Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

İqtisadçıdan Şahin Bağırova cavab: “Bütün dərmanlara ƏDV tətbiq olunur”

Tarix:13-12-2022, 15:34 Baxış Sayı:43

İqtisadçıdan Şahin Bağırova cavab: “Bütün dərmanlara ƏDV tətbiq olunur”

Natiq Cəfərli deyir ki, ən böyük problem qiymətləri Tarif Şurasının tənzimləməsidir

“Dərman qiymətlərinin bahalığı Dövlət Gömrük Komitəsi ilə əlaqəli deyil”.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov belə deyib.

O bildirib ki, dərmanlara gömrük rüsumları tətbiq olunmur:

“Bu sahədə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) miqdarı isə çox aşağıdır. Azərbaycana gələn dərmanları şirkətlər dərhal anbarlarına aparmaq istəyirlər. Biz də dərhal buraxırıq. Bilirik ki, həssas təbəqədən olan insanlar, dərmanlara təcili ehtiyacı olanlar var”.

Şahin Bağırov. Foto: “24 saat”dan screenshot

Baş nazir Əli Əsədov da dekabrın 9-da, Milli Məclisin plenar iclasında dərman qiymətlərindən danışıb.

Əli Əsədov bildirib ki, dərman qiymətlərinin tənzimlənməsinə Tarif Şurası baxır. Son qiymət artımı nəticəsində şuranın tənzimlədiyi 13 493 adda dərmandan 277-nin qiyməti dəyişib:

“Qiyməti dəyişmiş preparatlar ümumi dərman sayın 2 faizini təşkil edir”.

Şahin Bağırov isə deyir ki, dərmanlara tətbiq edilən ƏDV-nin miqdarı da bir o qədər çox deyil.

Onun fikrincə, dərmanın alış qiyməti aşağı olanda, ƏDV yüksək ola bilməz.

Baş nazir dərman çatışmazlığından da danışıb.

Əli ƏsədovFoto: NK

Deyib ki, həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur, lakin dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir:

“Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”, – Baş nazir bildirib.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, düzdür, bir çox dərman preparatlarında gömrük rüsumları yoxdur, lakin vitaminlər, qida əlavələrinə rüsum tətbiq edilir:

“Məsələn, “Vitamin C”-ni götürək, dərman sayılmasa da, çox istifadə edilir və onlara gömrük rüsumları var. Eyni zamanda, bütün dərman preparatlarına ƏDV var, özü də 18 faiz. Bu da təbii qiymətlərin üzərinə gəlir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda dərman preparatlarında qiymətlərin tənzimlənməsində ən böyük problem Tarif Şurasının tənzimləmə mexanizmidir. Belə ki, şura qiyməti molekullara görə tənzimlədiyi üçün qiymətlər istehsalçı ölkələr və molekullara görə tətbiq edilir. Nəticədə, ölkəyə ən ucuz və ən keyfiyyətsiz dərmanlar gətirilir:

Natiq CəfərliNatiq Cəfərli, Foto: Meydan TV

“Bu da qiymətlərin yüksək, keyfiyyətin aşağı olmasına səbəb olur. Dərman bazarında ciddi narazılıqlara səbəb bunlardır. Bəli, rəqabət də yoxdur. Tarif Şurasının tənzimləmə mexanizmi ölkədə kiçik, orta şirkətlərin hansı ki, dərmanlarla məşğuldurlar sıradan çıxmasına səbəb olub. Nəticədə, bu gün dərman bazarına demək olar ki, yalnız böyük şirkətlər nəzarət edir”.

Deputat, iqtisadçı Vahid Əhmədov isə Azərbaycana gətirilən dərmanların miqdarının müəyyən edilməsini də vacib sayır.

Onun sözlərinə görə, bəzən vətəndaşların şəxsi istifadəsi üçün gətirdiyi preparatlar Dövlət Gömrük Komitəsi tərəfindən yoxlamaya məruz qalır.

Vahid Əhmədov

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5.3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur.

Məlumatda o da bildirilir ki, istehsal edilən əczaçılıq məhsulları və tibbi ləvazimatları ticarət dövriyyəsinin cəmi 1.2 faizini təşkil edib.

Məsələn, 2022-ci ilin ilk beş ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə ticarət dövriyyəsi 445.3 milyon manata bərabər olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.4 faiz çoxdur.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL