Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Gələn ilin dövlət büdcəsində nələr çatmır?

Tarix:2-11-2022, 19:55 Baxış Sayı:26

Gələn ilin dövlət büdcəsində nələr çatmır?

Hesablama Palatası gələnilki dövlət büdcəsinin layihəsi haqqında rəyini açıqlayıb. Xatırlatmağa dəyər ki, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 30.7 milyard manat, büdcə xərclərininsə 33.3 milyard manat olması nəzərdə tutulub. Deməli, hökumət gələn ilin büdcəsində 2.6 milyard manat defisit proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 5.2 faiz, xərcləri isə 3 faiz daha çox olacaq. Gələnilki büdcənin istər gəlirləri, istərsə xərcləri indiyədək manat ifadəsində ən böyük göstəricilərlə ifadə edilib. Büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb. Bir çox beynəlxalq təşkilatın (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Goldman Sachs” və s.) 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnozu 85-108 dollar arasında dəyişir. Bu baxımdan, növbəti il enerji qiymətləri gözləniləndən daha yüksək olarsa, bu, Azərbaycanın dövlət büdcəsi gəlirlərini daha da artıra bilər.

Baza göstəriciləri açıqlanmayıb

Hesablama Palatasının rəyində büdcə layihəsindəki çatışmazlıqlara da diqqət çəkilib. Palatanın rəyinə görə, bu çatışmazlıqlardan biri makroiqtisadi proqnozlar hazırlanarkən istifadə edilən bilgilərin açıqlanmamasıdır. Palatanın fikrincə, sözügedən çatışmazlıq makrofiskal təhlillərin aparılmasına təsir göstərir. Üstəlik, istər “Büdcə sistemi haqqında” Qanunda, istərsə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda həmin göstəricilərin büdcə layihəsində əks etdirilməsi tələbi var. Ancaq hər iki hüquqi aktda bu göstəricilərin tərkibi haqqında tələb müəyyənləşdirilməyib. Palatanın qənaətincə, qanunvericilikdə bununla bağlı konkret tənzimlənmənin olmaması “Büdcə zərfi”nin tərkibinə daxil edilən makroiqtisadi parametrlər siyahısını dəyişdirə bilir.

Əvvəlki illər üzrə təqdim edilmiş zərflərin də təhlili göstərir ki, “Büdcə zərfi”nə daxil edilən sosial iqtisadi göstəricilərin proqnozları barədə bəzi məlumatlar əvvəlki illərlə müqayisədə azalıb. Bu il üzrə gözlənilən rəqəmlər barədə də bilgi verilməmişdi. Bu da makrofiskal təhlilin gerçəkləşdirilməsini və bəzi göstəricilər üzrə 2022-2023-cü illərə dair müqayisənin aparılmasını mümkünsüz edib.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL