Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Azərbaycan Avropadan qazın müqabilində investisiya və qarantiya istəyir

Tarix:5-11-2022, 09:56 Baxış Sayı:24

Azərbaycan Avropadan qazın müqabilində investisiya və qarantiya istəyir

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov: “Biz buna əmin olmalıyıq ki…bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil…”

Azərbaycan xəbərdarlıq edib ki, onun Avropa İttifaqına qaz ixracını iki dəfə artırmaq öhdəliyini yerinə yetirməsi blokun onun kəmər şəbəkəsinə yeni investisiyalar yatırması və Avropa şirkətlərinin uzunmüddətli müqavilələr bağlamasından asılı olacaq.

Financial Times qəzeti xatırladır ki, Brüssel və Bakı iyul ayında Azərbaycandan Avropa İttifaqına ixrac olunan qazın həcmlərini 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırmağa dair razılaşma imzalayıblar.

Aİ hazırda Rusiya qazından asılılığını minimuma endirməyə can atır.

Məqalədə deyilir ki, amma 3500 kilometrlik Cənub Qaz Dəhlizinin genişləndirilməsi milyardlarla dollarlıq investisiya və Avropa şirkətləri ilə yeni müqavilələr tələb edir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, bu müqavilələr 2027-ci ildən sonrakı dövrü də əhatə etməlidir:

“İnvestisiyada maraqlı olanlar, istər özəl olsun, istərsə dövlət pullarını masa üstünə qoymalıdırlar ki, biz ixrac həcmlərini artıra bilək. Mən demək istəməzdim ki, bu məsələdə Aİ ilə fikir ayrılığı var, amma bu, məsələnin mühüm hissəsidir”.

Ekspert: “Heç bir ölkə milyardlarla dollarlıq riskə girməz”

Nazir müavini əlavə edib ki, hazırda Avropa İttifaqının altenativ təchizatçılara ehtiyacı var, amma Bakıya da qarantiyalar verilməlidir:

“Biz buna əmin olmalıyıq ki…bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil. Bu müharibə bir gün qurtaracaq və sonra siz yenidən Rusiyadan qaz almağa qayıdacaqsınız və deyəcəksiniz ki, “yaxşı da, daha sizin qazınıza ehtiyac yoxdur”.

Məmmədov vurğulayıb ki, Azərbaycan sözü gedən investisiyalara öz pay töhfəsini verə bilər.

Cənub Qaz Dəhlizinin tikintisi 40 milyard dollara başa gəlib.

S&P Global Commodity Insights firmasından Loren Ruzekas deyib ki, Azərbaycan İtaliya və Bolqarıstana qaz ixracını bir qədər artıra bilər, amma bu həcmin əsaslı artırılması üçün əhəmiyyətli məbləğdə investisiyalara ehtiyac olacaq:

“Heç bir ölkə uzunmüddətli alıcısını tanımadan üzərinə milyardlarla dollarlıq riski götürmək istəməz.”

Avropa Komissiyası bu istiqamətdə hər hansı danışıqların aparıldığına dair sorğuya şərh verməyib.

Aİ rəsmilərindən biri FT-yə deyib ki, blokla Azərbaycan arasında uzun müddətdir davam edən enerji əməkdaşlığı var və Aİ Azərbaycanı etibarlı təchizatçı hesab edir.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL