Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

“Formula-1” həyəcanı başlayı

Tarix:27-04-2018, 10:44 Baxış Sayı:147

“Formula-1” həyəcanı başlayı

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.

Paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu “Jamiroquai”  konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq.

Şənbə və bazar günləri hər biri “Formula-1” Qran-prisi üçün əsas günlərdi. Belə ki, aprelin 28-də “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün Kristina Aqileranın konserti ilə yekunlaşacaq. Ondan sonra səhnədə Aksvell Λ İnqrosso yer alacaq.

Aprelin 29-da “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Dua Lipa konserti nəzərdə tutulub. Yekunda Martin Solveig də azarkeşlər qarşısına çıxacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də öz məharətlərini göstərib, tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər.

Əvvəlki illərdən fərqli, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək.

Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, “Ferrari”nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, “Red Bull”un heyətində Daniel Rikkardo, Maks Ferstappen, “Fors İndia”nın heyətində Serxio Peres, Esteban Okon, “Uilyams”ın heyətində Lens Stroll, Sergey Sirotkin, “Reno”nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, “Haas”ın heyətində Roman Qrojan, Kevin Maqnussen, “MakLaren”in heyətində Fernando Alonso, Stoffel Vandorn, “Sauber”in heyətində Markus Eriksson və Şari Lekler sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 25-də Avstraliyada start götürən mövsümdə 3 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (54 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (45 xal) Valterri Bottas (40) izləyir.

Komanda hesabında isə “Mersedes” 85 xalla birincidi. “Ferrari” 84 xalla ikinci, “Red Bull” 55 xalla üçüncüdü.

Bakı Şəhər Halqası

Döngə sayı – 20

Dövrə – 51

Əsas yarış günü – 29 aprel

Halqanın uzunluğu – 6,003 km

Ümumi məsafə – 306,049 km

Rekord – Sebastyan Fettel 1:43.441 (2017)

Azərbaycan Qran-prisinin proqramı

27 aprel, cümə

10:20

10:30

FIA

Tibbi yoxlanış

10:30

10:45

FIA

Trek yoxlanışı və trek testi

11:00

11:45

Formula-2

Sərbəst yürüş

11:55

12:25

Paddok Klub

Paddok Klub üzvlərinin avtomobil turu

11:55

12:45

Paddok Klub

Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi

13:00

14:30

Formula-1

Birinci sərbəst yürüş

15:00

15:30

Formula-2

Sıralama turu

15:40

16:45

Paddok Klub

Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi

15:40

16:10

Paddok Klub

Paddok Klub üzvlərinin avtomobil turu

16:30

16:40

FIA

Trek yoxlanışı

17:00

18:30

Formula-1

İkinci sərbəst yürüş

 

28 aprel, şənbə

10:30

11:00

Paddok Klub

Paddok Klub üzvlərinin avtomobil turu

11:00

11:30

Formula-1

Komandaların pit stop təlimi

11:00

11:10

FIA

Tibbi yoxlanış

11:10

11:25

FIA

Trek yoxlanışı və trek testi

11:45

11:50

Formula-2

Pit Leyn açılır

12:00

13:05

Formula-2

Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

13:30

13:40

FIA

Trek yoxlanışı

14:00

15:00

Formula-1

Üçüncü sərbəst yürüş

15:05

16:40

Paddok Klub

Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi

15:20

16:20

Paddok Klub

Paddok Klub üzvlərinin avtomobil turu

16:30

16:40

FIA

Trek yoxlanışı

17:00

18:00

Formula-1

Sıralama Turu

 

29 aprel, bazar

11:35

12:25

Paddok Klub

Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi

11:35

12:05

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL