30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir
27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi
26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah
26-07-2023, 13:31- REKTOR XOFU
25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq
24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub
22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında
22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir
21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı
21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq
20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ
20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı
19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir
19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”
17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır
17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."
17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."
16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir
15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir
Topalhəsənə dincəlməyə gələnlərin maşınını sel aparıb
Göygöl rayonunun Topalhəsənli kəndinə fasiləsiz yağan leysan yağışları nəticəsində əhaliyə ciddi ziyan dəyib. Ölən və yaralananların olduğu bildirilir.
İlkin məlumata görə, kənd sakinlərinə məxsus yüzə yaxın mal-qaranı, toyuq-cücəni sel aparıb.
Turizm zonası olan kənddə onlarla restoran, istirahət mərkəzi var. Həmin obyektlər su altında qalıb, mərkəzə dincəlməyə gələnlərdən bir neçə nəfərin maşınını sel aparıb. Kənd sakinləri Meydan TV-yə bildiriblər ki, dünəndən işıq, qaz verilişi dayandırılıb. Evlərini basmış suyu vedrələrlə daşıyırlar. Digər kəndlərə gedən yollar dağılıb, hazırda yolları açmaq üçün texnika işləyir.
“Evdəki bütün ərzaqlar su içindədir. Televozor, soyuducu yəqin ki işləməyəcək. Heyvanları da sel apardı. Vəziyyətimiz necə olacaq, bilmirik”,-sakinlərdən biri deyib. Bildirib ki, işıq olmadığından mobil telefonlar da sönüb, əlaqə kəsilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun məlumatına görə, 2 nəfər sel axınına düşərək ölüb. Daha 3 nəfər isə xilas edilib. Həmin şəxslər Gəncədən kəndə istirahətə gedənlər olub.
Eşqin Qasımovun sözlərinə görə, dağılmış yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Göygöl Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, hazırda bütün əməkdaşlar sel basmış kəndlərdədirlər. Dəymiş zərər hələlik bəlli deyil. Rayonun Kərəmli, Şəhriyar və Zurnabat kəndinə də sel gəlib.
MEYDAN.TV