Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Qarabağ erməniləri Moskvanın oyununu oynayırlar?

Tarix:31-10-2022, 16:53 Baxış Sayı:24

Qarabağ erməniləri Moskvanın oyununu oynayırlar?

Oktyabrın 30-da qondarma Qarabağ parlamentinin növbədənkənar iclası keçirilib. İclasda bundan öncə Bakı və yerevan arasında əldə edilmiş razılaşmalara zidd bəyanat qəbul edilib. Söhbət nizamlanma ilə bağlı Bakının təklif etdiyi və Yerevanın qəbul etdiyi beş prinsipdən gedir. Bu prinsiplərdən biri də bir-birinin ərazi bütövlüyünün tanınmasıdır.

Lakin “parlament”in bəyanatında deyilir ki, Qarabağ “heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.

Sonra bildirilir ki, Ermənistan hakimiyyəti “Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatından imtina etməyə” və ya Qarabağın “suverenliyini” şübhə altına alan hər hansı sənədi tanımağa haqqı yoxdur.

Bəyanatda Rusiya Qarabağın təhlükəsizliyini təmin etməyə, “əlavə siyasi və hərbi mexanizmlər tətbiq etməyə” çağırılır.

Həmin gün Xankəndidə 10 minədək adamın iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçıları arasında bu günlərdə Qarabağın “dövlət naziri” təyin edilmiş rusiyalı iş adamı Ruben Vardanyan da olub.

Rəsmi Bakı baş verənlərə hələ ki reaksiya verməyib.

Beləliklə, Qarabağ ermənilərinin liderləri eyni vaxtda təkcə Bakıya yox, həm də bundan öncə Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını rəsmən bəyan etmiş Yerevana meydan oxuyurlar.

Gözləntilərin artmasına görə, Qarabağ erməniləri ümid edirlər ki, Moskva onların müstəqillyini və ya ən azı Azərbaycandan kənarda xüsusi statusu tanımaq missiyasını öz üzərinə götürməyə hazırdır.

Bu cür gözləntilər Ermənistandakı Rusiyapərəst qüvvələrdən də gəlir. Onlar iddia edirlər ki,  Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı Rusiya variantı məhz bunu nəzərdə tutur.

Bu gözləntilərin nə dərəcədə əsaslı olduğu bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə məlum olacaq. 

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL