Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Müxalif siyasətçilər partiyalar haqqında yeni qanun layihəsini tənqid ediblər

Tarix:2-11-2022, 12:30 Baxış Sayı:28

Müxalif siyasətçilər partiyalar haqqında yeni qanun layihəsini tənqid ediblər

Dünən “Siyasi partiyalar haqqında” Qanun layihəsinin alternativ ictimai müzakirəsi keçirilib.

“Meclis.info” platforması və “Artikl 54” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Təşkilatçıların verdiyi məlumata görə, müzakirənin yekunlarına dair sənəd 3 gün ərzində Milli Məclisə və Prezident Administrasiyasına göndəriləcək. 

Siyasi partiyalarla bağlı dünya təcrübəsi haqqında məlumat verən tədbir təşkilatçıları bildiriblər ki, “Siyasi partiyalar haqqında” Qanun layihəsi 23 ölkənin təcrübəsi əsasında hazırlanıb. “Bizə Milli Məclisdən həmin ölkələrin siyahısı göndərilib. Həmin siyahıdan olan Fransa, Niderland, İtaliya və İsveçin ümumiyyətlə siyasi partiyalar haqqında qanunu yoxdur. Bəzi Avropa ölkələrində isə siyasi partiyalar haqqında və siyasi partiyaların maliyyələşməsi haqqında qanunlar ayrıdır”. 

Üzvlərin sayına gəlincə isə, qeyd olunub ki, Gürcüstanda partiyanı təsis etmək üçün 300 nəfərə ehtiyac var, Türkiyədə 30 nəfərlə, Çexiyada 3 nəfərin imzası ilə partiyanı qurmaq olur, Polşada bu say 1 min, Ukraynada isə 10 min nəfər təşkil edir. 

Hüquqşünas Kənan Qayıbov bildirib ki, hələ 2011-ci ildə siyasi partiyaların üzvlərinin sayının 5 minə qaldırılması ilə bağlı təklif var idi, lakin Avropa Şurasının Venesiya Komissiyasının verdiyi rəydə göstərilmişdi ki, bu, ölkə əhalisinin o vaxtkı 8 milyonluq sayı üçün çox izafi saydır. “Nəticə etibarilə 1 min üzv tələbi qalmışdı”.

Parlamentdə təmsil olunan REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, bu qanun layihəsinin fəlsəfəsi yanlışdır. “Qanun sanki bir biznes qurumunun qeydiyyatı kimi nəzərdə tutulub, daha çox rəqəmlərə istinad olunur, prosedur qaydalarından danışılır. Amma siyasi partiyanın fəaliyyəti o deyil”. 

O qeyd edib ki, partiyanın fəaliyyəti seçkiyə bağlıdır. “Bununla əlaqədar Seçki Məcəlləsi də dəyişməlidir. Digər tərəfdən hakimiyyət bu məsələyə siyasi rəqibləri ilə mübarizə üsulu kimi baxmamalıdır. Bu qanun layihəsinin bu formada çıxması bir daha göstərir ki, siyasi hakimiyyət öz rəqiblərinə təzyiq, təsir üçün müəyyən bir rıçaq hazırlayır”. 

Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlının fikrincə, hazırda müzakirə olunan layihə demokratiyaya qarşı bir prosesdir. “Bu, Azərbaycanın qoşulduğu və çox əhəmiyyətli beynəlxalq konvensiyalara və həmçinin çoxpartiyalılıq fəlsəfəsinə ziddir”.

Partiya nümayəndəsi qeyd edib ki, siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişməsinə zərurət yox idi. “Amma hakimiyyət narahatdır, əlavə problemlər istəmir və ona görə də onun sözü ilə hərəkət etməyən partiyalara qarşı əlində bir rıçaq əldə etmək istəyir”. 

Onun fikrincə, partiyanın qeydiyyatı üçün üzvlərin say limiti ümumiyyətlə ləğv edilməlidir. 

Ümid Partiyasının sədr müavini Tamilla Qulami da bildirib ki, yeni qanun layihəsi qanunçuluq fəlsəfəsinə ziddir. “Çünki qanun qəbul edilirsə, bu partiyaların və vətəndaşların işini asanlaşdırmalıdır. Bu qanun layihəsi isə əksinə işini çətinləşdirəcək. 200 nəfərin təsisçi olunması, təsisçinin 20 il ölkədə yaşaması kimi tələblər çox absurddur. Bu maddələr Azərbaycan Konstitusiyasına ziddir”. 

Onun sözlərinə görə, iki dəfə ardıcıl seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatının ləğvi tələbi də qanunvericiliyə ziddir. “Çünki bu, artıq partiyanın daxili işinə qarışmaqdır”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü Asif Yusifli də hesab edir ki, qüvvədə olan qanunun dəyişməsinə ehtiyac yoxdur. “1 min üzv tələbi qoyulan zamanlarda partiyaya üzv toplamaq imkanları indikindən qat-qat çox idi. Təsisçinin 20 il Azərbaycanda yaşaması tələbinə gəlincə, o da absurddur. Çünki 20 yaşlı gənc xaricdə təhsil alırsa, o, ölkəyə qayıdanda yenə də 20 il gözləməlidir ki, partiyanı təsis etsin”. 

O qanuna digər dəyişiklikləri mürtəce adlandırıb. 

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov beynəlxalq konvensiyalara və digər sənədlərə istinad edərək, dövlətin birləşmək hüququnu təmin etməyə borclu olduğunu bildirib. 

Onun sözlərinə görə, təqdim olunmuş layihə həm beynəlxalq, həm yerli qanunvericiliklə ziddiyyət təşkil edir. 

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının fikrincə, bu qanun layihəsinin ruhu tam avtoritardır. “Burada açıq deyirlər ki, nəyi etmək olmaz. Əgər sən siyasi partiyaların normal fəaliyyət göstərməsini, seçkilərin demokratik keçirilməsini istəyirsənsə, yanaşman fərqli olmalıdır. Bu qanun layihəsi ictimai iştirakçılığı təmin etmir”. 

Onun fikrincə, qanun layihəsinin əsas məqsədi dialoqda olan siyasi partiyaları nəzarətdə saxlamaq, digər partiyalara isə əngəllər yaratmaqdır. 

Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin üzvü Ellada Məmmədli isə hesab edir ki, yeni qanun layihəsi ADR partiyasının qeydiyyata alınmaması üçün hazırlanıb. 

O qeyd edib ki, 20 il ölkədə daimi yaşaması tələbi xaricdə yaşayan partiyanın sədri Qubad İbadoğluna qarşı yönəlib. “Biz köhnə qanunun qalmasını tələb edirik”. 

Milli Cəbhə Partiyasının nümayəndəsi isə bildirib ki, yeni qanun layihəsinin müəyyən çatışmazlıqları var və onları səsləndirmək lazımdır. “Amma bir həqiqət var ki, siyasi partiya siyasi proseslərdə iştirak etməlidir və ona görə də seçkilərdə iştirak etməyən partiyalarla bağlı dəyişikliyi dəstəkləyirik. Partiyaların qeydiyyatı və üzvlərin sayı ilə bağlı isə işlənməli məqamlar çoxdur”. 

Azərbaycan Yüksəliş Partiyasının nümayəndəsi də bildirib ki, siyasi hakimiyyət bir qanun qəbul etmək istəyir və bu qanunda da hamının marağına toxunan, siyasi fəaliyyətinə əngəl törədəcək və heç bir siyasi plüralizmə xidmət etməyəcək bir vəziyyət yaratmaq istəyir. “Qanun bu şəkildə qəbul ediləcəyi təqdirdə ölkədə ictimai-siyasi münasibətlərdə riskli bir vəziyyət yarada bilər”. 

Sonda ekspertlərin rəyləri verilib və mətbuatın sualları cavablandırılıb. 

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL