Anons

Haqqımızda Əlaqə

Əhməd Əhmədzadənin həbsi gözlənilir?

Tarix:7-09-2020, 10:39 Baxış Sayı:1070

Əhməd Əhmədzadənin həbsi gözlənilir?

Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər

Birinin çörəyi daşdan çıxır, yəni gecə-gündüz DAŞ yonur, biri gözəllik salonu açır QAŞ yonur, o biri diş ustasıdır, adamların ağzını sökür DİŞ yonur… Bir sözlə, hərənin çörəyi bir şeydən çıxır. Əhməd Əhmədzadənin çörəyi, əslində yüz milyonları isə SU-dan çıxır. Deyirəm 30-40 il əvvəl kimə desəydin ki, SU-dan milyonlar qazanmaq olar, adama gülərdilər. Çünki sadəlövh atalarımız ən ucuz şeyə " su qiymətinə” deyərdilər. Yəni biz hesab edirdik ki, dünyada sudan ucuz heç nə yoxdur. Amma Azərbaycanın keçmiş 1-ci katibi İmam Mustafayevin qohumu olan Ədməd Əhmədzadə suyun qiymətini vaxtında bilib. Yeri gəlmişkən, həmin vaxt imkansız olan Əhmədzadə qohumu İmam Mustafayevə deyib ki, rayonların birində köhnə-qədim qəbrlərdə qiymətli əşyalar, qızıl olmalıdır. Goreşən kimi qədim qəbrlərdə qızıl axtaranlar dəstəsi belə yaranıb. Nə isə mövzudan uzaqlaşmayaq. Bəli, Əhmədzadə qohumu İmam Mustafayevə yalvarıb ki, ozamankı prezident Əbülfəz Elçibəyə denən məni Suya müdir yox ee, Meliorasiya və Su Komitəsinə Sədr təyin etsin. Təsəvvür edirsiniz söhbət nazirdən artıq səlahiyyəti olan Komitə sədrindən gedir. Və prezident Əbülfəz Elçibəy tanımadığı, üzünü görmədiyi Əhmədzadə barədə FƏRMAN verib: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 1. Əhmədzadə Əhməd Cuma oğlu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin edilsin. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz ELÇİBƏY. Bakı şəhəri, 3 may 1993-cü il. № 548.
 
Və bu fərmanla Azərbaycan əkinçisinin, fermerinin, sahibkarının, kəndçinin evi yıxılıb. Bəli, Əhmədzadə dövlətin ayırdığı vəsaitlə qazılan artezian quyularının suyunu, digər su mənbələrini satmaqla milyonlara sahib olub. Pul verə bilməyən sakinlərin isə meyvəsi, taxılı, məhsulu zay olub. Məhz ona görə də sonuncu müşavirədə Prezident İlham Əliyevin suvarma sistemləri ilə bağlı qaldırdığı problemlərə Əhmədzadə cavab verə bilmədi. Bu gün ölkədə ən ciddi problemlərdən biri də əkin sahələrinin, təsərrüfatların susuz qalmasıdır. Əhmədzadə yalandan su itkisi adı altında dövlətin milyonlarla vəsaitini silir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla quda olan Əhmədzadə milyonlarla pulu xaricə daşıyır. Elman Rüstəmovun qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin xarici ölkələrdəki sərvəti fantastik sürətlə artır. Qeyd edək ki, Cümə Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur. Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Əhmədzadənin müavini Zakir Quliyevin xaricdəki əmlakı, qurumun Aparat rəhbəri Cahan Məmmədovun mülkləri saymaqla bitən deyil. Hamısı da oğurlanan dövlət vəsaitinin hesabına. Yəqin ölkəmizdə korrupsiyaya qarşı başlanan ciddi mübarizə Əhməd Əhmədzadədən və dostlarından yan keçməyəcək. ''Gündəlik Bakı''-nın araşdırma qrupunun təhlili göstərir ki, Əhmədzadənn həbsi gözlənilir.
Əli Rza Muxtar
dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL