30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir
27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi
26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah
26-07-2023, 13:31- REKTOR XOFU
25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq
24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub
22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında
22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir
21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı
21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq
20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ
20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı
19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir
19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”
17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır
17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."
17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."
16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir
15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir
Rusiya mediasının yazdığına görə, iyulun 30-na keçən gecə Moskvadakı “Moskva Siti” ticarət mərkəzinə dron hücumları olub. TASS informasiya agentliyi hücum nəticəsində bir nəfərin yaralandığını, binaya ziyan dəydiyini bildirir.
Rusiyanın Müdafiə Nazirliyi paytaxt üzərində iki dronun uçuşunun radioelektron mübarizə vasitələrilə dayandırıldığını, amma düşərkən müəyyən dağıntılara səbəb olduğunu bildirir. Məlumatda həmçinin vurğulanır ki, Moskva vilayətinin Odintsovo rayonunda da bir dronun məhv edilib.
Bir müddət paytaxt və vilayət üzərindən uçuşların qadağan edildiyi, Vnukovo hava limanının işinin dayandırıldığı bildirilir. Bəzi dövlət qurum və nazirliklərin”Moskva-Siti” ticarət mərkəzində ofislərinin olduğu bildirilir və qeyd olunur ki, partlayışdan sonra Rəqəmsal İnkişaf Nazirliyinə aid olduğu iddia edilən rəsmi sənədlər küçəyə səpələnib.
Son vaxtlar Rusiyanın mərkəzi rayonlarının dron hücumlarına məruz qaldığını göstərən videolar və məlumatlar yayılır.
Təkcə iyul ayında dronla Moskvaya dörd dəfə hücum cəhdinin olduğu bildirilir. İyulun 24-də bir pilotsuz aparat Lixaçov prospektində tikilməkdə olan biznes mərkəzinə, digəri isə Müdafiə Nazirliyinin binalarından birinə düşüb. Moskva hücumlarda Kiyevi günahlandırsa da qarşı tərəf bu ittihamlara şərh vermir.