Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Gəncə məhbusunun dəhşətli işgəncələrdən bəhs edən məktubu

Tarix:4-07-2019, 20:27 Baxış Sayı:99

Gəncə məhbusunun dəhşətli işgəncələrdən bəhs edən məktubu

“Televizorda görürdüm, internetdə oxuyurdum ki, Xocalıda ermənilər bizim millətə nə zülümlər veriblər. Çox pis olurdum. O zülmləri mən də çəkdim. Amma öz ölkəmdə. Özümü ermənilərə əsir düşmüş kimi hiss elədim…”

Gəncə hadisələri ilə bağlı həbs olunmuş Bəkrəm Əliyevin polis bölmələrində məruz qaldığı amansız, dəhşətli işgəncələri öz qələmi ilə yazaraq bizə göndərib. Və xahiş edib ki, onun müraciətini olduğu kimi Azərbaycan xalqına çatdıraq. Biz də məktubu olduğu kimi paylaşır və son sözü xalqımızın ixtiyarına buraxırıq. Dəhşətli də olsa oxuyun və özünüz qiymət verin:

“Bakıya gedərkən Nəvai postunda mülkü formada, tanımadığım şəxslər məni saxlayıb, öz maşınlarına mindirib Gəncəyə MTN-ə (DTX-nin Gəncə idarəsi- red.) gətirdilər. 4-5 saat orda qaldım, sonra məni Nizami rayon Polis İdarəsinə təhvil verdilər.
Nizami Rayon Polis İdarəsində məni rəisin otağına qaldırdılar. Rəisin otağında mənə videogörüntü göstərdilər. Soruşdular ki, videogörüntüdəki sənsən? Dedim bəli, mənəm. O, polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim.
Məni başqa otağa apardılar. 3 nəfər mülki geyimli adam vardı otaqda. Başladılar məni döyməyə Məni vura-vura yerə yıxdılar. Yerdə başladılar məni təpikləməyə. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. 3 nəfər dayanmadan mənim başıma, belimə, böyrəklərimə təpiklə vururdu.
Sonra otağa başqa adamlar da gəlirdi, girən soruşurdu bu kimdi, deyirdilər ki, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu, döyürdü.
Samir Nizami rayonunun polisi idi. Məni Samirin (Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini Samir Bayramov- red.) iş yoldaşları döyürdü. Ona görə də məni çox döydülər, zülm verdilər…

Qalın kitablarla başıma vururdular. Otaqdakı 18-20 polis var idi. Hamısı bir-bir gəlib məni döyürdülər, hamısı məndən acıqlı idilər.
Otağa girənləri -baş leytnantı, kapitanı, mülki formada olanları görsəm indi hamısını tanıyaram.

Mülkü formada olanlardan biri mənim ciblərimi yoxladı. 115 manat pulum var idi. Pulumu götürdü, dedi “100-ü mənim, 15-i sənin”. Mən dedim ki, qaytar pulumu, başladı məni vurmağa. Sonra çıxıb getdi. Sonra başqa adam gəldi, ona dedim ki, bayaq gedən adam hanı, mənim pulumu gütürüb, görsən ona de ki, pulumu gətirsin versin. 1 saat keçdi, pulumu götürən adam gəldi və başladı məni döyməyə ki, bütün şöbəyə yayıbsan ki, Ramin mənim pulumu götürüb. Sonra mənə dedi ki, bu pulu sənə vermiyəcəm. Bu pulu sənə verənə söyüş qoymuşam. Özünü söyüb pulumu da aparıb, çıxıb getdi.

Sonra məni sürüyə-sürüyə başqa otağa apardılar. Otaqda müstəntiq var idi. Dedi adım Caviddi. Soruşdu ki, necə oldu ora getdin? Məndə başladım başıma gələnləri danışmağa? Biraz keçdi qapı açıldı. 6-7 nəfər polis girdi içəri. Dedilər bu idi? O, da dedi ki, bu idi. O, adamın əlində çəlik var idi. Bildim ki, bu Samirdi. İki polis , biri Samirin sağ qoluna, biri də sol qoluna girdi. Samir də çəliyini götürdü əlinə, başladı məni çəliklə döyməyə. Müstəntiq otaqda idi, amma heç nə demirdi. Zərbənin çoxusu başıma və sağ qoluma dəyirdi. Sağ qolum çiynimdən əlimə qədər qapqara olmuşdu, başım da şişmişdi. Onların içində bir mayor var idi. Gəldi üstümə tüpürdü, getdilər. Otaqda iki nəfər qalmışdı.

Məni yerdən qaldırıb stulda otuzdurdular. Müstəntiq Cavid dedi ki, bu sənədlərə qol çək, sənə 315-ci maddə düşür, 1-2 il yatıb çıxarsan. Yoxsa, bunlar sənin içni-içalatını tökəcəklər burda, yazıqsan. O, bunu deyib, otaqdan çıxdı. Müstəntiq çıxandan sonra otaqdakılar yenə başladı məni döyməyə.
Sonra məni 1-ci mərtəbəyə düşürdülər. Növbətçi hissənin arxa tərəfində koridor var idi. 23-30 adam diziüstə üzü divara, əlləri boyunlarında saxlamışdılar o koridorda. 7-8 nəfər polis də arxalarında dayanmışdı. Onların kürəklərinə-başlarına təpikləyirdilər. O polislər “speznazın” polisləri idi.
Məni o polislərə təhvil verdilər. Polislər soruşdu ki, bu kimdi. Məni təhvil verənlər dedilər ki, “Samiri yıxan adam budur”.
Polislər məni təpiklə-yumruqla vurmağa başladılar. Məni yerə yıxıb belimə çıxdılar. İkisi başladı belimdə hoppanmağa. Onlar hoppandıqca qabırğalarım əzilirdi. İki ay nə öskürə, nə də asqıra bildim. Çətin nəfəs alırdım. Sonra məni də divara düzdükləri adamların yanına qoydular, başladılar arxadan təpik-yumruq vurmağa.

Orada iki nəfər özündən getdi. Vedrə ilə su töküb ayıltdılar.
Sonra məni şöbənin həyətinə çıxartdılar. Həyətdə “speznazın” polisi var idi. Əlində avtomatla gəzirdi. Məni onun yanında saxlayıb başqalarını gətirməyə getdilər. Çox pis vəziyyətdə idim. Paltarımı cırmışdılar. Başım şişib nə boyda olmuşdu. Həyətdə dayanan polis mənə dedi ki, canını qurtarmaq istəyirsən? Heç nə demədim. Polis mənə dedi ki, sən, qaç, güllələyim səni. Onsuz da sizdən 3-nü öldürmüşük.
Sonra başqa adamlar gətirdilər həyətə. Bizi “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Şöbəyə girəndə sağ tərəfdə bir otaq var idi. Məni o otağa saldılar. Otaqda mayor var idi, adı da Nizami idi. Başladı məni şillələməyə, təpik vurmağa.

O otaqdan məni çıxardılar uzun bir koridora. Polis mənə dedi ki, uzan yerə sürün. Mən də uzanmadım. Polis başladı məni döyməyə. 2-3 nəfər polis də qoşuldu buna məni o qədər döydülər, gözüm qaraldı, özümdən getdim. Bir də ayıldım ki, məni sürüyə-sürüyə kameraya salırlar. Özümə gəldim, uşaqlar mənə su verdilər.
2-3 saat keçdi. Polislər gəlib məni kameradan çıxartdılar, saldılar bir otağa. Orda polis kapitanı vardı. Polis kapitanı şalvarının qabağını açıb, dedi ki, səni murdarlayacam, işiyəcəm başına. Mən də başımı yerə-divara vurdum başım yarıldı. O polisi otaqdan çıxartdılar. O birilər yenə başladı məni vurmağa. Sonra məni aparıb kameraya saldılar. 3-4 saat keçdi aradan. Saat 2-3 olardı. Axşam bizi döyə-döyə kameradan çıxarıb “dustaq maşınına” mindirdilər.10-12 nəfər idik. Bizi Nizami rayon Məhkəməsinə apardılar.

Maşından düşürdəndə də döyürdülər. Bizi məhkəmə zalına qaldırdılar. Hakim 4 ay sanksiya verdi. Sonra yenə döyə-döyə “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Bizi döyə-döyə kameraya saldılar.
Səhər açıldı. Saat 1-2 olardı. Təkcə məni maşına mindirib apardılar. Axşam “banditizmə” çatdıq, məni kameraya saldılar.
Səhər açıldı, məni kameradan çıxartdılar, qaldırdılar ikinci mərtəbəyə. Bir otağa saldılar. Orada iki nəfər mülki geyimli içəri girən kimi məni əllərindəki dubinka ilə döyməyə başladı. Əllərim qandallı idi. Yerdə halsız vəziyyətdə qalmışdım. Məni otağın baş tərəfinə sürüdülər. Hiss elədim ki, çeçelə barmağıma məftil bağlayırlar. Başımı qaldırdım, gördüm stolun üstündə nəsə qara aparat var. Başladılar “tok” verməyə. 3-4 dəfə özümdən getdim. Naşatır qoxladıb ayıldırdılar, bir də “tok” verirdilər. Sonra bir nəfər girdi içəri soruşdu ki, bu kimdi? Dedilər polisi yıxan budur. Dedi özüm məşğul olacam. Orda bununla biri var id, dedi ki, “toku” Mingəçevirə qoy”. Çox güclü volta qoymuşdu. Qışqırmaqdan səsim batmışdı. Çeçelə barmağımın ikisinin də əti parçalanmışdı. Bir o yadıma gəlir ki, iki polis məni sürüyə-sürüyə kameraya aparıb “koykaya” uzatdılar.
İki gün yerimdən qalxa bilmədim. İkinci gün qalxdım, yavaş-yavaş özümə gəlirdim. Bir də məni çıxartdılar ikinci mərtəbəyə. Yenə döydülər. Sonra biri varıydı başladı saçımı yolub qabağıma tökməyə. Zülm verirdilər. Üstündən 10 ay keçməsinə baxmayaraq başımda kəskin ağrılar var. Hətta elə olur ki, 10-15 dəqiqə özümdə olmuram, huşumu itirirəm.
Ayağımın altına dubinka ilə vururdular ki, ciyərim, böyrəyim dağılsın. Ağrıdan nəfəsim kəsilirdi. Yerdən qalxa bilmirdim, ayaqlarımın altı şişib göyərmişdi.

Sonra 2 nəfər gədli məni kameraya apardılar. 2 gün karsda ac-sussuz saxladılar. Bir -iki gün keçdi bədənimi yoxladılar. Krem, dərman verdilər ki, bədənimə sürtüm. Bütün bədənim gömgöy idi. Bütün bədənim ağrıyırdı, dəhşətli ağrılardan yata bilmirdim.
7 gün Nizami Rayon Polis İdarəsində, 15 gün “banditizmdə” edilən vəhşilik və işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər…

Televizorda görürdüm, internetdə oxuyurdum ki, Xocalıda ermənilər bizim millətə nə zülümlər veriblər. Çox pis olurdum. O zülmləri mən də çəkdim. Amma öz ölkəmdə. Özümü ermənilərə əsir düşmüş kimi hiss elədim.
“Banditizmdən” Kürdəxanıya gətirəndə başıma qara meşok keçirmişdilər. Bilmirdim məni hara aparırlar. Yolboyu mən nələr çəkdim, nələr fikirləşdim bir Allah bilir. Çox qəddarlıq etdilər. Hələ özümə gələ bilməmişəm.

İşgəncədən 10 ay sonra prokurorluqdan işgəncə faktını yoxlamaq üçün ekspert gəlmişdi. Artıq aradan 10 ay keçmişdi. 10 aydan sonra bədənimdə izlər qalmasa da bir onu bilirəm ki, bu vəhşiliklər, bu işgəncələr həyatımda silinməz izlər qoydu.
İndi sağlamlığım da yerində deyil”.

Məktubu fb profilində hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL