Anons

27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO

25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb

25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…

25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı

25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?

25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir

23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)

23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...

22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’

22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO

22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB

Haqqımızda Əlaqə

"Neftçi" - "Qarabağ" matçında bombardir müəyyənləşəcək

Tarix:7-05-2019, 18:41 Baxış Sayı:270

"Neftçi" - "Qarabağ" matçında bombardir müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bitməyinə bir tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir. 

"Report" xəbər verir ki, “Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür. 

Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasına aydınlıq gətirib. Belə hal baş verəcəyi təqdirdə ən az oyun keçirən, ən az penaltidən yararlanan və ən çox məhsuldar ötürmə edən oyunçu bombardir olacaq. 

Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransalı oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) Dabo ardıcıl ikinci dəfə Premyer Liqanın ən məhsuldar oyunçusu seçiləcək.

Azərbaycan millisinin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.

Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.

İnfo-Report.az

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL