Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Qarabağa qayıdış planı: quruculuq işləri, yoxsa büdcə pullarının silinməsi…

Tarix:13-04-2023, 11:59 Baxış Sayı:30

Qarabağa qayıdış planı: quruculuq işləri, yoxsa büdcə pullarının silinməsi…

“Bir nəfər səlahiyyətli çıxıb demir ki, hədəflərə necə nail olmaq mümkün olacaq”

Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib ki,
Qarabağ və Şərqi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə Böyük Qayıdış həyata keçirilir.

Onun sözlərinə görə, bu prosesi sürətləndirmək üçün qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri aparılır:

“Ağdam şəhərinin yol-küçə şəbəkəsinin 58,7 kilometr hissəsinin, eləcə də rayonun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin yaşayış məntəqələrinin layihə-smeta sənədlərinə dair müvafiq ekspertiza rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişik. Füzulidə abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa zamanda beynəlxalq standartlara cavab verən hava limanı inşa edilib”.

O bildirib ki, artıq “Zəfər yolu”nun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib:

“Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilir”.

Namiq Hümmətovun sözlərinə görə, Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində çox iş görülüb.

Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib:

“Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqustda, Pirəhmədli və Dədəli kəndlərində isə oktyabrda başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin – Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur”.

Namiq Hümmətov Foto: “trend.az”

Minalardan təmizlənmə işinə gəlincə, Namiq Hümmətov bildirib ki, 2022-ci ildə 1536.8 hektar ərazi minalardan təmizlənib. Bu il rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 2620,9 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub:

İlin ilk rübü ərzində rayon üzrə 622,97 hektar (23,7% faiz) ərazinin minalardan təmizlənməsi artıq həyata keçirilib. Füzuli rayonunda 2026-cı ilədək ümumilikdə 5678 evin – 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali qrupu (2904 nəfər) köçürüləcək. Bütövlükdə tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır”.

Bundan əlavə, tədbirdə bildirilib ki, Füzuli rayonunda Peşə Liseyinin, mərkəzi xəstəxananın, mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilir.

İqtisadçı Natiq Cəfərli deyir ki, işğaldan azad edilmiş şəhər və kəndlərə qayıdış proqramı zaman-zaman müzakirəyə çıxarılır.

Onun fikrincə, ictimai müzakirələrin olması, sayının artırılması, keyfiyyətinin yüksəlməsi vacibdir.

Füzulidə görüləcək işlərə gəlincə, iqtisadçı bildirib ki, açıqlamalar qulağa xoş gələn bəyanatlardır, vədlərdir:

“Amma bir nəfər səlahiyyətli şəxs çıxıb demir ki, bu hədəflərə necə nail olmaq mümkün olacaq. Yəni yolu-yöntəmi necə olacaq, əhali orada nə işlə məşğul olacaq, bütün işlər ancaq büdcə hesabınamı görüləcək, iş yerləri ancaq dövlət-büdcə sektorundamı yaranacaq?”

Natiq Cəfərli deyir ki, bu suallara cavab vermək üçün hökumət ciddi düşünməlidir:

Natiq CəfərliFoto: Meydan.TV

Hökumət gərək papağını qabağına qoyub fikirləşsin ki, son 30 ildə işğal olunmamış ərazilərdən Bakı və Abşerona nədən 1 milyon insan köç edib.
Hələ mən məcburi köçkünləri nəzərə almadan, digər regionlardan gələn 1 milyon nəfəri deyirəm. Niyə camaat Kürdəmirdən, Qaxdan, Qubadan, Astaradan, Ağcəbədidən, Tovuzdan və s. rayonlardan köç edir? Əgər bunun səbəbləri təhlil edilib, doğru qərarlar verilməyəcəksə, kim zamanət verir ki, məsələn, Füzuliyə 2025-də köçən 2027-də geri, Bakıya qayıtmayacaq? Yaxşı, nədən 30 ildə, məsələn, Zaqatala işgüzar mərkəzə çevrilməyib (orda da boş qalan hava limanı var), amma Füzuli çevriləcək?”

Natiq Cəfərli bildirib ki, nə qədər ki son 30 ildə aparılan yanlış regional, iqtisadi, sosial, təhsil və idarəetmə siyasətində köklü dəyişikliklər olmayıb, nə qədər ki yerli özünüidarə insitutları yaradılmayıb, işğaldan azad edilən ərazilərdə köçün orqanik və qalıcı olması mümkün olmayacaq.

İqtisadçı Qubad İbadoğlu da işğaldan azad edilmiş ərazilərdəki tikinti, yenidənqurma işləri ilə bağlı tez-tez danışır, təhlillər aparır.

O deyir ki, işğaldan əvvəlki bütün kəndlərin bərpası nəzərdə tutulmur:

Açıqlanan bərpa xəritəsindən görünür ki, Qarabağda 620 yaşayış məntəqəsi ləğv edilir. Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək. Ən çox azalma Qubadlıda olacaq – əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq. Kəndlərin sayının Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə endirilməsi planlaşdırılıb”.

Qubad İbadoğluMənbə: Meydan TV

Onun sözlərinə görə, indiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib.

Xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub:

“Göründüyü kimi, Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız xərclənib. Bir sözlə, Qarabağ büdcə pullarının silinməsi üçün qapalı və əlverişli məkana çevrilib”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL