Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

Rusiya mediası ABŞ-ı Qarabağ rəhbərliyinə təzyiq etməkdə günahlandırır

Tarix:15-06-2023, 15:19 Baxış Sayı:35

Rusiya mediası ABŞ-ı Qarabağ rəhbərliyinə təzyiq etməkdə günahlandırır

Azər Qasımlı: “”Komsomolskaya pravda” Putinin təklifləri əsasında təbliğat  aparır”

“ABŞ Bakı ilə Stepanakert (Xankəndi) arasında dialoqa birbaşa müdaxilə etmək qərarına gəlib”.

Bunu Rusiyanın “Komsomolskaya pravda” nəşri adını çəkmədiyi mənbələrə istinadən yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini amerikalı kuratorların nəzarəti altında “üçüncü ölkədə” Azərbaycan tərəfi ilə yaxın gələcəkdə görüşə razılaşmağa məcbur edir:

Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, guya onları Azərbaycanın bölgədə əks-terror əməliyyatı keçirəcəyi ilə hədələyirlər”.

Foto: “Комсомольская правда”

Ümumiyyətlə, Amerikanın “sülhməramlı təşəbbüsü” Stepanakertdə (Xankəndi) mənfi qarşılanıb. Lakin bunu Dağlıq Qarabağın “xarici işlər naziri” Sergey Qazaryan lobbiləşdirir. Eyni zamanda, qeyd olunur ki, o, Yerevandadır və Ermənistanın Baş naziri Nikol Paşinyanın dəstəyindən istifadə edir”, –deyə “Komsomolskaya pravda” əlavə edib.

Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlı deyir ki, “Komsomolskaya pravda”nın yaydığı xəbər hələ fakt demək deyil:

“Çünki Vaşinqtonun bu barədə hər hansı açıqlaması olmadığı üçün şərh vermək çətindir”.

Ancaq Azər Qasımlı hesab edir ki, nəşrin yaydığı məlumat Rusiya Prezidenti Vladimir Putinin aylar əvvəl “Valday” konfransında Qərb barədə dediklərini və Kremlin münaqişə ilə bağlı təkliflərini xatırladır:

Azər QasımlıAzər Qasımlı, Foto: Meydan Tv

Əslində, Putin o vaxt erməni xalqını Baş nazir Nikol Paşinyanı devirməyə çağırmışdı. “Komsomolskaya pravda” da Putinin səsləndirdiyi təkliflər əsasında təbliğat  aparır. Bununla Rusiya mediası Qarabağ ermənilərinə mesaj verir ki, Moskva sizi qoruyur, amma Vaşinqton isə əksinə. Həmçinin qəzet Ermənistan cəmiyyətinə Putinin mesajını xatırladır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nəşrin yazdığını təbliğat “müharibəsi”nin elementi sayır.

O düşünür ki, məlumatın əsaslı olub-olmamasını söyləmək çətindir, amma məntiqli məqamlar da var:

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq ZülfüqarovTofiq Zülfüqarov, Foto: Axar.az

ABŞ-ın əsas siyasi məqsədi Rusiyanı bölgədən çıxartmaqdır. Ona görə bu istiqamətdə hansısa təzyiqlərin olması təbiidir. Ancaq burada siyasi oyunun olmasını da istisna etmək olmaz, yəni ermənilərin məsələni bu yöndə gündəmə gətirməsi baxımından”.

2022-ci ilin 27 oktyabrında Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında bildirmişdi ki, münaqişənin həlli ilə bağlı iki plan var: Vaşinqton və Moskva planı:

Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı, rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətləri nəzərə almaq, gələcək sülh müqaviləsində müzakirə etmək lazımdır, bu da mümkündür. Amma sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır, razılaşmalar digər tərəf üçün də məqbul olmalıdır”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. 

MEYDAN.TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL