Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

“Tərtər işi”: “Oğlumu məhkəməyə xərəkdə aparıblar”

Tarix:19-04-2023, 10:20 Baxış Sayı:94

“Tərtər işi”: “Oğlumu məhkəməyə xərəkdə aparıblar”

“Milli Qəhrəman Mübariz İbrahimovun ruhunu təhqir edirdilər, xalası oğluna deyirdilər ki…”

Tərtər hadisələri zamanı yüzlərlə hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslərdən 4 nəfərin – N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsi davam etdirilib. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Bu dörd nəfərə aid cinayət işində 192 nəfər zərərçəkmiş var ki, onlardan da 7 nəfər işgəncələr zamanı həyatını itirib. Həmin şəxslərin ailə üzvləri onların hüquqi varisi qismində tanınıb.

“Oğlumun işgəncədən psixikası pozulub, 20 dəfə xəstəxanada yatıb”

Budəfəki məhkəmə iclasında zərərçəkmişlərdən Bəhruz Novruzovun anası Aygün Novruzova oğlunun nümayəndəsi qismində iştirak edib. O bildirib ki, oğlu işgəncələr nəticəsində şikəst olub. Bu üzdən uzun müddətdir etibarnamə əsasında müxtəlif orqanlarda onu özü təmsil edir:

Oğlumun psixikası pozulub, hazırda da psixiatriya xəstəxanasındadır. O, hərbi hissəsdə tank bölüyündə xidmət edib. 2016-cı ilin aprel döyüşlərində də xidmət edib. 2017-ci il mayın 3-də aparıb işgəncə veriblər. Hikmət Həsənov tələb edib desin ki, erməniyə işləyirəm. Əli-qolu bağlı vəziyyətdə təpikləyiblər onu. Bu da deyib ki, “cənab general, mən satqınlıq eləməmişəm”. Hikmət Həsənov maskalılara göstəriş verib ki, ağlını başına gətirin…”.

Aygün Novruzova oğlunun 2017-ci ilin mayından əvvəlki və sonrakı durumunu göstərən fotoları məhkəmədə nümayiş etdirib. Onun sözlərinə görə, Bəhruzun bədəninə o qədər elektrik cərəyanı veriblər ki, gözləri indi də bərəlmiş vəziyyətdədir. Bədənində çoxsaylı siqaret izləri var.

“Beş il ərzində Bakıda, Maştağada, Gəncədə nə qədər müalicə elətdirmişik. 20 dəfədən çox xəstəxanada yatıb. DTX-nın hospitalında da yatıb. Xeyri yoxdur. Deyirlər, Türkiyədə müalicəsi var. Ona da imkanımız yoxdur ki, aparaq. Təsəvvür edin, işgəncə verib, şəkəst eləyəndən sonra xərəkdə Tərtər məhkəməsinə aparıb, o vəziyyətdə hakim qarşısına çıxarıblar. Hakim də o vəziyyətdə adam haqqında 4 aylıq sanksiya verib. Sənədinə də yazıblar ki, guya hündürlükdən yıxılıb bu vəziyyətə düşüb. Halbuki, o hakim özü də yaxşı bilirdi ki, işgəncə nəticəsində bu vəziyyətə düşüb. 95 kilodan 45 kiloya düşmüşdü…”, – Aygün Novruzova bildirib.

O tələb edib ki, oğlu müalicə üçün Türkiyəyə göndərilsin. Zərərçəkmişin anası deyir ki, oğlunun başına gələnlərə görə təzminat tələbilə məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi 20 min manat təzminat ödənilməsi haqda qərar çıxarıb. Lakin Maliyyə Nazirliyi buna etiraz edib, apelyasiya şikayəti verib:

Beş ildir yollarda qalmışam. Hamı söz verir, heç kim heç nə eləmir. Nəsimi məhkəməsi bir dəfə 20 min manat təzminat kəsdi. Maliyyə Nazirliyi apelyasiya şikayəti verdi. Hakim oğlumun vəziyyətini gördü, qərarı qüvvədə saxladı”.

Hikmət Həsənov. Foto: MN

Maliyyə Nazirliyinin bu qərardan Ali Məhkəməyə şikayət verib-vermədiyi məlum deyil.

Bəhruz Novruzov 10 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb. O, oğlunun üzərindəki işgəncə izlərindən də danışıb: “Dəmir soxublar dizlərinə. Bədənində o qədər siqaret söndürüblər,  o qədər toka veriblər… Hansı birini deyim?”

“Xanlar Vəliyev şəxsən mənə dedi ki…”

Məhkəmədə daha sonra zərərçəkmişlərdən Rəfael Emçiyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Rüstəm Ələsgərov istisna olmaqla, digər üçünü tanıyır. Onun sözlərinə görə, 2017-ci il mayın əvvəlində Tərtərdə baş verənləri eşitmişdilər, onları da aparacaqlarını gözləyirdilər:

“Avtomatın qundağıyla elə vurdular, huşumu itirdim. Vüsal Ələsgərov deyirdi ki, neytral ərazidə nə gəzirdin? Dedim, axı heç vaxt orada olmamışam. Məni çay otağına apardılar. Ora gətirəndə əl-qolumu bağlamışdılar. Rəşid Niftəliyev dedi ki, nə baş veribsə, danış, sənə kömək eləyə bilək. Bizə “SAT-ın əsgərləri” çox işgəncə verdi. Vüsal Ələsgərov burada deyir ki, əmr yerinə yetirir. Mən də deyirəm ki, sənə əmr vermişdilər ki, araşdırasan, daha niyə zülm eləyirdin?”.

Rəfael Emçiyev işgəncələrdə korpus komandiri Hikmət Həsənov, Hərbi prokuror Xanlar Vəliyevin də iştirak etdiyini vurğulayıb:

Xanlar VəliyevXanlar Vəliyev. Foto: arxiv

Xanlar Vəliyev şəxsən mənə dedi ki, “boynuna al, sən vətən xainisən. Sənədlərə qol çək, işini yüngülləşdirib, rüşvət ittihamıyla iki il göndərək, cəzanı çək, gəl”. Dedim ki, bir orduda 1000-2000 vətən xaini olar? Olsa, uzağı 100 nəfər olar da…”.

Zərərçəkmiş bu hadisələrdə əli olan yüksək vəzifəli şəxslərin cəzalandırılmasını tələb edib.

“Mehmanın “ay ana, öldüm…” qışqırığını eşidirdim”

Zərərçəkmişlərdən hadisələr dövründə tağım komandiri olmuş Faiq Əhmədov deyir ki, həmin vaxt təlim mərkəzində idi. Onu məzuniyyət adıyla çağırıblar. Silahları təhvil alıb, “UAZ” maşınına mindiriblər. Yolda maskalı şəxslər əl-qolunu, gözünü bağlayıb, döyməyə başlayıblar:

“Dedilər, Hikmət Həsənov gələcək, ona cavab verəcəksən.  Hikmət Həsənov dedi ki, vətənə xəyanət eləmisən. Əmr verdi ki, aparın, ağlı başına gəlsin. Orada ah-nalələr gəlirdi. Mehman Hüseynovu (işgəncə nəticəsində ölən şəxslərdən biri) gördüm orada. “Ay ana, öldüm…” qışqırırdı…”.

Bir sıra zərərçəkmişlər Faiq Əhmədovu digər zərərçəkmişlərin əleyhinə ifadə verməkdə günahlandırıb.

“Bu adam and içdi ki, düz danışacaq. Mən də daxil, çox adamın üzünə durub. Kazımov Süleyman sənə görə dünyasını dəyişdi…”, – zərərçəkmiş Bariz Cəfərovun sözləridir.

Faiq Əhmədov isə ünvanına səslənən ittihamlara belə cavab verib:

“Mən Süleymanı orada görmüşəm, amma üzünə durmamışam. Ümumiyyətlə, orada elə işgəncələr verirdilər, dözmək olmurdu. Ona görə hamı bir-birinin üzünə dururdu. Üzr istəyirəm, mən xoşluqla heç kimin üzünə durmamışam. Heç kim xoşluqla bir-birinin üzünə durmayıb. Amma DTX-da yazdıranda demişəm ki, o ifadələr nə yolla alınıb. Mənim də üzümə duran çox olub”.

Faiq Əhmədov ifadəsinin sonunda ona işgəncə verənlərin, o cümlədən korpus komandiri Hikmət Həsənovun, Hərbi Prokuror Xanlar Vəliyevin cəzalandırılmasını tələb edib.

“O qədər işgəncə vermişdilər, demək olar, ölmüşdü”

Bariz Cəfərov özü də ifadə verib. O bildirib ki, həmin dövrdə Həmlə taborunun komandiri idi:

“Qiyas Abbasov zəng eləyib hərbi hissəyə çağırdı. Eşitmişdik ki, belə bir məsələ var, əsgər və zabitlərə işgəncə verilir. Bir də baxdım ki, maşında məni tutdular. Faiq Əhmədova görə mənə olmazın işgəncə veriblər. 6 ay əlil arabasında, 9 ay yataqda olmuşam…”.

Daha bir zərərçəkmiş Yusif Əsədov ifadəsində bildirib ki, Tərtər hadisələri onun bölüyündən başlayıb. Onun sözlərinə görə, 2017-ci il aprelin 28-də hərbi qulluqçu Turan İbrahimlinin postu tərk etməsi xəbəri yayılıb. 20 dəqiqə sonra onu minalı ərazidən tapıblar:

“Soruşanda dedi ki, düşməndən leytenantın intiqamını almağa getmişdim. Gah da dedi ki, başıma vurub apardılar. Məndən soruşdular ki, o əsgəri incitmisən? Dedim, yox. Onun üçün məzuniyyət sənədi aldılar. Mehman Hüseynovun (o da işgəncələr zamanı ölüb-red.) manqasını axtardılar. Bizi aparanda da içəri girən kimi Mehmanın manqasını gördük. Hamısını soyundurmuşdular. Mehmana o qədər işgəncə verilmişdi, demək olar, ölmüşdü…”.

Yusif Əsədovun sözlərinə görə, Milli Qəhrəman Mübariz İbrahimovun xalası oğlu Babək Əliyev də işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, Babək Əliyevə işgəncə verənlər həmin vaxt Mübariz İbrahimovun da ruhunu təhqir edirdilər: “Ona deyirdilər ki, Mübariz də sənin kimi xain olub”.

Başqasının əleyhinə ifadə vermək ittihamı Yusif Əsədovun ünvanına da səslənib. O da bu ittihama eyni arqumentlə cavab verib:

“Orada hamı kimə görəsə işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən də 18 ay həbsdə olmuşam. Məqsədim yalan danışmaq olsaydı, axıra qədər dirənərdim…”.

Adları çəkilən dörd nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL