Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

Azərbaycanla bağlı 6 qərarın icra durumu AŞNK-da müzakirəyə çıxarılıb

Tarix:8-06-2023, 18:00 Baxış Sayı:21

Azərbaycanla bağlı 6 qərarın icra durumu AŞNK-da müzakirəyə çıxarılıb

Hökumət toplantıya təqdimat göndərib

Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumu müzakirə edilir.

Üç gün (5-7 iyun) davam edəcək toplantının gündəliyinə Azərbaycanla bağlı 6 qərar daxildir.

Müzakirə olunan Anar Məmmədli qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi beş qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir.

Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər qismən həyata keçirilməmiş qalır.

Azərbaycan hökuməti toplantıya göndərdiyi sonuncu təqdimatında bildirib ki, qeyd edilən qərarların icrası kontekstində Azərbaycanda bütün məhkəmə zallarındakı metal qəfəslər ləğv edilib, götürülüb. Beləliklə, bu elementin bütün mənfi nəticələri,  yəni məhkəmə iclası zamanı metal qəfəsdə saxlanılma səbəbindən aşağılayıcı rəftar halları tamamilə aradan qaldırılıb.

Hökumət daha öncəki təqdimatında isə bu qrupda qalan işlərin hazırda Ali Məhkəmənin Pelnumunda olduğunu, onlara lazımi qaydada baxılması üçün Ali Məhkəməyə məlumat verildiyi bildirilmişdi.

Bu qrupda daha öncə İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərli, Əzizov və Novruzlu işləri üzrə AİHM-in qərarlarının icrasına da nəzarət edilirdi, AŞ NK həmin qərarların icrasına nəzarəti artıq qapadıb.

AŞNK-nın icra durumunu müzakirə etdiyi digər qərar “Makuçyan və Minasyan Azərbaycana qarşı” işidir.

Bu qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.

Ərizəçilər sözügedən olayda qurban olan erməni hərbçinin ailə üzvləridir.

Onlar iddia edirdilər ki, Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş R.Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsi, ardınca da əfv edilməsi, Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb.

AİHM bu işdə 2-ci maddənin prosessual baxımdan, habelə, 2-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddənin (ayrı-seçkilik) pozulmasına (yaşama hüququna qarşı cinayətlərdən təsirli çəkindirmə öhdəliyinə əməl etməmə) qərar vermişdi.

Qərar həmçinin ərizəçilərə 15,143.33 Britaniya funtu məbləğində xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur.

Hökumət müzakirələrdən əvvəl AŞ NK-ya qərarın icrası ilə bağlı fəaliyyət planı təqdim edib.

AŞNK Azərbaycanla yanaşı AİHM-in Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova Respublikası, Şimali Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı qərarlarının icra durumunu da incələyir.

AŞNK-nın toplantı zamanı qəbul etdiyi qərarlar iyunun 8-də elan ediləcək.

Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-in qərarlarının icrası üzv dövlətlər üçün məcburi xarakter daşıyır.

AŞNK qərarların icrasına hökumətlər, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflərin təqdimatları vasitəsilə nəzarət edir.

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL