Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

FİDE prezidenti: “İstefamı kimsə görməyəcək”

Tarix:10-04-2018, 16:36 Baxış Sayı:112

FİDE prezidenti: “İstefamı kimsə görməyəcək”

“İstefamı kimsə görməyəcək. Vəzifəmi tərk etmək fikrim yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu FİDE prezidenti Kirsan İlyumjinov deyib.

FİDE-nin Prezident Şurası Minskdə keçirilmiş iclasında İlyumjinovun dərhal istefasını tələb edib. Onlar bu qərarını rusiyalı funksionerin ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer alması və təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşaması ilə əlaqələndiriblər.

1995-ci ildən FİDE-yə rəhbərlik edən İlyumjinov isə Prezident Şurasının qərarını qərəzli adlandırıb: “Bu, məni prezidentliyə namizədlikdən çıxarmağa xidmət edir. Buna baxmayaraq, mən yenidən namizədliyimi irəli sürəcəm. Seçkilərdən öncə 30-40 ölkəyə getməyi planlaşdırırdımsa, indi 70-80 ölkəyə gedəcəm. Çünki bu bəyanat mənə əlavə stimul verdi. Daha çox gəzib, ölkələrdən birinin absurd sanksiya siyasətinin yersiz olduğunu sübut edəcəm. Mənə sanksiyanı ABŞ tətbiq edib. FİDE-yə isə 188 ölkə daxildi. Əgər sabah Rusiya, Monqolustan, ya da Trinidad və Tabaqo FİDE-nin hansısa rəsmisinə sanksiya tətbiq etsə, bu o demək deyil ki, biz onu qovacağıq. Bu, beynəlxalq idman təşkilatının işinə müdaxilə etməkdi. Hesab edirəm ki, idman siyasətdən kənardı”.

Qurum rəhbəri Rusiya mətbuatına hansısa maliyyə sıxıntıları yaşamadıqlarını da vurğulayıb: “2 ay əvvəl belə şayiələr yayıldı ki, İsveçrə bankındakı hesablarımız dondurulub. Onda da demişdim ki, bu, boş şeydi. Heç bir hesabımız dondurulmayıb. Fabiano Karuananın qələbəsi ilə bitən Berlindəki iddiaçılar turniri də daxil olmaqla, FİDE-nin bütün tədbirləri baş tutub. Karuana, Karyakin, Kramnik, bir sözlə hamıdan, o cümlədən hakimlərdən də mükafatlarını alıb və ya almadıqlarını soruşa bilərsiz. FİDE-nin vitse-prezidenti Georgios Makropulos da prezidentliyə namizədliyini irəli sürüb və buna görə də mənə qarşı kompaniya başlanılıb. Prezident Şurası isə heç nədən FİDE-nin Moskvadakı nümayəndəliyini bağlayıb. Hərçənd bu nümayəndəlik şahmatı məktəblərdə fəal şəkildə inkişaf etdirirdi. Bundan da itirən şahmat oldu”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL