Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Erməni deputat: Moskva Avropaya görə ‘qısqanclıq səhnəsi’ qurub

Tarix:27-01-2023, 16:26 Baxış Sayı:23

Erməni deputat: Moskva Avropaya görə ‘qısqanclıq səhnəsi’ qurub

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vigen Xaçatryan əmin olduğunu bildirib ki, Rusiya XİN-in Qərbin və Ermənistanın ünvanına tənqidləri “qısqanclıq səhnəsindən” başqa bir şey deyil.

 

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Brüsselin Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinə müşahidəçilər missiyası göndərmək qərarından qəzəblənən Moskva yanvarın 26-da bu məsələyə sərt reaksiya verib.

 

Rusiya XİN bəyan edib ki, Avropa İttifaqının nümayəndələri regiondakı sabitliyə yalnız ziyan vura bilərlər:

 

“Ermənistanın sərhədyanı bölgələrində, artıq ABŞ və NATO-nun əlavəsinə çevrilən və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin görünməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri kəskinləşdirə bilər”.

 

Rusiya XİN-in bəyanatında daha sonra deyilir:

 

“Avropa İttifaqının nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənmək və Rusiyanı sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionu dinc inkişafa qaytarmaq yolunda köklü maraqlarına ziyan vura bilər”.

 

Moskvanın bəyanatında deyilir ki, “Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları və Ermənistan sərhədlərində keşik çəkən Rusiya sərhədçiləri yaxın gələcəkdə regionun sabitlik və təhlükəsizliyi üçün əsas faktor olaraq qalırlar”.

 

Azatutyunun yazdığına görə iqtidar deputatı Xaçatryan deyib ki, Rusiya sadəcə olaraq öz fəaliyyətsizliyinə haqq qazandırmağa çalışır:

 

“Rusiyanın və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red) öz missiyalarını yerinə yetirmələri üçün bütün imkanları var və onlar çoxdan nəsə edə bilərdilər, amma heç nə etməyiblər. Əgər onlar öz öhdəliklərini yerinə yetirsəydilər, bu problem ümumiyyətlə yaranmazdı”.

 

Rusiya Aİ müşahidəçilərini təhdid edir

Rusiya XİN-in bəyanatında xəbərdarlıq edilir ki, “Rusiya sülhməramlı kontingenti yerində hadisələrin inkişafından asılı olaraq Aİ müşahidəçilərinin davranışlarına reaksiya verəcək”.

 

Moskvanın bəyanatında qeyd olunur ki, “Ermənistan KTMT missiyası istiqamətindəki işini məntiqi sonluğa çatdırmaq əvəzinə Aİ-nin xeyrinə seçim edib”.

 

Lakin Xaçatryan bu bəyanatla bağlı deyib:

 

“Ümumiyyətlə onların bizim xarici siyasətimizə qiymət vermək cəhdi düzgün deyil və mən bunu qeyri-diplomatik hərəkət hesab edirəm”.

 

Ermənistan XİN hələki Moksvanın bu bəyanatına reaksiya verməyib.

 

Avropa İttifaqı bu həftənin əvvəlində Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinə mülki müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.

 

Associated Press agentliyi bildirir ki, missiya barəsində qərar separatçı Qarabağda Ermənistanın təbirincə deyilərsə, “humanitar böhranın” yaşandığı dövrə təsadüf edir.

 

AP yazır ki, Aİ-nin bu addımı rəsmi Bakı tərəfindən də tənqid olunub, amma ABŞ missiyaya dəstək bildirib.

 

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL