30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir
27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi
26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah
26-07-2023, 13:31- REKTOR XOFU
25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq
24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub
22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında
22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir
21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı
21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq
20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ
20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı
19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir
19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”
17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır
17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."
17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."
16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir
15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir
Həkim Fatimə Mövlamlıya rentgenin nəticəsini verməyib
İyunun 16-da həbs edilən bəzi şəxslərin yaxınları Milli Məclisin önündə etiraz aksiyası keçirməyə cəhd edib.
Onlar həbs edilən yaxınlarının günahsız olduğuna inanırlar.
Polis aksiya iştirakçılarına toplaşmağa icazə verməyib.
Həmçinin iştirakçılardan bəziləri polis maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.
Aksiyanı işıqlandıran Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı bildirir ki, polis onun işinə də mane olub. Çəkilişin qarşısını almaq üçün ona xəsarət yetirib.
Jurnalist deyir ki, aksiyanı işıqlandıran zaman polis avtomobili onun ayağının üstündən keçib.
O düşünür ki, polis əməkdaşı bunu qəsdən edib:
“Bir neçə dəfə “ayağımın üstünə çıxdınız” deyə qışqırsam da, polis maşını ayağımın üzərindən çəkmədi. Yalnız digər polislərin müdaxiləsindən sonra maşını arxaya sürdü”.
Fatimə Mövlamlı bildirir ki, hazırda ayağı şişib, üstünə basa bilmir. Həkimə gedib, görüb ki, polis onlardan öncə xəstəxanaya gəlib:
“Hər yerə bizim yanımızda gedirdi. Rentgen müayinəsindən keçəndən sonra həkim bizə nə rentgenin nəticəsini, nə də xəsarətlə bağlı rəyi verdi. Bircə onu dedi ki, ayağımda xırda qırıq və ya çat varsa, onu həmin xəstəxanadakı rentgen aparatı müəyyən edə bilmir. İndi təkrar müayinə üçün özəl klinikaya gedirəm”.
Jurnalist bildirir ki, o, peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən xəsarət alıb.
Bunun qəsdən edildiyini düşünür. Məsələ ilə bağlı bütün hüquqi addımları atacağını deyir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Meydan TV-yə açıqlamasında jurnalistə qəsdən xəsarət yetirmək iddiasını təkzib edib.
O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.