Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Saatlı rayon İcra Hakimiyyətidə belə getdi...- VİDEO

Tarix:4-03-2022, 12:12 Baxış Sayı:103

Saatlı rayon İcra Hakimiyyətidə belə getdi...- VİDEO

Saatlı rayon Mollavəzili kənd sakinləri, analoqu olmayan vəziyyətlə qarşı - qarşıya qalıb. Insan bilmir, başını salıb aşağı ailəsinin gündəlik ehtiyyacını təmin etməkçün çalışsın, ya nəfsi dünyadan böyük məmürlarla vaxdını itirib aç qalsın.

Hamıya məlumdur ki, başçının göstərişi və ya əmri olmadan, İcra Hakimiyyətinin heç bir əməkdaşı əlini ağdan qaraya belə vurmur.

Saatlı rayon Mollavəzili kəndİnin 27 hektar 73 sot pay torpağı var.

Bağırov Elmir Məmməd oğlu 24 avqust 2020 ci ildə Saatlı İcra Hakimiyyətinin Başçısı təyin olunandan bu günə kimi, Mollavəzili kənd sakinlərinin günü qaradır.

Başçının müavini – Sosial - iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsinin müdürü Səmədli Gündüz Bəxtiyar oğlu, Mollavəzili kəndinin pay torpaqlarını zəpt etməyə çalışır. Həmin ərazidə böyük bir torpaq sahəsinə sahib olan Gündüz Səmədli, Mollavəzili kənd sakinlərinə gün verir işıq vermir.  

Pandemiyanın ən ağır günlərində, Mollavəzili kənd sakinlərinin şəxsi pay torpaqlarında əkdiyi taxılı, Gündüz Səmədli heyvanlara otlatdırandan sonra, əkilmiş torpağı şumlatdıraraq kənd sakinlərinin əziyyətini puç edib. Sakinlərə külli miqdarda maddi və mənəvi zərər verib.

Məsələ ilə bağlı Mollavəzili kənd sakinləri dəfələrlə Saatlı rayon İcra Hakimiyyətinə və Hüquq Mühafizə Orqanlarına minlərlə müraciət ünvanlayıb dərdlərini bildirsədə, heç bir nəticə əldə edə bilməyiblər. Elə bil belədə olmalıdır kimi,İcra Hakimiyyəti və Hüquq Mühafizə Orqanları məsələ ilə bağlı heç bir reaksiya verməyib.

Ey böyük Allahım, görəsən bu ölkədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən başqa bu xalqı düşünən, xalqın dərdinə şərik olan məmur qalmayıb?

Saatlı İcra Hakimiyyətinin Başçısı Bağırov Elmir Məmməd oğlu və ya Başçının müavini – Sosial - iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsinin müdürü Səmədli Gündüz Bəxtiyar oğlu kimdir ki Azərbaycan Respublikasının mülkiyət haklarını kobud şəkildə pozur? Hüquq Mühafizə Orqanları bu cinayətə niyə reaksiya vermir? Yoxsa qanun sadə və kasıb insanlara aiddir?

Mollavəzili kənd sakinləri, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına müraciət ediblər. Əminəm ki, yaxın günlərdə  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə,Dövlət Təhlükəsizlik Xidməti, Saatlı rayon İcra Hakimiyyətində də köklü araşdırma aparıb cinayətkarları məhkəmə qarşısına çıxaracaq.

Araşdırmamız davam edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ardı var...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL