27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir
25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO
25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb
25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı
25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?
25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir
23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb
23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)
23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı
23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR
23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’
22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO
22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb
22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar
22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”
22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB
“Hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi, toz-torpaq, boya iyi, təhlükəsizlik tədbirlərinin olmaması və s. kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır?”
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Asim Əliyev müraciət edib.
Qohumunun burada təhsil aldığını deyən vətəndaş bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də edib: "Fevralın 28-də Elm və Təhsil naziri Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə müraciət ünvanlasam da, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də, Mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacardı. Təsəvvür edin koridorda, dərs otaqlarında, müəllimlər otağında qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, boya və emusiya iyinin içərisində olmalıdır? Təmir vaxtı hansısa şagird yaralansa, buna görə kim məsuliyyət daşıyacaq?!”
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumun nümayəndəsi Nəriman Kərimli müraciətimizə cavab olaraq bildirdi ki, müəssisədə təmir-bərpa işləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin razılığı ilə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: “Bərpa işlərinin tədris prosesinə maneə yaratmaması üçün müəssisəyə işlərin əsasən dəhlizdə deyil, otaqların daxilində aparılması təlimatı verilib. Təmir prosesinin böyük hissəsi isə tətil günlərində həyata keçiriləcək”.