Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

Tarix:26-09-2022, 09:16 Baxış Sayı:24

Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanan Əvəz Zeynallıya ailəsi ilə görüşə icazə verilmir.

 

Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı bildirib: “Hətta telefon danışıqlarına da icazə verilmir. Mən artıq 20 gündür onunla danışmıram. Bu da bir daha sübut edir ki, iş siyasidir və Əvəz Zeynallını susdurmaq məqsədini güdür”.

 

O qeyd edib ki, axtarış zamanı Ə.Zeynallının evindən maddi vəsait götürülüb: “Bu, bizim ailə büdcəmizdir, o təkcə Əvəz Zeynallıya aid deyil ki… Görünür ki, burada məqsəd Əvəz Zeynallıya bacardıqca təsir, təzyiq etməkdir”.

 

M.Zeynallının sözlərinə görə, jurnalistin səhhəti yaxşı deyil: “Mənə dərman adını yazıb veriblər ki, bunu alım, vəkil vasitəsilə çatdırım. Bu, göz üçün dərmandır. Əvəz Zeynallı şəkər xəstəliyindən müalicə alırdı, indi müalicəni davam etdirib-etdirmədiyini bilmirəm. Həm də görünür ki, gözü zəifləməyə başlayıb. Gözündə təzyiq olduğu üçün çox güclü baş ağrıları olur onda”.

 

Bu deyilənlərlə bağlı, hələlik, nə istintaqı aparan Baş Prokurorluq, nə də DTX ilə danışmaq mümkün olub. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

 

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadiqovla birgə sentyabrın 10-da saxlanıb və onlar bir gün sonra həbs ediliblər. O, rüşvətdə, vəkil isə buna vasitəçilik etməkdə ittiham olunur.

 

Zeynallı “Baku Steel Company”nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almada ittiham olunur. Sadıqov işadamı Məmmədovun vəkili idi. Lakin onların heç biri özlərini təqsirli bilmir.

 

Sentyabrın 17-də vəkil E.Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL