Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Elinanın intiharı hər birimizin faciəsidir!

Tarix:21-04-2019, 11:41 Baxış Sayı:191

Elinanın intiharı hər birimizin faciəsidir!

Belə görünür ki, Elinanı qəsddən öldürüblər. Dünən Səbail rayon icra hakimiyyəti başçısının müavini, Səbail YAP təşkilatının sədr müavini Xalidə Bayramovanın mətbuata açıqlamasını oxuyandan sonra bu qənaətim yəqinləşdi.
1. İcra başçısının müavini, Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə Komissiyanın, eləcə də rayon Uşaq Fondunun sədri faciənin baş verdiyini saat 09.57-də bilirdisə, nədən direktora dərhal təcili tibbi yardım çağırmaq tapşırığını verməyib? Axı özü də etiraf etdiyi kimi yeniyetmələrlə iş birbaşa onun məsuliyyət daşıdığı sahədir? Səhər yollar açıq olduğu üçün icra hakimiyyətindən məktəbə maşınla 10 dəqiqəyə çatmaq mümkün olduğu halda nədən məktəblinin intihar xəbərini alan məsul şəxs məktəbə yalnız saat 11.01-də, bir saat dörd dəqiqə sonra çatıb?! Bu müddət ərzində Elinanın vəziyyətini öyrənmək üçün nədən direktora zəng vurmayıb? Zəng vurubsa, demək, təcili tibbi yardımın çağırılmadığını bilib, nədən direktordan dərhal həkim çağırmağı tələb etməyib?!
2. Xalidə Bayramova mətbuata bir-neçə gün öncə verdiyi açıqlamasında “videonu mən çəkməmişəm” deyirdi. Dünənki müraciətində, öz sözlərini təkzib edərək “belə vəziyyətlərdə video çəkiliş aparmaq təcrübəm var, şəffaflığı təmin etmək üçün, faktlar toplamaq üçün çəkiliş apardım” deyib. Adamın suçu yoxdursa, geniş ictimaiyyət qarşısında bir-birini təkzib edən yalanları nədən danışsın ki?! Onun vəzifəsi ağır xəsarətlər almış, ağrılar içində qovrulan uşağı xilas etmək idi, yoxsa Elinanın “şəffaf şəkildə ölməsini” təmin etmək?! Uşaq canı ilə əlləşirkən ona yardım etmək əvəzinə bu nə “şəffaflıq” azarıdır?! YAP üçün “şəffaflıq” insan, özü də uşaq həyatından da üstün dəyərdirmi?! Əcəba, bəs nədən xəbərimiz yox?! Və görəsən, öz etirafına görə bu sahədə zəngin təcrübəyə malik Xalidə Bayramova video çəkilişlər vasitəsilə neçə yeniyetmənin belə “şəffaf şəkildə” həyatdan getməsini təmin edib?!
3. Xalidə Bayramova deyir ki, təcili tibbi yardımı məktəbə gələndən sonra şəxsən özü çağırıb. Ən ciddi faktlardan biri də budur. Təcili Tibbi yardıma zəng edərkən mütləq xəstənin vəziyyəti haqqında məlumat verilməli, onun üçüncü mərtəbədən yıxıldığı deyilməli idi. Bu barədə qeydlər mütləq Çağırış Mərkəzinin qeydiyyat kitabına daxil edilir. Bunun əvəzinə Xalidə xanım Təcili Tibbi Yardım Xidmətinə məktəblinin zəhərləndiyini deyib və məhz bu səbəbdən Elinanı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının Toksikologiya şöbəsinə aparıb mədəsini yuyublar. Görəsən, bu yalanı danışmağa, can verən uşağı xilas etmək əvəzinə həkimləri və müalicəni yanlış səmtə yönəltməyə, qiymətli vaxt itirməyə icra başçısının müavinini nə vadar edib? Uşağı sonradan narkotik istifadəçisi kimi təqdim edib məsuliyyətdən yayınmaq, Elinanın məktəbdə pisikdirildiyi üçün intihar etdiyini gizlətmək üçünmü edib bunu?!
4. Ağır vəziyyətdə olan yaralı uşağa “haran ağrıyır?”, “özünü necə hiss edirsən?” suallarını vermək əvəzinə uşaq üzərində direktoru vəziyyətdən çıxarmaq üçün sorğu-sual aparmaq gerçəkdən də şəffaflığa xidmət edir, ancaq bu şəffaflıq heç bir halda YAP-çı məmurun nəzərdə tutduğu məqsədlərə xidmət etmir. Gün kimi aydındır ki, Elinanın həyatını xilas etmək əvəzinə, direktor və məmur öz karyeralarını xilas etmək üçün uğraşıblar.
5. Reanimasiyada olan uşağın yanına valideynləri buraxılmadığı halda, Xalidə Bayramovanın orada nə işi vardı?! Getmişdisə, niyə həkimlərə uşağın zəhərlənmədiyini, yıxıldığını demirdi?!

Və bütün bunlardan sonra bütün ölkəni sarsıtmış faciəyə, 14 yaşlı məktəblinin ölümünə görə açıq-aşkar suç sahibi direktor Sevinc Abbasovanın ev dustaqlığına buraxılmasının, həbs edilməməsinin səbəbi aydınlaşır: Xalidə Bayramovanı xilas etmək naminə. Həbs olunacağı halda Sevinc Abbasova ona rəhbər göstərişləri verən məmuru ələ verə bilərdi!

Elinanın yerində hər birimizin balası ola bilər! Elinanın faciəsinə susmaqla, öz övladlarımızın faciəsinin memarı oluruq. Susmayaq, balalarımızı xilas edək!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL