Anons

3-06-2023, 17:07- Görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun qanunsuz əməllərinə niyə göz yumur?

2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video

1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?

29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər

29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu

29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?

29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib

29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür

29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb

29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”

28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir

26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır

26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir

26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var

26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’

26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib

26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”

24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri

24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir

24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”

Haqqımızda Əlaqə

Dini fəal məhkəmədə işgəncələrdən danışıb

Tarix:24-05-2023, 12:11 Baxış Sayı:4

Dini fəal məhkəmədə işgəncələrdən danışıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının fəalı Abbas Hüseynin şikayəti üzrə hazırlıq iclası keçirilib.

Şiikayət birinci instansiya məhkəməsinin Hüseynin cəza rejiminin sərtləşdirilməsi və onun Qobustan qapalı həbsxanasına köçürülməsi haqqında qərarından verilib.

Vəkil Fəxrəddin Mehdiyevin jurnalistlərə verdiyi məlumata görə, Hüseyn məhkəmədə bildirib ki, 7 saylı cəzaçəkmə müəssisəsində döyülmə və işgəncələrə məruz qalıb.

“Biz artıq bununla əlaqədar prokurorluğa şikayət vermişik. Araşdırma nəticələrindən asılı olaraq gələcək addımlar atacağıq. Prokurorluq cinayət işi açmaqdan imtina etsə bu qərardan məhkəməyə şikayət verəcəyik”, deyə vəkil bildirib.

Öz növbəsində, fəalın bacısı Yasəmən Hüseynova bildirib ki, qardaşının üzündə və qollarında hələ də zorakılıq izləri var.

Mahiyyəti üzrə dinləmələr mayın 30-na təyin edilib.

* “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağlrzadə, Abbas Hüseyn və bir neçə digər fəal 26 noyabr 2015-ci il tarixində DİN-in Nardaran qəsəbəsində xüsusi əməliyyatı nəticəsində saxlanılıb.

Saxlanılan şəxslər Bağırzadə tərəfindən təşkil edilmiş cinayətkar qrupda iştirak etməkdə ittiham olunublar. Məhkəmə onları terrorda, qanunsuz silah saxlamaqda, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdində, polisə müqavimətdə və Cinayət Məcəlləsinin digər maddələrini pozmaqda təqsirli bilib və 12 ildən 19 ilədək azadlıqdan məhrum edib. Abbas Hüseyn 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, artıq həbsinin ilk 7 ilini Qobustan həbsxanasında keçirib.

O və bəzi digər fəallar siyasi məhbus kimi tanınıb.

Contact.az

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL