Anons

Bu gün, 06:49- Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Zaur Qasımov ilə müsahibə

Dünən, 08:52- Bu gün onların anım günüdür

26-09-2022, 19:28- “Dərsdən qalmaq üçün direktora ildə 2500 manat rüşvət verirlər” - Şok ittiham

26-09-2022, 18:10- Əvəz Zeynallının həyat yoldaşı: “Fuad Ələsgərovun sifarişilə həbs olunub”

26-09-2022, 14:04- Əli Kərimli: 'On minlərlə azərbaycanlının işğalçı müharibədə ölməsi riski yaranıb'

26-09-2022, 09:16- Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

26-09-2022, 08:57- İran öz içindən çökür !

26-09-2022, 08:55- Elçin Sadıqov ona və Əvəz Zeynallıya qarşı işin saxta olmasından yazdı

25-09-2022, 09:23- 21 yaşlı gənc: “Uğrunda yaralandığım ölkəmdə mənə yer yoxdur”

25-09-2022, 04:26- Qarabağ döyüşçüsünün prezidentə müraciəti.

24-09-2022, 18:21- Rusiyada çoxuşaqlı azərbaycanlı qadın "rusofobiya" maddəsi ilə məhkəmədə... - FOTO

24-09-2022, 16:43- Putin generallardan Xersonu tərk etməməyi tələb edib

24-09-2022, 14:41- Rusiyada səfərbərlik: təmizlik işinə də miqrant, orduya da?

24-09-2022, 14:25- Belarusda da səfərbərlik olacaq?

24-09-2022, 12:23- Sergey Şoyqunun müavini vəzifəsindən azad edilib

24-09-2022, 11:20- Ramiz Mehdiyevin mirzəsindən faşistcəsinə çağırış

24-09-2022, 10:19- MN: Kəlbəcərdə üç Azərbaycan əsgəri yaralanıb

24-09-2022, 08:33- İlon Mask İran hökumətinə qarşı: “İnterneti aktivləşdirdim”

23-09-2022, 15:07- ABŞ və Fransa vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıb

23-09-2022, 14:35- Ərdoğan Paşinyanla oktyabrda Praqada görüşəcəyini istisna etmir

Haqqımızda Əlaqə

Düşməni gücləndirmək siyasəti

Tarix:18-09-2022, 21:18 Baxış Sayı:7

Düşməni gücləndirmək siyasəti

İlham Hüseyn

Azərbaycan üçün qızıl dövrlər, fürsətlər əldən verildi. Məqsədli şəkildə heç bir imkandan istifadə edilmədi. Əslində, erməni lobbisini dünyanın hər yerində sıxışdırmaq, Azərbaycanın haqlı olduğunu bütün sivil dünyaya qəbul etdirmək çox çətin olmamalıydı. Çünki haqlıyıq, işğala məruz qalan tərəfik və sülh istəyirik. Amma YAP hakimiyyəti bütün gücüylə Azərbaycanı cılızlaşdırdı, üstün olduğumuz hər yerdə dövlət maraqlarına badalaq vuruldu. “Filan dövlət ermənipərəstdi” deməklə, işlərini bitmiş hesab etdilər. “Filan dövlətlər niyə Azərbaycanpərəst deyil” sualına cavab vermədilər. Amma həmin ermənipərəst adlandırdıqları ölkələrdə xeyriyyə tədbirləri həyata keçirdilər, xarabalıq abadlaşdırdılar. Qarşılığında isə hökumətə tərif istədilər, analoqsuz inkişaf nəğməsinə alqış tələb etdilər. Hansıki, bu qədər maliyyə resursu ilə dünyanın hər yerində Azərbaycanın səsinin eşidilməsini təmin edə bilərdilər, diaspora ciddi faktora çevrilərdi. Ölkədə bələdiyyələrin nüfuzu və səlahiyyəti nədirsə, xaricdə diasporamızın varlığı da elədir. 20 faiz ərazinin itkisini, 20 nüfuzlu nəşrdən hayqıra bilmədik. Və bu yaramaz və yarıtmaz siyasət hələ də davam edir. Hələ də bütün arzu və istəkləri hansısa kəndi azad edib, “dəmir yumruq” təbliğatını davam etdirməkdi. Niyyət, məqsəd, məram ümummilli deyil. Daxili auditoriyanın zəif yerindən yapışıb, ülvi duyğuları istisrmar etməyə kökləniblər. Dünyanın güclü, ağıllı, demokratik kəsimini mümkün qədər baltalamaqla məşğuldular.
Əlbəttə, Qarabağ məsələsində Ermənistan təbliğatına dəstək verən heç bir ölkəni haqlı saymırıq, ədalətsizlik hesab edirik və demokratik ölkələrin öz prinsiplərinə qarşı çıxması kimi qiymətləndiririk. Heç bir işğalçı ölkə dünyanın təqdirini qazanmamalıdır. Və demokratik dünya Azərbaycana YAP-ın mövqeyinə istinad edərək deyil, Azərbaycan xalqının maraqlarına istinad edərək qiymət verməlidir.
Amma istənilən halda, bütün qəbahətlər Azərbaycan hakimiyyətinin fəaliyyətindən doğub. Erməniyə dünyada legitimlik qazandıran da, hakimiyyətin anti-dövlət siyasətidir. Xüsusən də indiki həssas dönəmdə şər faytonuna minmək, düşmənə arqument yaratmaqdı. Bir sözlə, ən böyük ermənipərəstlik, dövləti korrupsiyaya, hüquqsuzluğa calaq etməkdi. Düşmənə əl-qol açdıran, stimul verən Azərbaycandakı avtoritarizmin sərhəd tanımayan eybəcərliyidir. Hökumət ədalətpərəst, dövlətpərəst, xalqpərəst, hüquqpərəst deyilsə, hansısa ölkənin “ermənipərəst”liyinə təəccüblənməməlidir. Özünə pərəstiş istəyirsənsə, özün də dəyərlərə pərəstiş etməlisən.

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL