Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Səhhətin necədir, ölkə?

Tarix:25-05-2018, 10:43 Baxış Sayı:228

Səhhətin necədir, ölkə?

Azərbaycanda bu il fevralın 12-dən mayın 12-nə qədər davam edən əhalinin dispanserləşdirilməsi kampaniyası başa çatıb. Səhiyyə Nazirliyi bu aksiyanın nəticələrini elan edib.

İdarənin mətbuat xidmətinin məlumatına görə, qeyd edilən dövr ərzində 18 yaşından yuxarı 5,6 mln. nəfər tibbi müayinədən keçib. Onların 3540384 nəfəri kişilər, 3742875 nəfəri qadınlardır. Bu göstərici ötən ilki nəticədən bir qədər azdır, keçən il aksiyada 6,2 mln. vətəndaş iştirak edib. Tibbi müayinə zamanı 338013 xəstədə ilk dəfə şəkərli diabet, piylənmə, hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, göz xəstəliyi kimi müxtəlif xroniki xəstəliklər aşkar edilib.

Məlumatların təhlili göstərib ki, ölkədə ən çox yayılan xəstəliklər qan dövranı sisteminin və nəfəs yollarının xəstəlikləridir. Söhbət arterial hipertoniyadan, aterosklerozdan, ürək işemiyasından, stenokardiyadan, bronxial astmadan və s. gedir. Bu xəstəliklər üzrə 100 minə yaxın yeni xəsət müəyyən edilib.

Müayinə yekunlarına əsasən, Azərbaycanda infeksiya xəstəliklərinin yayılması ilə bağlı vəziyyət sabitdir, belə xəstələrin sayı (cəmi 8015 nəfər) norma daxilindədir. Dispanserləşdirilmə zamanı 27663 xəstə xəstəxanaya yerləşdirilib, 58563 nəfər isə dispanser uçotuna götürülüb. müayinə olunanların 1810880 nəfəri əlavə ixtisaslaşmış müayinəyə göndərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən açıqlamaya görə, dispanserləşdirmənin əsas məqsədi xroniki qeyri-infeksiya xəstəliklərinin profilaktikası, bu xəstəliklərin erkən müəyyən olunması və insanların müalicəyə cəlb olunmasıdır. Bu patologiyalar ölkə əhalisi arasında əlilliyin və erkən ölümlərin əsas səbəbidir. Bu xəstəliklərin yayılması amilləri stres, yanlış qidalanma, artıq vücud kütləsi, tütün məmulatlarından istifadə və s.-dir.

Milli Məclisin deputatı, cərrah-kardioloq Rəşad Mahmudov qeyd edir ki, bu gün Azərbaycanda ölümlərin əsas səbəbi ürək-damar xəstəlikləridir. Bu göstərici 57,8%-ə çatıb, bu da əhalinin sağlamlığının müdafiəsi sahəsində təhlükəli təmayül formalaşdığını göstərir. İkinci yerdə onkoloji xəstəliklər gəlir. 2015-ci ildə 11 118 yeni xərçəng diaqnozu qoyulmuşdusa, 2016-cı ildə bu rəqəm 11 761 yeni hadisə təşkil edib, həm də 217 halda xəstəlik 13 yaşına qədər uşaqlarda aşkar edilib. Bu gün Azərbaycanda ümumi ölümlərin 87%-i qeyri-infeksiya xəstəliklərinin payına düşür.

Amma insanlar hepatit C-dən, qara ciyər çatışmazlığından, insultdan da dünyasını dəyişir. Belə bir məntiqli sual yaranır: addımbaşı çoxprofilli və darprofilli xəstəxanalar və klinikalar olan, müxtəlif profilaktika aksiyaları keçirilən Azərbaycanda qeyri-infeksiya xəstəliklərindən ölüm səviyyəsi niyə bu qədər yüksəkdir?

"Tibbi xidmətin əlçatanlığı regionlardan və əhali kateqoriyalarından asılı olaraq müxtəlifdir. İxtisaslaşmış klinikalar və ixtisaslı həkimlər əsasən Bakıdadır, əyalətlərdə darprofilli mütəxəssislərimiz yoxdur. Buna görə bir çox kənd sakinləri paytaxta gəlmək məcburiyyətində qalır. Həm də tibbi yardım üçün xəstəlik xroniki xarakter aldıqda və ya təcili cərrahi müdaxilə tələb olunduqda müraciət edirlər.

Digər bir səbəb müalicənin bahalığıdır. Həkimlər, təhlillər, USM və ya tomoqrafiya, dərmanlar - bütün bunlar böyük maliyyə vəsaiti tələb edir. Nəzərə alın ki, bəzən təkrar müayinədən keçmək lazım gəlir. Həkimə getmək hər kəsin, xüsusən pensiyaçıların, aztəminatlı ailələrin, işsizlərin gücü çatmayan bahalı məşğuliyyətdir", deyə müstəqil ekspert Azad İsazadə yaranmış vəziyyəti  şərh edir.

Vətəndaşların özlərinin sağlamlıqlarını qorumaq mədəniyyətinin aşağı olması amilini də unutmamalıyıq. Bizim insanlarımızın sağlamlıq anlayışı Qərbi Avropa insanlarından xeyli fərqlənir. Onlar üçün sağlamlıq ciddi şəkildə qorunmalı olan bir resursdur, belə ki, uğur, rifah, inkişaf ondan asılıdır, bizim üçün isə sağlamlıq hədiyyədir, o, çox və ya az ola bilər, amma onun qeydinə qalmaq o qədər də vaciv deyil.

Nəticə öz-özlüyündə ortaya çıxır - səmərəli tibbi xidmətlər sistemi, kadrlar, insanlarda sağlam həyat tərzi keçirmək mədəniyyətinini tərbiyə edilməsi tələb olunur. Bütün bunlar keyfiyyətli qidanın, pulsuz səhiyyə tədbirlərinin, geniş idman seksiyaları şəbəkəsinin, cinsiyyətdən və yaşdan asılı olaraq vətəndaşların sağlamlıq vəziyyətinin müntəzəm monitorinqinin əlçatanlığının təmin edilməsini nəzərdə tutur. Bu, ciddi sosial problemdir, onun həlli hələlik natamam xarakter daşıyır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL