Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyevin qanunsuz və qərəzçilik əməlləri barədə kənd sakinləri hara müraciət etsələr də, heç bir tədbir görülmür. Kənd sakinləri arasında narazılıq artıb…

Tarix:8-10-2021, 09:01 Baxış Sayı:109

Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyevin qanunsuz və qərəzçilik əməlləri barədə kənd sakinləri hara müraciət etsələr də, heç bir tədbir görülmür. Kənd sakinləri arasında narazılıq artıb…

Şikayətçilər: «Kəndimizin bələdiyyə sədri Əhliman Əliyevin qanunsuz və qərəzçilik əməlləri barədə hara müraciət etsək də, tədbir görülmür…»
Masallı rayonunun Sığdaş və Xanalion kəndlərində yaşayan bir qrup sakin Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinə və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı kollektiv müraciət qəbul ediblər.
Müraciəti aşağıda təqdim edirik:
Çox hörmətli cənab Prezident!
Hörmətli cənablar!

Yazıb Sizə bildiririk ki, 2020-ci ildən kəndimizə təyin olunmuş bələdiyyə sədri Əhliman Əliyevin qanunsuz və qərəzçilik əməlləri barədə hara müraciət etsək də, heç bir tədbir görülmür. Sanki bütün dövlət orqanlarında onun müdafiəçiləri vardır. Üstəlik, hər dəfə ondan harasa şikayət ediriksə, onu harasa çağırırlar və gəlib bizə qarşı daha da əsəbi və qərəzli olur. Amma tədbir görülmür.
Əhliman Əliyev bələdiyyə sədri seçiləndən sonra Xanalion kənd sakinlərinə məxsus pay torpaqlarını vəzifəli qohumlarının köməyi ilə ələ keçirib və imkan vermir ki, vətəndaşlar halal pay
torpaqlarını əkib becərsinlər. Zor gücü ilə vətəndaşlara məxsus pay torpaqları onların əlindən alır. 8 nəfərin əlində pays bəlli torpağın ntöybrb pasportu ola-ola, halbuki, özü onlara şərait yaratmaq, əkib becərməsi üçün yardım etmək əvəzinə, həmin torpaqları əllərindən almaq üçün təşkil etdiyi qrupla hər pay onlarla davadadır. Hətta iki kəndi üz-üzə qoyub Sığdaş kənd sakinləri Qəni Əliyevin və Hümmət Cəfərovun icarə torpaqlarının bütün sənədlərinby qanunsuz olmasına baxmayaraq öz çirkin əməlindən istifadə edərək onlara məxsus icarə torpaqlarını onların əlindən almaq istəyir.
Onun düzgün yolda olmadığını ona dediyi üçün məsçidin xidmətçisi Salman Qurbanovu qardaşı və digər qohumlarına doydürnmüşdür.
Hansı yolla seçilməsi məlum olmayan harınlamış bələdiyyə sədri təkcə sadə vətəndaşları yox, şəhid və qazilərinin də hüquqlarını əlindən almağa çalışır. Belə ki, Xanalion kənd sakini, 1-ci Qarabağ müharibisənin qazisi Bəşir Təhmasib Nəsrəddin oğlunu təhqir edərək onun dövlət tərəfindən ayrılan pensiya və sosial yardımını kəsdirəcəyi ilə hədəliyir. Bələdiyyə sədrinin vətəndaşlar ilə normal rəftarı olmadığından vergi də yığa bilmir. Bələdiyyənin büdcə vəsaiti hardan daxil olur, hara xərclənir, heç kimin xəbəri olmur. Kənd sakinlərinə məxsus 15 ha pay torpaqlarını zor gücü ilə zəbt edərək orada özünə məxsus təsərüffat qurmuş, ferma binası və xidmətçi evləri tikmişdir. Zəbt olunan həmin sahədə dövlətin vəsaiti hesabına arteziyan quyusu qazdırmış, su çıxmasa da əvəzinə öz ehtiyacları üçün işıq enerjisindən havayı istifadə etməkdədir. Qardaşına kənd təsərrüfatı təyinatlı torpaqda villa tikdirməkdə indi də davam edir.
O, yaxın qohumu Yusif Gənciyevin adına olan bir neçə hektarın icarəsindən yığılan 11 mindən çox icarə pulunu, dostu və iş birliyi olan Heydərəli Mircanəli Həsənağa oğlundan isə 8,06 icarəsinə görə 10 mindən çox icarə pullarını almır və alınması üçün də heç bir tədbir görmür. Onun «xidməti» nəticəsində Sığdaş ərazi nümayəndəliyi yuxarı orqanlara edilən ərizə və şikayətlərin sayına görə rayonda 1-ci yerdədir. Əsassız narazılıqlarla bağlı polis araşdırmaları hamını bezdirib. Məhkəməyə verilən iddiaları isə görsənmir. Çünki hamısı əsassızdır. Haqqında edilmiş ərizə və şikayətlər isə onun «xüsusi fəaliyyəti» sayəsində nəticəsiz qalır. Gülməli də olsa, bələdiyyə sədri standart bir məktub forması hazırlayıb ucdantutma hamıya məktub göndərir ki, Sizin qanunsuz olaraq zəbt etdiyiniz torpaq sahəsi var, təcili olaraq bələdiyyəyə gəlin, əks halda barənizdə cinayət işi açılması üçün yuxarı orqanlara müraciət ediləcək və s. Məktubda isə zəbt olunan torpağın harada olması, neçə hektar təşkil etməsi və s. barədə heç bir məlumat yoxdur. Bu isə onun hədə-qorxu ilə vətəndaşları özünə tabe etdirmək məqsədi güddüyünü ortaya qoyur.
Cənab Prezident, inanırıq ki, Sizə ünvanladığımız bu kollektiv müraciətimiz tezliklə nəticəsini göstərəcək.
Dərin hörmətlə kənd sakinləri:

Səfərov Hümmət Hacıəli oğlu,

Qurbanov Salman Əsabəli oğlu,

Əliyev Qəni Davud oğlu,

Novruzov Bəhruz Nadir oğlu,

Mirzəyev Məhəbbət Seyran oğlu,

Nəzərov Şahin Zəkəriyyə oğlu Qarabağ müharibəsi qazisi,

Şahverdiyev İdris Xəlil oğlu və başqaları


Araşdırmamız davam edir.

Qarşı Tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ardı var...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL