Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Zamin Salayev: “Hökmü oxuyun, bu şou bitsin”

Tarix:11-05-2023, 16:12 Baxış Sayı:18

Zamin Salayev: “Hökmü oxuyun, bu şou bitsin”

“Onsuz da mən ölümümü gözləyirəm…”

Aclığın 94-cü günündəyəm. Çəkim 118 kiloqramdan 71 kiloqrama düşüb. Yaxınlarımla da halallaşmışam, hər şeyə hazıram. Ən dəhşətlisi bu deyil. Hər dəfə adama əqidəni, dostlarını satmaq təklif olunanda adam 50 dəfə ölüb-dirilir”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, həbsdə 94 gündür aclıq etdiyi bildirilən Zamin Salayev (yaxın ətrafı onu Əlizamin adlandırır) mayın 11-də məhkəmədə belə deyib.

Onun işinə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə baxılır. Məhkəmə iclasında hakim AXCP fəalına vəkillərinin yanında əyləşməsinə icazə verib, aclıqla əlaqədar onun durumunu soruşub.

İki gün əvvəl vəziyyətim həddindən artıq pisləşmişdi. Zabit heyəti, baş həkim də daxil olmaqla, həkimlər gəlmişdi, yardım göstərməyə çalışırdı. Çünki təzyiqim 60-40-a idi. Bədənin hərarəti 33 dərəcəyə düşmüşdü”, – Zamin Salayev cavab verib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin durumunu nəzərə alaraq, ona məhkəmədə əyləşmiş vəziyyətdə məhkəmədə çıxış etməyə, sualları cavablandırmağa icazə verir.

Məhkəmədə Zamin Salayev bədənindəki yaraları nümayiş etdirib. O bildirib ki, 94 gün qidasızlıq nəticəsində bədənində yaralar əmələ gəlib. AXCP fəalı hərəkət etməkdə, ayaq üstdə dayanmaqda çətinlik çəkir.

Hakim ona işinə qanuni və ədalətli baxılacağını desə də, Zamin Salayev inanmadığını bildirib:

“Ədalət” sözünü çıxarın, mən də bilirəm ki, sizə nə sifariş gəlsə, o hökmü də oxuyacaqsınız”.

Vəkillər hakimin nəzərinə çatdırıb ki, Qaradağ Rayon Məhkəməsinin binası qarşısında bir neçə avtobus və maşınlarda gətirilmiş çoxlu sayda polislər var. Bu isə insanlarda xof, qorxu yarada bilər. Onların bu məhkəmə prosesinə hansı zərurətdən cəlb olunduğu məlum deyil.

Vəkillər məhkəmə zalının kiçik olması səbəbindən prosesi izləməyə gələnlərin əksəriyyətinin kənarda qaldığını vurğulayıb. Onlar məhkəmə prosesinin daha böyük zalda keçirilməsini istəyiblər. Hakim isə bildirib ki, bundan daha böyük zal yoxdur. Zala isə prosesi izləyə bilməsi üçün mümkün olduğu qədər insan buraxılıb.

Müdafiəçilər ötən məhkəmə iclasında olduğu kimi, bu dəfə də Zamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.

Zamin Salayevin vəziyyəti kritikdir, həyatı təhlükə altındadır. Adamı bu vəziyyətdə həbsdə saxlamaq qəddar, qeyri-insani münasibətdir. Onun ev dustaqlığına buraxılması məhkəmənin də daha əlverişli şəraitdə keçirilməsinə zəmin yaradardı”, – vəkil Fəxrəddin Mehdiyev bildirib.

Lakin hakim vəsatəti təmin etməyib və Zamin Salayevi ev dustaqlığına buraxmaqdan imtina edib.

Bundan sonra prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Zamin Salayev fevralın 6-dan 7-nə keçən gecə Lökbatan dairəsi adlanan ərazidə Natiq Süleymanov adlı şəxsi təhqir edib. Ardınca onu yumruqla vurub və bıçaqla xəsarət yetirib. Bu səbəbdən Zamin Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Zamin Salayev ittiham aktında yazılanların uydurma olduğunu bildirib. O, ifadəsində deyib ki, həbsinin səbəbi siyasi fəaliyyətilə bağlıdır. Onun sözlərinə görə, fevralın 6-da dostlarıyla birlikdə olub. Axşam yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksi sürücüsüylə danışıb. Sürücü onu Lökbatan dairəsində gözləyib. AXCP fəalı deyir ki, hadisənin baş verdiyi saat da ittihamda düz yazılmayıb:

Mən dostlarımdan ayrılandan sonra Lökbatan dairəsinə “Bolt” xidmətindən sifariş verdiyim taksi ilə gəlmişəm. Orada düşüb o biri taksiyə minəcəkdim. Əvvəlki sifarişin saatına baxmaqla ora çatma vaxtını müəyyənləşdirmək olar. Xahiş edirəm, ona görə “Bolt”a sorğu göndərilsin. Mən yolu keçmək üçün gedirdim. Bu zaman həmin bu şəxs (Natiq Süleymanovu göstərir-red.) əlində telefon üstümə hücum çəkdi. Yalan danışıramsa, heç kişilikdə payım yoxdur. Nə baş verdiyini – mənə qarşı təxribat olduğunu dərhal anladım. Onu itələyib, uzaqlaşmaq istəyəndə gördüm ki, qəfildən 10-15 polis tökülüşüb gəldi, əllərimi qandalladı. Onlar mülki geyimlilər idi. Məni Lökbatanın içində aparıb Polst-Patrul maşınında formalı polislərə təhvil verdilər. Təhvil alanlar da 10-cu polis bölməsinə apardılar. Əgər mən bu adama bir bıçaq vurmuşamsa, balalarım ölsün. Yoxsa mənə qarşı bu oyunu quranların balaları ölsün. Bunun nəyini vurum mən? Mən onu vursaydım, üç yerə bölünərdi. Görün ki, mənim üzümə kimləri qoyurlar”.

Zamin Salayev vurğulayıb ki, cinayət işinin materiallarında hadisə vaxtı onu təxminən 15 nəfərin tutub saxladığı və polislərə təhvil verdiyi yazılıb. Onun sözlərinə görə, bu, tamamilə yalandır:

 “O 15 nəfərin birini niyə tapıb şahid kimi dindirməyiblər? O ərazidə 8 kamera var, necə olub ki, heç biri işləməyib? Bu boyda ağ yalan olar? Dövlət işləyir ki, kamera da işləsin?! Cənab hakim, mən də bilirəm, bu məsələ sizlik deyil, gətirin nə sifariş verilibsə, o hökmü oxuyun, bitib getsin. Onsuz da mən ölümümü gözləyirəm. Özünüz də bilirsiniz ki, bu işdə nə var, nə yox. Gətirib narkomanı qoyublar üzümə”.

Daha sonra məhkəmədə zərərçəkmiş qismində tanınan, Zamin Salayevin bıçaqla xəsarət yetirdiyi iddia olunan Natiq Süleymanov dindirilib. O, dindirmə zamanı etiraf edib ki, narkoloji dispanserdə qeydiyyata düşüb.

Mən 3-cü mikrorayon bazarında fəhlə işləyirəm, Sahil qəsəbəsində yaşayıram. Telefonla danışırdım, birdən bu kişi üstümə çıxdı. Nalayiq ifadələr işlətdi. Sonra mənə bir yumruq, bir təpik vurdu, bıçaqla iki dəfə xəsarət yetirdi. Bir də ayıldım ki, xəstəxanadayam”, – Natiq Süleymanov ifadəsində bildirib.

Zamin Salayev onun yalan danışdığını deyib. Onun sözlərinə görə, zərərçəkmiş Sahil qəsəbəsində yox, Xırdalanda yaşayır. O, zərərçəkmişdən bədənindəki xəsarətləri göstərməsini tələb edib. Natiq Süleymanov bildirib ki, barmaq nahiyəsində xəsarət izi var. İkinci xəsarətin isə bədəninin hansı hissəsində olduğunu deməyib.

Vəkil Nemət Kərimli vəsatət verib ki, bu şəxsin həmin gün həqiqətən xəstəxanada olub-olmadığını müəyyənləşdirmək üçün onun anten dairələrilə bağlı mobil operatora sorğu verilsin. Həmçinin zərərçəkmişə gəlib-gedən zənglər müəyyənləşdirilsin:

 “Bizdə şübhələr var ki, o, əvvəlcədən polislərlə danışıb, razılaşıb”.

Lakin vəsatət təmin olunmayıb.

Məhkəmədə iki şahid – Rüstəm Cəmiyev və Bilal Zeynalov da dindirilib. Onlar iddia edib ki, gecə saatlarında Lökbatan dairəsində olublar, Zamin Salayevin Natiq Süleymanovu təhqir etdiyini, ona yumruqla, daha sonra bıçaqla xəsarət yetirdiyini görüblər.

Ələtə getmək üçün taksi gözləyirdim. İki nəfər mübahisə eləyirdi. Bu şəxs yumruq atdı, cibindən bıçaq çıxartdı, onu vurdu”, – Rüstəm Cəmiyev bildirib.

Dindirmə zamanı məlum olub ki, Rüstəm Cəmiyev narkotik istifadəçisidir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər həbsdə olub. O, hətta pula görə telefonunu lombarda girov qoyduğunu da məhkəmədə deyib.

Zamin Salayevin əleyhinə ifadə verən digər şahid Bilal Zeynalov da dindirmə zamanı etiraf edib ki, narkotik istifadəçisidir. Narkotik məsələsilə əlaqədar əvvəllər məhkum edilib.

“Cənab hakim, hökmü oxuyun, bu şou-proqram bitsin. Bunları görürəm, ətim tökülür”, – Zamin Salayev hakimə müraciət edib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşı Emin Məmmədov da məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, Daxili İşlər Nazirliyinin “102 – Qaynar Xətt”indən gələn məlumat əsasında hadisə yerinə gedib, Zamin Salayevi bölməyə gətirib:

 “10-15 nəfər bu şəxsi tutub saxlamışdılar”.

Zamin Salayev onun yalan danışdığını bildirib:

Bəs məni tutub saxlayan o adamları niyə gətirmirsiniz bura?”

Vəkil Nemət Kərimli məhkəmənin nəzərinə çatdırıb ki, polislərin istintaqdakı ifadələri sözbəsöz eynidir. Hətta eyni hadisədən söhbət getsə belə, üç müxtəlif adamın sözbəsöz eyni cür danışması mümkün deyil.

Məhkəmə prosesi mayın 17-də davam edəcək.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL