Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Əvəz Zeynallı təcili müayinə olunmalıdır

Tarix:23-01-2023, 19:33 Baxış Sayı:16

Əvəz Zeynallı təcili müayinə olunmalıdır

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzova, Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlanma yeri və İstintaq Təcridxanasının rəisi Mehman Əhmədova, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Səbinə Əliyevaya Ə.Zeynallının sağlıq durumu ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Diqqətinizə çatdırım ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində Prezident Aparatının məsul şəxslərinin siyasi sifarişilə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamları əsasında Binəqədi rayon məhkəməsinin sifarişli hakimlərinin məhkəmə qərarları ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.  29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsi tərəfindən daha 3 ay uzadılıb. Ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.

Buna baxmayaraq, prezidentin verdiyi səlahiyyətlərdən sui-istifadə edən məmurlar  şəxsi maraqlarını önə çəkərək, bir müstəqil jurnalisti girov götürərək, onun fəaliyyətini dayandırıblar.

Bu gün Əvəz Zeynallının sağlamlığında ciddi problemlər yaranıb. Yüksək qan təzyiqi və şəkərinin olması gözlərinin görmə qabiliyyətini aşağı salıb və hazırda təcili əməliyyata ehtiyacı var. Üstəlik haqsız yaşadığı gərginliklər də onun sağlamlığı üçün ciddi təhlükə yaradır. Bir gün belə yubanmaq, onun sağlamlığında ciddi fəsadlar yaradacaq.

Səlahiyyətlərinizdən istifadə edərək, Əvəz Zeynallının təcili həkim müayinəsindən keçirilməsi, həmçinin ailəsilə əlaqə yaradılması üçün zəruri addımlar atmağınızı xahiş edirəm.

 Bakı şəhəri, 16 yanvar 2023-cü il

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL