Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Millimiz yenilmədiyi Belarusla qarşılaşacaq

Tarix:23-03-2018, 11:09 Baxış Sayı:126

Millimiz yenilmədiyi Belarusla qarşılaşacaq

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edəcək.

 

Bu, “Qarabağ”ın çalışdırıcısının millinin “sükanı arxası”nda ikinci matçı olacaq. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.

 

Budəfəki rəqib də millimiz üçün yad komanda deyil. Belə ki, Azərbaycan Belarusla bu vaxta qədər 2 oyun keçirib. 22 il əvvəl, yəni 1996-cı ildə baş tutan ilk duel 2:2 hesabı ilə başa çatıb və komandamızın birinci qolunu məhz Qurban Qurbanov vurub. 2001-ci ildə isə tərəflər Bolqarıstanda görüşüblər və yığmamız Zaur Tağızadənin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Belarusa uduzmayan millimiz uğurlu seriyanı bu dəfə də davam etdirmək niyyətindədi.

 

Yığmamız görüşə daha bir məğlubiyyətsizlik seriyası ilə çıxacaq. Söhbət komandamızın uzun müddətdi evdə keçirdiyi yoxlama oyunlarında uduzmamağından gedir. Komandamız doğma azarkeşləri önündə sonuncu dəfə 2011-ci il avqustun 10-da, Makedoniya ilə oyunda məğlubiyyət acısı yaşayıb. Yığmamız 857 gündən sonra doğma arenada seçmə xarakteri daşımayan növbəti sınağa çıxacaq.

 

Millətlər Liqasına indidən hazırlaşan millimizin baş məşqçisi Qurban Qurbanov toplanışa yığmada görməyə alışmadığımız bir neçə futbolçu dəvət edib. 46 yaşlı məşqçi yeni adlara da şans verərək, planlarına uyğun gəlib-gəlməyən oyunçuları müəyyənləşdirmək istəyir. 10 komandadan 24 futbolçu çağıran Qurbanov onları əvvəlcə Belarus, 4 gün sonra isə Antalyada Makedoniya ilə keçiriləcək matçda yoxlayacaq.

 

 

Yoldaşlıq matçı

 

23 mart

 

20:00. Azərbaycan - Belarus

 

Baş hakim: Andris Treymanis (Latviya)

 

Bakı Olimpiya Stadionu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL