2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video
1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?
29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər
29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu
29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?
29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib
29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür
29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb
29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”
28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir
26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır
26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir
26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var
26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’
26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib
26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”
24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri
24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir
24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”
Sabah AXCP fəalının işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri, həbsdə 99 gündür ki, aclıq etdiyi bildirilən Zamin Salayevin durumunun mayın 16-da kəskin pisləşdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb. Onun, hətta komaya düşdüyü iddia olunur.
Zamin Salayev hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Onun vəziyyəti pisləşdiyinə görə mayın 12-də Bakı İstintaq Təcridxanasından həmin müəssisəyə köçürülüb.
Zamin Salayevin hazırkı durumuyla əlaqədar Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.
Onun vəkili Nemət Kərimli isə Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslə sonuncu dəfə mayın 16-da günorta saat 12.30 radələrində telefonla danışıb:
“Vəziyyəti əvvəlki kimi idi. Dedi ki, müəssisədə ona tibbi yardım göstərilir. Ağrıları vardı. Artıq uzun müddətdir ki, yeriməkdə, hətta danışmaqda da çətinlik çəkir”.
Vəkil əlavə edib ki, mayın 17-də Zamin Salayevin işi üzrə növbəti məhkəmə iclası keçirilməlidir:
“Çalışacaq ki, özündə güc tapsın və məhkəmədə iştirak etsin”.
Zamin Salayevin işinə hazırda Qaradağ Rayon Məhkəməsində baxılır.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.
Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.
O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. Onun fikrincə, kameraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.
Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.
Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.