Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

İlham Əliyevin köməkçisindən müxalifətə şər-böhtan, Əli Kərimlidən tutarlı cavab

Tarix:4-07-2019, 20:54 Baxış Sayı:223

İlham Əliyevin köməkçisindən müxalifətə şər-böhtan, Əli Kərimlidən tutarlı cavab

İşgəncə və repressiya, azadlıqların boğulması ilk növbədə milli maraqlara zərbədir

Və ya Əli Həsənov nəyə görə müxalifəti şantaj edir?

Əli Kərimli, AXCP sədri

Rejimin sözçüsü Əli Həsənov Gəncə hadisələrinin ildönümü ilə əlaqədar yazı yazıb. Əksər hallarda olduğu kimi, yenə də “milli maraqları” bəhanə edib, bu gözəl sözün arxasında gizlənib, ölkənin dünyəvi və demokratik müxalifətini şərləyib. Əli Həsənov bizə sual-ittiham da ünvanlayıb: “Demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon?” Əli Həsənov davam edir: “Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.”

Yazıdakı şər və böhtanla əlaqədar aşağıdakıları qeyd etmәk qərarına gəldim:

1. Gəncə hadisələrindən əvvəl də, sonra da hər fürsətdə vurğulayırıq: Terrora, separatizmə qəti qarşıyıq, silahlı mübarizəni məqsədə çatma vasitəsi kimi qəti şəkildə istisna edirik. Azərbaycan hər zaman dünyəvi və unitar dövlət olaraq qalmalıdır. Ancaq bununla kifayətlənmək olmaz, Azərbaycan həm də demokratik, hüququ, sosial rifah dövləti olmalıdır. Biz terrorçuları deyil, sadəcə razılaşdırılmamış mitinqdə iştirak etmiş və kasıbçılıq üzündən rüşvət verə bilmədiyi üçün uzunmüddətli həbs edilmiş, qeyri-insani rәftara, işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarını – sadə gəncəliləri müdafiə edirik. İlham Əliyevin köməkçisi bizə şər atmasın.

2. Əli Həsənova və bütövlükdə rejim mənsublarına xatırladıram: İndi xalqı qorxutduğunuz Liviya, Suriya, Sudan nümunələri məhz həmin ölkələrdə bir qrup acgöz vəzifəpərəstin ömürlük, ailə hakimiyyətləri yaratmaq istəyinin nəticəsidir. Həmin ölkələrdə də bütün repressiyalar “milli maraqlara xidmət” adı ilə aparılırdı, bütün seçkilər “dövlətçiliyə xidmət, sabitliyi qorumaq” bəhanəsilə saxtalaşdırılırdı. Vətəndaşların hüquq və azadlıqları əllərindən alınmış, müxalifət faktiki məhv edilmişdi. Vətəndaşların dinc şəkildə, konstitutsion yolla etiraz, mitinq, nümayiş etməsinə qoyulmuş əsassız qadağa həmin ölkələri əvvəlcə sosial partlayışa, sonra da vətəndaş müharibəsinə gətirib çıxardı. Real və güclü müxalifətin, azadlıqların olduğu heç bir dövlət həmin dövlətlərin taleyini yaşamır. Liviya və Suriyadakı ailə diktaturaları da elə bilirdi ki, hər cür zorakılıq və repressiyanı “dünyəvi dövləti” qorumaq bəhanəsilə əsaslandırmaq onları xilas edəcək. Alınmadı. Əli Həsənovun təmsil etdiyi hakimiyyət hüquq və azadlıqları, ilk növbədə sərbəst toplaşmaq azadlığını qadağan etməklə ölkəni sosial partlayışa sürükləyir. Başqa sözlə, rejim Azərbaycanı Suriya və Liviya yolu ilə aparmağa çalışır. Lakin xoşbəxtlikdən biz fərqli coğrafiyada yerləşirik. Avropanın qonşuluğundayıq, nə zamansa Avropa ailəsinə qoşulmaq şansımız var. Demokratik cümhuriyyət keçmişimiz, demokratiya ənənələrimiz, aktiv vətəndaş cəmiyyətimiz, gerçәk, demokratik müxalifətimiz var. Bu ölkənin demokratik və hüquqi dövlət olmasını istəyənlər mütləq əksəriyyətdir. Ona görə də əminəm ki, rejimin bütün səhvlərinə baxmayaraq biz bu ölkənin Suriya, Liviya, Sudan yolu ilə getməsinə imkan verməyəcəyik, respublika və demokratiyanı yenidən bərpa edəcəyik.

3. Elə bir Azərbaycan qurmaq istəyirik ki, orada dini inanc cinayət hesab edilməsin – eynən Avropa və ABŞ-da olduğu kimi. Dini və məzhəb mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin vicdan azadlığı təmin olunsun. Ancaq dövlət təkcə dindar və ateistlərin deyil, hamının hüquqlarına təminat verməlidir. İnsanlar etnik, cinsi, siyasi, sosial mənsubiyyətinə görə də ayrı-seçkiliyə məruz qalmamalı, imtiyazlı və imtiyazsız təbəqələrə bölünməməlidir. Nəyə görə azərbaycanlılar indi axın etdikləri Avropa dövlətlərində gördüyü azadlıqları öz ölkəsində də təmin etməsin? Nəyə görə biz demokratik ölkələrə səfər zamanı hiss etdiyimiz kimi, özümüzü öz Vətənimizdə də azad hiss etməyək? Biz məhz buna nail olmağa çalışırıq.

4. Gəncə hadisələrindən istifadə edib, cinayət törətməmiş insanları kütləvi şəkildə həbs etmək, onlara ağlasığmaz işgəncələr vermək, bununla da cəmiyyətdə qorxu mühitini bərpa edəcəyinə ümid bәslәmək səhv siyasətdir. Bundan imtina edilməlidir. Rejim Gəncə hadisələrindən tamamilə başqa nəticələr çıxarmalı idi. Anlamalı idi ki, insanlar hüquqsuzluğa, ədalətsizliyə, kasıbçılığa artıq dözə bilmir. Xalq artıq barıt çəlləyinə bənzəyir, çarəsiz insanlar hətta zorakılığa da haqq qazandırmağa başlayır. Deməli dayanmaq lazımdır. İlk növbədə xalqa qarşı zülmü, repressiyanı dayandırmaq lazımdır. Aqressiv, qəddar, xalqın nifrət etdiyi məmurları dərhal işdən çıxarmaq lazımdır. Xalqı əzmək yox, ona qucaq açmaq lazımdır. Korrupsiya və rüşvətdən imtina etmək, xalqın sosial vəziyyətini gerçəkdən də yaxşılaşdırmaq lazımdır. Ən əsası, hüquqsuzluq ölkəni məhv edir. Təcili şəkildə siyasi islahatların önü açılmalıdır, insanların dinc etiraz etmək hüququ, seçki hüququ, söz azadlığı təmin edilməlidir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL