Anons

12-01-2021, 11:09- Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

1-01-2021, 13:44- Əlixan Zeynalov Şirvan MERO-da «bazar» açıb

24-12-2020, 12:57- Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Azay oğlu Qaraşov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi təbrik etdi

17-12-2020, 15:40- Baxın görün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Rüstəm Xəlilovun köməkçisi Afiq Kərimov Turanə İmanovanı necə təziq göstərib aldadır.... Şok səs yazısı..

10-12-2020, 10:45- Gənclər şəhərciyində yerləşən apteklərbiabırçı vəziyyətdə

26-11-2020, 10:23- Əhməd Mirzəbəyov: Şəhidlik zirvəsi hər insana qismət olmur…

24-11-2020, 15:06- Hacı Tahir: Şəhidlik zirvəsi hər insana qismət olmur…

24-11-2020, 10:16- Cabir Qurbanov rəhbərliyə sədaqəti hamıya nümunə olmalıdır.

7-09-2020, 15:22- Masallı rayon Yol İstismar İdarəsinin uğurları

7-09-2020, 12:32- Ağdaş Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Hacıyevin parıltılı həyat tərzi.

7-09-2020, 11:14- Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun macaraları

7-09-2020, 10:39- Əhməd Əhmədzadənin həbsi gözlənilir?

1-09-2020, 21:27- Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin mənimsədiyi milyardlar və milyardlarla ölçülən şəxsi biznesi - video

17-07-2019, 18:38- Fərman Ceyranlıdan niyə əl çəkmirlər?

17-07-2019, 18:37- 30 il cəbhə xəttində!

17-07-2019, 18:36- Xalq Cəbhəsinin yaranmasından 30 il keçir

17-07-2019, 18:36- Milyardlar qazanıb borc içində batan SOCAR

17-07-2019, 18:35- İlham Əliyevi devirəcək mütləq səbəblər VİDEO

16-07-2019, 18:33- Zamanda qaçış

16-07-2019, 18:30- Venesuela hakimiyyəti ehtiyat fondundan daha 40 milyon dollarlıq qızıl satıb.

Haqqımızda Əlaqə

Əlixan Zeynalov Şirvan MERO-da «bazar» açıb

Tarix:1-01-2021, 13:44 Baxış Sayı:17

Əlixan Zeynalov Şirvan MERO-da «bazar» açıb

Sürücülük vəsiqəsi alamq istəyənlər öncə Əlixan Zeynalovun «maklerləri» ilə anlaşmalıdırlar, yoxsa heç kim dünyasında sürücülük vəsiqəsi ala bilməz.
Korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir.
Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar hələ də korrupsiya cinayətələri ilə açıqdan açığa məşğul olmaqda davam edirlər. Redaksiyamıza daxil olan məlumata görə Daxili İşlər naziri Ramil Usubov tərəfindən çoxsaylı şikayətlərdən sonra Lənkəran MERO-sundan Şirvan 4  saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi göndərilən Əlixan Zeynalov burda da özü haqqında mənfi rəy formalaşdırıb və artıq Şirvanldan gələn şikayətlərin hər gün daha artması da bunu isbatlamaqdadır.  
Öncəliklə Əlixan Zeynalovun oxucularımıza təqdim olunmasına ehtiyac var. Çünki bu şəxsin hələ də Daxili İşlər Nazirliyndə yüksək vəzifədə çalışması sadəcə təəccüb doğurur.
Başından onu qeyd edək ki, Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan, Masallıdakı  «Viləş» otelinin sahibi, hamının Hacı Mazan olaraq tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Bu adamın adı Lənkəranda hər cür korrupsiya əmmələində keçdiyini də Lənkəranda bilməyən yoxdur. Və onu da xüsusi olaraq vurğulayaq ki, Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarılması Lənkəranda toy-bayram kimi qarşılanmışdı. İndi isə Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarıdılmasına Lənkəran camaatı hər nə qədər şaddırlarsa, Şirvan-Salyan camaatı bir o qədər yas içindədirlər. 
Saytımıza şikayət  ünvanlayan bir neçə Şirvan və Saylayn sakini bildirir ki, əvvəllərdə Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi mələklərin yurdu deyildi və burda rüşvət vermədən heç kim «prava» ala bilməzdi. Lakin indi vəziyyət elədir ki, artıq vətəndaşlar dilə gəlməyə məcbur olurlar. Çünki Əlixan Zeynalov Şirvana gəldikdən sonra burda «prava» qiymətlərini qaldırıb və vətəndaşlar bundan ciddi şəkildə narazıdırlar.
Saytımıza daxil olan şikayət məktublarının birində bildirilir ki, Əlixan Zeynalov ona  Lənkəranda «maklerlik» edən şəxsləri özüylə Şirvana gətiirib və köhnə rəisdən qalan maklerləri kənarlaşdıraraq ancaq özünün «maklerləri» ilə çalışır. 
Hazırda Şivan MERO-da baş verənlərlə bağlı məlumatlar başqa bir şəxs isə qeyd edib ki, yeni rəisin «maklerləri» qiymətləri qaldırıblar. Mənbə qeyd edib ki, Şirvan MERO-su vaxtı iə onsuzda rüşvət yuvası idi, ancaq Əlixan Zeynalov gələndən sonra bura əsl bazara çevrilib. Bir şikayət məktubunda isə bildirilir ki, makterlər özlərinin keflərinə görə «pravaya» qiymət qoyurlar. Bəzilərinə 1300 ğanat, bəzilərinə 1400 manat deyirlər. Hətta bəzən də «maklerlər» qiyməti 1500-ə qədər də qaldırırlar.  
Qəribədir ki, Əlixan Zeynalovun «makleri» tərəfindən təqdim olunmayan heç kəsə sürücülük vəsiqəsi almaq müyəssər olmur. Hətta adamlar sualları cavablandırsalar belə heç kim dövlətin rüsumunu verib sürücülük vəsiqəsi ala bilməz. Bu qızıl qanundur. 
Yuxarıda qeyd etdiyimiz mənbə bildirir ki, bütün verilən sürücülük vəsiqələri siyahıya alınır, sürücülük vəsiqələrinin nömrələrinin  qabağında qiymət yazılır və imtahan günləri bu siyahılar pulla birlikdə bir neçə dəfə kabinetində Əlixan Zeynalova təqdim olunur.
Əlixan Zeynalov Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə bu ilin fevral ayında təyin olunub. Daha əvvələr isə Əlixan Zeynalovun adı bir çox qalmaqallarda hallanıb. Daha əvvələr mətbuatda bu şəxs haqqında gedən və təkzib olunmamış məlumatlardan da görünür ki, Əlixan Zeynalov bir zamanlar avtomobillərə saxta sənədlər belə verib və məhz bu «günahları» ucbatından da Lənkəran MERO-su ilə vidalaşmağa məcbur olub. Ancaq korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir. 
Qarşı tərəfin mövqeyini ldərc etməyə hazırıq.

 

 

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL