Anons

3-06-2023, 17:07- Görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun qanunsuz əməllərinə niyə göz yumur?

2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video

1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?

29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər

29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu

29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?

29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib

29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür

29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb

29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”

28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir

26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır

26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir

26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var

26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’

26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib

26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”

24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri

24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir

24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”

Haqqımızda Əlaqə

Mühasib səfirin imzasını saxtalaşdırıb 1 milyon mənimsəməkdə ittiham olunur

Tarix:11-05-2023, 19:21 Baxış Sayı:4

Mühasib səfirin imzasını saxtalaşdırıb 1 milyon mənimsəməkdə ittiham olunur

Prokuror ittiham aktını elan etdi

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində 15 il mühasib işləmiş Zərifə Abbasova təşkilatın 1 milyon manata yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. İddia edilir ki, mənimsəmə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və qurumun daha bir diplomatının imzaları və möhürünün ələ keçilməsi yoluyla baş verib.

Zərifə Abbasova cinayət məsuliyyətinə cəlb edilib. O, hazırda həbsdə olmasa da, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işini Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Mayın 11-də keçirilən məhkəmə iclasında prokuror Orxan Səmədov ittiham aktını elan edib. Orada göstərilib ki, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb. O, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün nümayəndəliyin rəhbəri, səfir Peter Mixalko və digər məsul şəxsin imzasını, həmçinin möhürü əldə edib. Cinayət işinin materiallarında iddia olunur ki, Zərifə Abbasova ödəniş tapşırıqlarıyla bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb, nümayəndəliyin Beynəlxalq Bankdakı hesabındakı pulları ələ keçirib.

Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən təşkilatın bank hesabında olan vəsaitləri nağdlaşdırıb. Həmçinin saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda pulları özünün əməkhaqqı kartına köçürərək, təşkilata məxsus 983 min 254  manatı mənimsəyib”, – ittihamda yazılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən Zərifə Abbasova deyib ki, özünü qismən təqsirli bilir. O bildirib ki, 983 min manat yox, təşkilatın 50 min manat pulunu mənimsəyib. Qalan məbləğə gəlincə, o, bu haqda heç nə deməyib.

Zərifə Abbasova bildirib ki, səhhətində ciddi problemlər var. Bu səbəbdən hazırda ifadə verə bilmir.

Onun vəkili Əlövsət Abbasov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin sağlamlıq problemi olduğunu görə xəstəxanada müalicə alıb, mayın 8-də evə buraxılıb:

“Hazırda evdə müalicəsini davam etdirir. Zərifə Abbasova indi ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirə bilməsi, həmçinin ifadə verməyə hazırlaşması üçün iki həftə vaxt verməyinizi xahiş edirik”.

Məhkəmə vəkilin şifahi vəsatətini nəzərə alıb və onlara iyunun 1-nə qədər vaxt verilib.

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL