27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir
25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO
25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb
25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı
25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?
25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir
23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb
23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)
23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı
23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR
23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’
22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO
22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb
22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar
22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”
22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB
Cümə günü İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra diplomatik münasibətlərin bərpa edilməsi, səfirliklərin yenidən açılması barədə razılığa gəlib.
Bu həftə Pekində “Ümumçin Xalq Nümayəndələri Konqresi”nin təntənəli iclası zamanı əldə olunan razılaşma Körfəz ərəb dövlətləri ABŞ-ın Yaxın Şərqdən yavaş-yavaş geri çəkildiyini düşündüyü bir vaxt çinlilər üçün böyük diplomatik qələbədir. Bu, həm də diplomatların Yəməndə illərlə davam edən - həm İranın, həm də Səudiyyə Ərəbistanının dərin kök saldığı münaqişəyə son qoymağa çalışdığı vaxta təsadüf edir.
İki ölkə bu razılaşmaya vasitəçilik edən Çinlə razılaşmaya dair birgə bəyanat yayıb. Çin dövlət mediası razılaşma barədə dərhal məlumat verməyib.
İran dövlət mediası görüşün Çində çəkildiyini təsvir edən görüntülər və videolar yayıb. Görüntülərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Musad Bin Məhəmməd Əl-Ayban və Çinin yüksək səviyyəli diplomatı Van Yi birlikdə olub.
“Qərar həyata keçirildikdən sonra hər iki ölkənin xarici işlər nazirləri səfirlərinin mübadiləsinə hazırlıq üçün görüşəcək” - deyə, İranın dövlət televiziyası bildirib.
Televiziyada danışıqların dörd gündən çox aparıldığı bildirilib.
amerikaninsesi.org