Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Telman Seyfullayev bəraət aldı

Tarix:2-11-2022, 10:28 Baxış Sayı:24

Telman Seyfullayev bəraət aldı

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi azadlıqdan şərti məhkumluq çəkən AXCP üzvü Telman Seyfullayevin işi üzrə yeni prosesi tamamlayıb. Telman Seyfullayev deyib ki, məhkəmə ona bəraət verib: “Mən heç bir cinayət törətmədiyim halda əsassız məhkum olunmuşdum, bəraət istəyirdim, nəhayət, bu məqsədimə çatdım”.

1962-ci il təvəllüdlü Telman Seyfullayev xalq hərəkatının fəalıdır. O, 2020-ci il iyulun 20-də tutulub, noyabrın 17-də ev dustaqlığına buraxılıb.

2021-ci il iyunun 22-də Səbail Rayon Məhkəməsi Telman Seyfullayevə 2 il 7 aylıq şərti həbs cəzası kəsmiş, 2 il 3 ay sınaq müddəti qoymuşdu.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisdə mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən AXCP-nin 15 üzvü bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfərin, dekabrın 7-də 15 nəfərin ev dustaqlığına buraxılmasına qərar verilib.

Telman Seyfullayev və AXCP-nin daha 16 üzvü müxtəlif müddətlərə azadlıqdan şərti məhrum ediliblər.

2021-ci ildə Səbail Rayon Məhkəməsinin çıxardığı hökmləri Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2022-ci il aprelin 26-da Ali Məhkəmə 3 cəbhəçinin şikayətlərini təmin etməyib.

İyunun 29-da Ali Məhkəmə Telman Seyfullayev və daha 3 cəbhəçinin şikayətləri üzrə qərar çıxarıb. Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan şəxslərin cəzaları qüvvədə saxlanıb.

Novator.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL