Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

XİN Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşinin tapıldığını deyir (yenilənib)

Tarix:15-02-2023, 08:36 Baxış Sayı:18

XİN Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşinin tapıldığını deyir (yenilənib)

Malatyada digər azərbaycanlı tələbələrin də meyitləri tapılıb

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan digər azərbaycanlı tələbələrin də meyitləri tapılıb.

Bu barədə jurnalist Rizvan İbrahimov Meydan TV-yə məlumat verib.

O bildirib ki, dağıntılar altından çıxarılan meyitlərin Samir Quliyev və Hümam İsmayıllıya aid olduğu təsdiqlənib.

Samir Quliyevin qardaşı, Hümam İsmayılının isə dayısı cənazələrin onlara aid olduğunu təsdiqləyiblər.

Jurnalist deyib ki, cənazələr xəstəxanaya aparılıb və orada yaxınlarına göstərilib. Gündüz Nəzarzadənin nəşi hələ ki ekspertiza tərəfindən təsdiqlənməyib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır da “Report”a həmin cənazəlrin azərbaycanl tələbələrə aid olduğunu deyib.

 

Foto: sosial şəbəkə

 

 

 

 


 

İndiyədək 513 nəfərin Azərbaycana təxliyə olunduğu bildirilir

Zəlzələ baş verən gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Bu açıqlamanı fevralın 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi yayıb.

Nazirlik zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesinin davam etdiyi vurğulayıb.

XİN bildirib ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycanın vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

“Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb”, – deyə nazirlik əlavə edib.

Şahin Vəliyev Malatyada dağıntılar altında qalan 4 tələbədən biri idi. Digər üç tələbədən hələ ki məlumat yoxdur.

Yaxınlarının verdiyi məlumata görə, Şahin Vəliyevin cənazəsinin ölkəyə gətirilməsini Azərbaycan səfirliyi üzərinə götürüb.

Meydan.tv

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL