Anons

27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO

25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb

25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…

25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı

25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?

25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir

23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)

23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...

22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’

22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO

22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB

Haqqımızda Əlaqə

QAX SAKİNİ: “ƏMLAK KOMİTƏSİ ELEKTRON XƏRİTƏDƏ PAY TORPAQLARIMIZI AZ GÖSTƏRİR”

Tarix:31-01-2023, 06:47 Baxış Sayı:10

QAX SAKİNİ: “ƏMLAK KOMİTƏSİ ELEKTRON XƏRİTƏDƏ PAY TORPAQLARIMIZI AZ GÖSTƏRİR”

Bəxtiyar İbrahimxəlilov elektron xəritə hazırlanarkən xəbərsiz olduqlarını deyir

Qax rayonunun Almalı kənd sakini Bəxtiyar İbrahimxəlilov pay torpaqlarının sahəsinin yeni elektron xəritədə az göstərildiyini iddia edir. Onun sözlərinə görə, Dövlət Aktı əsasında ailəsinə verilən pay torpaqları indi elektron xəritədə 0.57 hektar az göstərilib.

“Niyə belə olmalıdır?”

Bəxtiyar İbrahimxəlilov deyir ki, 1998-ci ildə Dövlət Aktı əsasında onların ailəsinə 3.71 və 2.93 hektar olmaqla, iki hissə pay torpağı verilib. Lakin elektron xəritə hazırlananda bu hissələrin birində torpaq sahəsi az göstərilib:

“2.93 hektarın əvəzinə 2.36 hektar göstərilib. Yəni 0.57 hektar az eləyir. Bu da kifayət qədər böyük rəqəm və ərazi deməkdir. Niyə belə olmalıdır? İş aparılanda da bizə bu barədə məlumat verilməyib”.

“İştirakımız təmin olunsaydı, bilərdik ki, nə var, nə yox”

Qax sakininin sözlərinə görə, bu mübahisə üzündən torpaq sahəsinə çıxarış da ala bilmir. Çünki o, 2.93 hektarlıq əraziyə çıxarış almaqda israrlıdır, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsi isə 2.36 hektarlıq hissəyə çıxarış verməyə razılaşır. Bu səbəbdən məsələ açıq qalıb:

Foto: Meydan TV

“Torpaq sahəmə çıxarış almaq istəyirəm. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki İdarəsi isə məcbur edir ki, yox, 2.36 hektar sahəyə çıxarış verilsin. Mən də bununla razılaşmıram. Axı onda mən 0.57 hektar torpaq sahəmi itirmiş olacam. Niyə itirim o torpaqları? Yeni elektron xəritələr hazırlananda bizim xəbərimiz olsaydı, iştirakımız təmin edilsəydi, bilərdik ki, nə var, nə yox…”

Bəxtiyar İbrahimxəlilov tələb edir ki, pay torpaqları 1998-ci ildə verilən Dövlət Aktına, koordinatlara uyğun göstərilsin.

“Ola bilsin, məhkəmədə ekspertiza təyin olunar…”

Dövlət Əmlak Komitəsindən isə bildirilib ki, elektron xəritələr hazırlanarkən araşdırma aparılıb və sənədlər tərtib olunub.

Foto: Meydan TV

Qax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, vətəndaş narazı qaldığı halda, məhkəməyə müraciət edə bilər:

“Ola bilsin, məhkəmədə ekspertiza təyin olunar, yenidən hesablama aparılar…”.

 

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL