Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?

Tarix:1-06-2023, 14:38 Baxış Sayı:699

SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?

Əziz oxucular!

Azərbaycan mətbuatı Sabirabad səhiyyə ocaqlarında baş verən korrubsiya və rüşvət əməlləri nəticəsində hər il minlərlə rayon sakinlərinin şikayətləri dərc edilir. Elə bil and içiblər ki, yeni gələn Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dirüktoru və baş həkimi, işdən azad edilən şəxslərin yaxınlarına rəhmət oxutduracaqlar.

2018 - ci ildən isə Sabirabad rayon səhiyyəsi hörümçək toru kimi rüşvət və korrubsiya ilə elə toxunulub ki, bu toru sökmək üçün gərək bütün səhiyyə strukturunu kökündən yeni kadırlarla əvəz edilsin. Indi isə sizə baş hörümçəklərdən və bu rayondakı torun sahibindən danışaq.

Bildiyiniz kimi son illər ərzində pulsuz səhiyyə xidmətini tibbi suğorta ilə əvəz edilib. Səhiyyə ocaqları TƏBİB adlı səhiyyə sahəsindən heç bir anlayışı olmayan maliyyəçilərə təhfil verilib. Nəticədə, baş həkimin və həkimlərin xidmətləri, İcbari tibbi suğorta ilə yanaşı həkimlərində haqqı əlavə şəkildə ödənilməsi təmin edilərək vətəndaşlarımıza pulsuz tibbi xidmət əvəzinə əvvəlki rüşvətdən başqa tibbi suğortanında sıfırlanması üçün hər bir yola əl atılır. Belə ki kimin hansı məbləğdə tibbi suğortası olması və müalicə zamanı nə qədər vəsaətin çıxması haqda heç kim heç bir məlumat vermir. Deməkki, mənim tibbi suğortamda beş min manat varsa, on beş manatlıq müalicə və müayinə olunduğu halda, vətəndaşdan min beşüz və ya beş min manat vəsaətin silinmədiyinə kim zəmanıt verə bilər? Vay olsun o günə ki, tibbi suğortan yoxdursa müayinə və müalicə üçün bu qəssabların əlinə düşəsən. O zaman əvvəl həkimlər qorxa - qorxa səndən on manat alırdılarsa, indi çəkinmədən min manat alıb hələ minnətdə qoyurlar.

Sizə bu gün Sabirabad rayon Mərkəzi Xəstəxanasının düşdüyü qara dəlikdən danışım.

Oxucularımız haklı olaraq qara dəliyin kosmosda olduğunu yada salır. Lakin Sabirabad Mərkəzi xəstəxanasında baş verən faktlarla tanış olduqda, bu fenamenə, qara dəlikdən başqa ayrı ad vermək mümkün deyil.

Sizə bu dəliyin səbəbkarı və səbəblərini əvvəldən diqqətinizə çatdırıram.

10 - oktyabır 2019 - cu ildə, Sabirabad rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Ənvər Lümənov, xəstəxanaya rəhbərlik etdiyi andan bu günə qədər, Sabirabad Rayon Mərkəzi Xəstəxanasını şəxsi biznes obyektinə çevirib. 

COVİD - 19 vaxtı, Ənvər Lümənov xəstəxanada çalışan əməkdaşların əmək haqqından işçilərə verilən əmək haqqından 2 milyon manat yeyinti etməyi aşkara çıxıb.

Qardaşı oğlu və yaxın qohumları Türkiyədə yaşadığı halda, Sabirabad RMX - PHŞ - də vaksin olunub. Vaksin olunma tarixi ilə hava məkanı yoxlanılsa, tam doğru olduğunun şahidi olarsız. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında dərman və ərzaq təchizatı demək olar ki, absurt dərəcədə mənimsənilib. Bütün dərman peraparatları demək olar ki, xəstələrin özü tərəfindən təmin olunub.

Xəstəxananı hostel kimidə pul müqavilində istifadə ediblər, istənilən adam istirahət otağı kimi də istifadə edə bilib.

Xəstəxanaya işə gələn həkimlər direktor Ənvər Lümanovun qoyduğu aylıqla razılaşmadıqda şərlənərək işdən çıxarılıb. Direktor Ənvər Lümanov xəstəxana daxilində işçilər arasında qarışıqlıq salaraq rayon ərazisində rekertliklə məşğul olan “yazarları”  vasitəsilə işçilərdən yazdıraraq işçiləri öz qeyri qanuni tələblərinə tabe etdirməyədə nail olub.

Aldığımız məlumata görə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında əldə etdiyi qeyri qanuni gəlirlə Bursada qardaşı oğluna klinika alıb. Cəmiyyət arasında şayə yayıb ki, guya yuxarıda böyük adamları olduğu üçün, özü istəməyənə qədər, heç kim onu işdən çıxarda bilməz. Ənvər Lümanovun xidməti otağının qapısında olan elektron kilid, heç nazirlərin qapısında belə yoxdur. İş vaxtı vətəndaşları, heç bir səbəb olmadan belə  saatlarla qapı arxasında  gözləməyə məcbur edilir. Nə qədər çox gözləsələr o qədər çox qiymət verərlər təfəkkürü ilə vətəndaşlarımızın saatlarla mənasız yerə vaxdını alır.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki,vətəndaşlara yuxarıdan aşağa baxan vəzifəli şəxslər ciddi cəzalandırılacaq.

İddialara görə Ənvər Lümənov qeyd edib ki,”TƏBİB’” - də onun çox nüfuzlu yaxın adamı var.  Heç kim onu işdən azad edə bilməz.

Azərbaycanin fərəhləndiyimiz tükənməz təbii sərvətləri və Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasının baş direktorundan tükənməz utandırıcı şikayətlər adamı vahiməyə gətirir. Sabirabad səhiyyəsinin göstərdiyi yarıtmaz xidmətdən şikayətçi olan vətəndaşlar qeyd edirlər ki, Ənvər Lumanov və “komandası”nın sayəsində Sabirabad Xəstəxanasında icbari tibb sığortadan əsər əlamət qalmayıb. Sakinlər bildirirdi ki, Sabirabad xəstəxanalarında, tibb məntəqələrində vətəndaşlar üçün bütün növ xidmət pulludur və bu zaman sığortası olan xəstələr üçün belə heç bir istisnalar tanınmır. Elə bil Baş Həkimin şəxsi klnikasına daxil olmusunuz. Mərkəzi Xəstəxanada və tibb məntəqələrində fəaliyyət göstərən şöbələr, o cümlədən, həkimlər xəstələrin sayına və jurnala uyğun baş direktora aylıq “hesab - kitab” verirlər.

Həmçinin qeyd edilir ki, Ənvər Lumanovun digər qazanc yerlərindən biri də yaşadığı Əhmədabad kənd həkim məntəqəsidir. Məhz koronvirus infeksiyasının vüsət aldığı vaxtlarda (2020-ci ildən 2021-ci ilin yarsına kimi) Əhmədabad kənd həkim məntəqəsində də vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan, adı olub özü olmayan və yüksək əmək haqqı yazılan tibb işçiləri olub.

Xatırladaq ki, məlumatda bildirilir ki, Ənvər Lumanov Sabirabad Xəstəxanasının baş direktoru keçəndən sonra, vaxtı ilə Əhmədabad kənd icra nümayəndəsi işləyən və 2014 - cü ildə rüşvət ittihamı ilə həbs olunan qardaşı Alim Lumanova Əhmədabad kəndində böyük mağaza tikdirib. Qeyd edək ki, icra nümayəndəsi Alim Lumanov dövlət tərəfindən Əhmədabad kənd sakinləri üçün tikilən evləri rüşvətlə satdığına görə həbs olunub və məhkəmə tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilmə qərarı ilə cəzalandırılıb.

 

Eks Baş tib bacısı Lalə Dadoşava korrubsiya və reşvətin geniratoru…

Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib.

Baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə, baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.

Bu gün ölkədə ən çox korrupsiyalaşmış tibb müəsissələrindən biri məhz Sabirabad Mərkəzi Xəstəxanasıdır və xəstəxananın korrupsiya yuvasına çevrilməsinin əsas səbəbi isə baş direktor Ənvər Lumanovun baş həkimi demək olar ki, bütün səlahiyyətlərindən məhrum etməsi ilə bağlıdır. Biz iddia etmirik ki, xəstəxananı baş həkim İkram Allahverdiyev idarə etsəydi, orda korrupsiya olmayacaqdı. Amma fakt odur ki, Ənvər Lumanov xəstəxananın idaredilməsini Lalə Dadaşovaya tapşırandan sonra, tibb müəsissəsi açıq bazara çevrilib.

Saatlı rayonundan olan və uzun müddət dərman firmasında işləyən Lalə Dadaşovanın Sabirabad Mərkəzi Xəstəxanasına gəlib çıxma tarixçəsi də maraqlıdır. Lalə Dadaşova dərman firmasında işlədiyi dövrdə Qaratəpə kənd xəstəxanasında pediatr işləyən Ənvər Lumanovla tanış olub. Məhz bu tanışlıqdan sonra Lumaovla Dadaşova arasında şəxsi iş birliyi yaranıb.

Ənvər Lumanov rayon mərkəzi xəstəxanasının baş həkimi təyin edilib və o 2018 - ci ildə Lalə Dadaşovanı doğum şöbəsinə kiçik tibb bacısı kimi işə düzəldib. 2020 -ci ilin əvvəlində Ənvər Lumanov Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru təyin olunub və fevral ayında xanım Dadaşova baş tibb bacısı kimi fəaliyyətə başlayıb.

Məlumatda qeyd edilir ki, bu gün Sabirabad Xəstəxanasında mövcud olan korrupsiyanın başında üç şəxs dayanır. Bunlar baş direktor Ənvər Lumanov, onun sağ əli baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev. Pandemiya dövründə bu üçlüyün saxta milyonlara imza atdığı deyilir.

Hal - hazırda Sabirabad xəstəxanasına işə girməyin ən asan yolu məhz Lalə Dadşova ilə görüşüb, razılaşmaqdan keçir. Baş direktorun əvəzindən danışan xanım Dadaşova tez - tez xəstəxana işçilərini belə açıq şəkildə təhqir etməkdən çəkinmir. Xəstəxanaya ayrılan dərmanlar da baş tibb bacısının əli ilə satılır.

Lalə Dadaşova xəstəxana işçilərindən məcburi yığdığı rüşvətlə bağlı bir neçə dəfə narazılıq yaransa da, baş tibb bacısı açıq şəkildə bəyan edir ki, yığdığı pulların çox hissəsi baş direktor Ənvər Lumanova çatır.

Xəstəxanada işləyən hər kəs yaxşı bilir ki, baş direktoru idarə edən, yönləndirən məhz Lalə Dadşova idi. 

Xəstəxanada həkim çatışmamazlığı da Sabirabad səhiyyəsinin problemlərindən biridir. Çünki həkimlər Lalə Dadaşova ilə anlaşaraq kənarda pul qazanmağa üstünlük verirlər. Lalə Dadaşovada öz yerini daha nəhəng fırtına ilə əvəz etdi.. 

Sabirabad xəstəxanasında Sevinc Hüseynova “rüzgarı”

işdən çıxarılan xəstəxananın baş tibb bacısı Lalə Dadaşovanın yerini daha “əzazil” biri tutdu. Sabirabad xəstəxanasını idarə edən, daha doğrusu vətəndaşlardan rüşvət yığan, problemləri həll edən şəxs genekologiya şöbəsinin baş mamaçası və xəstəxananın baş tibb bacısı vəzifəsini əvəz edən Sevinc Hüseynovadır.

Sevinc Hüseynova xəstəxana rəhbərliyində işləyən şəxslərdən birinin himayəsi altında hərəkət edərək bütün işlərə müdaxilə etməklə bərabər, həmdə həkimlərdən yığılan qeyri - qanuni vəsaitlərədə nəzarəti həyata keçirir. Vəziyyət o yerə çatıb ki, xəstəxanada işə düzəlmək istəyənlər belə, məhz Sevinc Hüseynova vasitəsi ilə danışıqlara gedirlər. Yəni işə girmək istəyən şəxs ilk öncə Sevinc Hüseynovanı görməli onunla razılaşmalı və sənədlərini ona təqdim etməlidir.

Sevinc Hüseynova himayəçisinin verdiyi dəstəklə artıq rayon xəstəxanasını baş həkim əvəzinə idarə edir. Direktor Ənvər Lumanov nədənsə Sevinc Hüseynovaya “gözün üstündə qaşın var”demir. Sevinc Hüseynova Sabirabad xəstəxanasında vəzifə səlahiyyətinə görə 10 - cu adam olmasına baxmayaraq, birinci şəxslərin işlərini yerinə yetirir. Bu isə o anlama gəlir ki, baş tibb bacısı ilə başda Ənvər Lumanov olmaqla bütün xəstəxana rəhbərliyi hesablaşır. Buna səbəb kimi, yerli hüquq mühafizə orqanlarının rəisinin biri ilə Sevinc Hüseynovanın yaxın münasibətinin olmağı göstərilir. Məlumatda qeyd edilir ki, Sevinc Hüseynova keçmiş baş tibb bacısı Lalə Dadaşovadan fərqli olaraq, həm həkimlərlə, həmdə xəstəxanaya gələn vətəndaşlarla kobud danışmaqla bərabər, onları təhdid etməkdən belə çəkinmir.

Xəsətxana işçilərinin iddiasına görə Sevinc Hüseynova məhz genekologiya şöbəsinin baş mamaçası vəzifəsinə keçdikdən sonra Bakı şəhərində mənzil və özünə xarici avtomobil alıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL