Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev: Heydər Əliyev və Azərbaycan həmkarları...

Tarix:11-10-2021, 13:12 Baxış Sayı:107

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev: Heydər Əliyev və Azərbaycan həmkarları...

Xalqımızın tarixi köklərinə xas xüsusiyyəti olan yardımlaşmaq, dəstək olmaq, kömək göstərmək kimi müsbət keyfiyyəti təkmilləşərək gələcəyə doğru yol alıb. Azərbaycan xalqının sosial düşüncəsinin əsasını təşkil edən həmkarlıq dəyəri təkcə fərdlərin könüllülük prinsipinə bağlı deyil, onun konkret idarəetmə sistemi var və həmin mexanizm 1993-cü ildən başlayaraq, özünün işlək vəziyyətini müasir standartlara uyğun formalaşdırmaq xətti tutub.

1993-cü il. Bu dövrün adı gələndə hər kəsin gözləri qarşısında feno¬men ictimai-siyasi xadim, əməlləri ilə Azərbaycan xalqının ulu öndərinə çevrilən Heydər Əliyev dühası can¬lanır. Məhz 1993-cü ildən həmkar üzvlərinin sosial, iqtisadi və mədəni həyatında, rifah hallarının yaxşılaşdı-rılmasında, işçi hüquqlarının qorun¬masında yeni səhifə açıldı. Postso¬vet məkanında ilk dəfə - "1994-cü ildə Həmkarlar İttifaqları haqqında" Qanun qəbul olundu. Həmkarlar İttifaqlarının fəaliyyətinə güclü təkan verən sənəd xalqın milli xarakterinə hopmuş həmfikir olmaq bacarığı¬nın hüquqi bazasını yaratdı. Sovet dövründə bir qədər formal xarakter daşıyan həmkarlar ittifaqları dövrün tələbinə uyğun olaraq bütün sahələr üzrə islahatlara başladı.
O dövrdə qəbul olunan qanunun 3-cü maddəsinə əsasən, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yarat¬maq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 7-ci maddəyə görə, həmkarlar ittifaqlarında üzvlüyə görə vətəndaşlar barəsində ayrı-seç¬kilik qadağan edilir.
Həmkarlar ittifaqlarına şa¬mil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və baş müəllifi ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Konstitusiyanın "Birləşmək hüququ" adlanan 58-ci maddəsinin ikinci bəndində göstərilir ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Əmək Məcəlləsinin 19-cu maddəsi də həmkarlar ittifaqlarından bəhs edir. "Fərdi əmək müqavilələri (kontraktları) haqqında", "Fərdi əmək mübahisələrinin həlli qaydası haqqın¬da", "Kollektiv müqavilələr və sazişlər haqqında", "Məzuniyyətlər haqqın¬da", "Əməyin mühafizəsi haqqında" qanunlar həmkarlar ittifaqlarının hüquqi bazasını xeyli genişləndirib.
Artıq müstəqil dövlətin sahibiyik və ölkənin rəhbəri bütün varlığı ilə azərbaycançılıq məfkurəsini özünə meyar seçən Heydər Əliyevdir. Ulu öndərin prezidentliyi dövründə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokratiyanın inkişafında danıl¬maz rol oynadı. Heydər Əliyev hər bir insanın haqqının, hüququnun qorunması, sosial rifahının yaxşılaş¬dırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqardı kimi təqdim edirdi. Proses şaxələnərək bütün qurumlara yeni ab-hava gətirdi.
1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası¬nın birinci qurultayı keçirildi. Prezi¬dent Heydər Əliyevin qurultay işti¬rakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin "Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxın¬dan iştirak edəcəkdir", fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi.
1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının 120-dən çox təklifinin nəzərə alınması Səttar Möhbalıyevin sədrliyi ilə qəbul edilən qərarların bilavasitə təsiri ilə baş verdi. Bununla Həmkarlar İttifaqla¬rı Konfederasiyasının cəmiyyətdə rolu və statusu yüksəldi. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər isə konfedera¬siyasının maliyyə dayaqlarının möhkəmlənməsinə geniş imkanlar açdı.
1993-2003-cü il ərazində Həmkarlar İttifaqları Konfederasiyası 50-dək normativ aktların hazırlan-ması və ekspertizadan keçirilməsi prosesində əsas qüvvələrdən biri kimi irəli çıxdı.
Heydər Əliyevin yaratmaq istədiyi sağlam mühit hər kəsin ürəyindən xəbər verirdi. Ulu öndər görülən işlərə qiymət verərkən bildirmişdi: "Azərbaycan Həmkarlar İttifaqla¬rı Konfederasiyası böyük nüfuza, dəstəyə geniş şəbəkəyə malikdir".
Həmkarlar İttifaqları ilə dövlət baş¬çısı arasında olan qarşılıqlı hörmət, səviyyəli münasibət nümunəvi müstəvidə böyük nəticələrə səbəb olurdu.
Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısı¬nı öz üzərində hiss edib. Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını həmişə yüksək qiymətləndirib. Məhz həmkarlar ittifaqları qurultayların¬da Heydər Əliyevin prezidentliyə namizədliyini ilk dəfə irəli sürürdü. Bu hadisə cəmiyyət tərəfindən olduqca müsbət qarşılanırdı.
"Vətəndaşlarımızın ən böyük icti¬mai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxın¬dan iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oy-namalıdırlar". – Bu fikirlər də Heydər Əliyevə məxsusdur. Ulu öndərin Həmkarlar İttifaqları Konfederasiya¬sının ikinci qurultayına ünvanladığı müraciətdə əksini tapan bu fikirlər nəinki həmkarların, eyni zamanda, hökumət və təsərrüfat orqanlarının əbədi yanan məşəli olub.
Heydər Əliyevin Həmkarlar İttifaqları Konfederasiyasının qu¬rultaylarında iştirak edən xarici nümayəndələri qəbul etməsi ənənəyə çevrilmişdi. Görüşlərdə Azərbaycan həmkarlarının gördüyü işlər qonaq¬lara nümunə kimi göstərilir, qarşılıqlı fikir mübadiləsi aparılmasının müsbət təsirlərinin genişləndirilməsi yolları müzakirə edilirdi.
Həmkarlar ittifaqları üzvləri ara¬sında fəallığı ilə seçilən insanları ulu öndərin rəğbətləndirməsi effektivliyin artırılmasında mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, müxtəlif dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları üzvlərinin sayı başqa müəssisə və təşkilatlarda mü-kafat alanlardan həmişə çox olub.
Hazırda həmkarlar ittifaqla¬rı əmək prosesinə cəlb olunan vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən əksər müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğun¬laşdırılması, sosial problemlərin həlli, həmçinin əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.
Azərbaycanda bərqərar olan uğurlu sosial siyasət həmişə da¬vamlılığı ilə fərqlənib. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmkarlar ittifaqlarını vacib sosial tərəfdaş kimi qiymətləndirir, imzaladığı fərman və sərəncamlarda, qərarlarda bu amili əsas götürür.
Prezidentin həmkarlar ittifaq¬larının Azərbaycanda əmək hü¬quqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu əks etdirən fikirlərindən birinə diqqət çəkək: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər".
Həqiqətən həmkarlar sferasın¬da dəyərli işlər görülüb. Rəhbərlik etdiyim Kənd Təsərrüfatı Nazirliyi¬nin Birləşmiş Həmkarlar İttifaqları Komitəsi daim həmkar üzvlərin qayğısına qalır. Onlara təmənnasız hüquqi məsləhət verir, işçinin əmək hüquqlarının pozulmasına qarşı çıxır, hüquqi yardım göstərir, əməyin mühafizəsinin təşkil edir, sanitar-məişət şəraitinin, tibbi xidmətinin yaxşılaşdırılması sahəsində dəstək göstərir, sağlamlığın bərpası və istirahətin təşkili üçün yollayışlar verir, ehtiyac yarandıqda maddi yardım ayırır, həmkarlar ittifaqları ki-tabxanalarının, mədəniyyət və idman obyektlərinin xidmətlərindən yarar¬lanmağa şərait yaradır, iş yerində əmək münasibətlərində yaranan problemlərlə bağlı araşdırma aparıl¬masını tələb edir.
Ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində yaradılan, Prezident İlham Əliyevin dəstəyi ilə daha da inkişaf etdirilən, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın humanist siyasəti nəticəsində əsası qoyulan sosial siyasətə daim töhfəsini verir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL