, 10:03- Gəncədə ADAU-nun dekanı korrupsiyaya görə saxlanılıb
1-02-2023, 07:31- Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan etiraz
31-01-2023, 21:58- AXCP üzvü “Azərişıq”la bağlı etirazından sonra həbs olundu
31-01-2023, 20:51- Cavadxan qəsəbəsi: Adsız, işıqsız küçələr, palçıqlı yollar…
31-01-2023, 16:22- DİN əməliyyat keçirdi, saxlanılanlar var
31-01-2023, 14:54- İranla sərhəddə: ‘İki-üç gündür nə ora gedən var, nə də gələn’
31-01-2023, 06:47- QAX SAKİNİ: “ƏMLAK KOMİTƏSİ ELEKTRON XƏRİTƏDƏ PAY TORPAQLARIMIZI AZ GÖSTƏRİR”
30-01-2023, 20:38- Vəkili Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyini deyir
30-01-2023, 17:04- Ukraynada müharibəni dayandırmaq Putinə çətindir
30-01-2023, 15:45- İsrailin döyüş dronları İranın hərbi fabriklərini bombalayıb, zəlzələ isə Xoy şəhərini dağıdıb
30-01-2023, 14:01- 24 HAKİM, BİR QƏRAR
30-01-2023, 13:21- Bəxtiyar Hacıyevin 13 kloqramdan çox çəki itirdiyi deyilir
30-01-2023, 13:09- Goranboyda kimlər kəndçinin DİZİNİ YERƏ QOYUR? - NARAZILIQ VAR!
30-01-2023, 09:54- "Qaradağın Sultan Süleyman"ı və onun qara xəzinədarları
28-01-2023, 18:57- Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ”: Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?” – FOTO
28-01-2023, 17:53- Vəkillərinə Bəxtiyar Hacıyevlə görüş verilməyib
28-01-2023, 16:41- “Polislərin etinasız davranışı nəticəsində həyat yoldaşımın vəziyyəti pisləşdi”
28-01-2023, 13:31- SMDT: "2022-ci ildə sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi hüquqların pozulması üstünlük təşkil edib"
28-01-2023, 10:57- Məhkəmə 19 gündür aclıq edən Bəxtiyar Hacıyevi həbsdə saxlayıb
Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Siyahıya daha dörd fiziki şəxs və beş təşkilatın adı əlavə edilib.
Bu barədə Kanada xarici işlər naziri Melani Coli açıqlama verib.
Nazir qeyd edib ki, məhdudiyyətlər İranda davam edən insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilir. Siyahıya əsasən ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Həsən Kərəmi, “Cavan” xəbər agentliyi, eləcə də “Safiran Airport Services” şirkəti əlavə edilib. Kanada “Safiran Airport Services” şirkətinin İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya göndərilməsində iştirak etdiyi qənaətindədir.
Qeyd edək ki, bundan əvvəl İranda baş verən etirazlar fonunda Kanada İranın onlarla fiziki və hüquqi şəxsini, o cümlədən SEPAH üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib.
Həmçinin “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” şirkətləri də Kanada sanksiyalarına daxil edilənlər sırasındadır. Ottava iddia edir ki, bu şirkətlər Ukraynadakı müharibədə istifadə üçün öz məhsullarının Rusiyaya tədarükündə iştirak etmiş ola bilərlər.
Mənbə: TASS