2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video
1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?
29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər
29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu
29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?
29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib
29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür
29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb
29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”
28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir
26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır
26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir
26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var
26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’
26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib
26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”
24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri
24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir
24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”
“Evimizdən köçüb hara gedək?”
Bir qrup Gəncə sakini evində rahat otura bilmədiyi üçün məhkəməyə müraciət edəcək. Bunu Meydan TV-yə Gəncə şəhəri, Əttarlar küçəsinin sakinləri bildiriblər.
“Səs-küydən evdə otura bilmirik. Qapı-pəncərəni bağlayırıq, amma xeyri yoxdur. Əsəblərimiz pozulub, sanki hava limanında yaşayırıq”, – sakinlər deyir.
Onlar şəhərin mərkəzində, “Gəncə qalası” ticarət mərkəzinin bir addımlığında yaşayırlar.
“Bura Gəncə əhalisinin sıx olduğu ərazidir. Şəhərə gələn turistlər də bu bazara üz tuturlar. Bazarın yaxınlığında da mağazalar fəaliyyət göstərir. İridiametrli ağaları kəsən alətləri təmir edən mağaza da var. Alətləri işə salırlar, motorların səsi maşınların, insanların səsinə qarışır. İstirahətimiz yoxdur, nə yata, nə də dinələ bilirik”,-sakinlərdən Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, sakinlər mağaza sahiblərinə, polisə, eləcə də digər aidiyyatı qurumlara müraciət ediblər. Amma nəticəsi olmayıb. Onlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər:
“Son çarə məhkəmədir. Satıcılar deyirlər ki, vergi verirlər, buna görə də səs-küyün yaranması onların problemləri deyil. Təsəvvür edin ki, gecə-gündüz motorlar işləyir, avadanlıqları işə salırlar, yoxlayırlar və səs-küy kolometrlərlə məsafəyə yayılır. Bizi nəzərə almırlar, bəs şəhərə gələn qonaqları niyə fikirləşmirlər? Evimizdən köçüb hara gedək?”
Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, onlara bununla bağlı şikayət daxil olubsa, araşdırılacaq.
“Mən məlumatsızam, amma şikayət daxil olubsa, mütləq araşdırılır, yəqin ki, obyekt sahiblərinə xəbərdarlıq edilir”,- icra hakimiyyətinin xanım əməkdaşı bildirib.
Memar Səməd Quliyev isə Meydan TV-yə söyləyib ki, təkcə Gəncədə deyil, Bakıda da səs çirklənməsi böyük problemə çevrilib.
“Səs böyük ekoloji təsirdir. Səs getdikcə, tədricən insan beynini korlayır. İnkişaf etmiş ölkələrdə bu məsələ mütləq nəzərə alınır. Bizdə də gecə saatlarında səs-küyün olmamasına dair sərəncam var, amma bu sərəncama baxan yoxdur”.