Anons

7-12-2022, 17:01- Seymur Talıbovun itinin də villası varmış - FOTOLAR

7-12-2022, 14:55- Günəmuzd işləyən fəhlə sosial yardım ala bilmir, çünki…. - NAZİRİN NƏZƏRİNƏ...

7-12-2022, 13:07- DSX: Özünü odlu silahla vuran hərbçi klinikada vəfat edib

7-12-2022, 13:02- Fransa Ermənistandakı Aİ qrupunun mandatının uzadılmasına çağırır

7-12-2022, 12:58- Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI

7-12-2022, 11:27- Prezident təqaüdü kimlərə verilir? Yazıçı Anar: “Seçim ədalətli aparılır”

7-12-2022, 06:09- Dünya çempionatında 1/4 finalın bütün iştirakçıları məlum olub

6-12-2022, 22:03- Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazandı

6-12-2022, 21:59- Parlamentdə əlbəyaxa dava - VİDEO

6-12-2022, 17:27- Çərəkə sakini: “Bələdiyyə barama təsərrüfatı qurduğum torpağı əlimdən alır”

6-12-2022, 17:03- DSX Akademiyasında yanğın…

6-12-2022, 16:50- “Müsəlman Birliyi” Hərəkatının daha iki üzvü həbs edilib

6-12-2022, 16:49- Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur

6-12-2022, 15:47- Prokurorluq əsgərin özünü güllələyərək öldürdüyünü deyir (yenilənib)

6-12-2022, 09:46- YAP Suraxanı Rayon Təşkilatının Sədri Vüqar Seyidovun Topdağıtmaz Var - Dövlətinin şok siyahısı....

5-12-2022, 11:09- Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

5-12-2022, 10:53- Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

5-12-2022, 09:39- Xanımından Arif Quliyevlə bağlı MÜRACİƏT: - “Xahiş edirik...”

4-12-2022, 10:42- ABŞ kəşfiyyatı Ukraynada hərbi əməliyyatların zəifləyəcəyini proqnozlaşdırır

4-12-2022, 06:41- DÇ-2022: Niderland və Argentina 1/4 finala çıxıb

Haqqımızda Əlaqə

Jurnalistin məhkəməsi avqusta qaldı

Tarix:12-07-2019, 18:16 Baxış Sayı:296

Jurnalistin məhkəməsi avqusta qaldı

Sevinc Vaqifqızı: “Seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilmərəm”

İyulun 11-də Bakının Binəqədi rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam etdirilib.

İşin mahiyyəti ondan ibarətdir ki, jurnalist 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən videosüjet hazırlayıb. Süjetdə Bakının 251 saylı tam orta məktəbinin direktor müavini Elmira Alandarovanın insanları müxtəlif istiqamətlərə yönəltdiyi əks olunub. Bir il keçəndən sonra Alandarova jurnalisti məhkəməyə verib. Alandarova iddia edir ki, süjetdə onun şərəf və ləyaqəti alçaldılıb. Dierktor müavini həmin süjetin Meydan TV və “Azadlıq” qəzetinin səhifələrindən silinsinməsini, üzrxahlıq edilməsini və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilməsini tələb kimi qoyub.

Məhkəmədə cavabdehin nümayəndəsi kimi Elmira Alandarovanın həyat yoldaşı Rafət Pirisoy və vəkili iştirak edib.

Məhkəmənin gedişində hakim Emin Əliyev tərəflərə barışıq təklifi verib. Bu zaman Elmira Alandarovanın nümayəndəsi jurnalistin üzr istəməsini də istəyib.

Sevinc Vaqifqızı bildirib ki(Amerikanın səsi), “seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilməz”.

Məhkəmə müəyyən ekspertizaların təyin olunması məsələsinə baxıb.

Jurnalistin vəkili Zibeydə Sadıqova şahidin dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə baxışı avqustun 5-də saat 12.00-da davam etdiriləcək.

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL