Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Azərbaycanın Mərdakandakı 2 saylı internat məktəbində vəhşilik

Tarix:10-04-2019, 18:53 Baxış Sayı:149

Azərbaycanın Mərdakandakı 2 saylı internat məktəbində vəhşilik

Bir müddət Mərdəkandakı internat məktəbində dərs demiş Leyla xanım həmin məktəbdə gördüyü- götürdüyü təəssüratları və əlbəttə, faktları sosial şəbəkədə paylaşıb. Bunlar, gerçəkdən dəhşətlidir və insanlığa qarşı cinayət faktlarıdır.

2017 ildə 2 həftə (cəmi 10 dərs saatı ) Mərdəkanda valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası da mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, əlimdə maddi sübutun varmı. (video və ya səs yazısı)
Cavabım yox oldu. Mənə mədəni şəkildə qapını göstərdilər.

Öz gözümlə gördüklərimi sizinlə paylaşacam.

1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.

2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

3.Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı – Buna etiraz edəndə müavin mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

4. Sözdə məktəbin psixoloqu ,əslində olan -direktorun sürücüsü idi.

5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar ,əslində olan – direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı.( Dərsdən çıxarıb aparırdı! )

7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi. (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək daha düzgün olar)
Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.
Səhərlər bütün işçilər direktorun hüzurundan keçib -ona və ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi.
Düz yol gedən bircə mən olduğuma görə məni yanına çağırıb
Qafqaz universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi.
Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta qırmızı diplomuma lağ belə elədi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki bu qızı başa salın)
Müəllim kadrosu başıma toplanıb min cəhdlə məni imtina etməyə ikna etməyə çalışdı.
Gətirdikləri tək səbəb vardı. Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s. bla bla
Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm…

8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı bilmirəm. Uşaqlarda bilmirdi.

9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər.

10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim. O stəkanda çay içə bilmədim.

11. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə.

12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdiki bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda…

13. Direktor məktəb məsələlərinə demək olar ki , qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən-axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm yalan olmaz. 5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik axırıncı saata saldı ki , ordan çıxıb işə çata bilməyim(yolum 2 saat idi). Özünün dediyi ki, təyyarə ilə uçsamda çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib niyə belə elədiyini soruşdum. Mənə
Bura Azərbaycandır
dedi.
Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi ki razı ol hər ay direktor müavininə 50 manat verməyə dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə maaşımı alanda verməklə razılaşdıq. Beləliklə dərsimi 2 günə saldı. Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayətim etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb salamımı da almadan dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim içəri çağırmadı. Vaxtım yox idi deyə durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi.
Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun icra hakimi ilə çox yaxın olduğunu, yuxarılarda çoxlu dostlarının olduqlarını dedilər.

14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki , necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cismdə zühur etməyən qəribə-qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan , adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil nazirliyinin vecinə də deyil…

16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz – qoş etməkdə köməkçisi ) yetəri qədər savadlı deyildi. 9 sinifə dərs keçə bilməzdi məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçıdan kömək istəyirdi.

17.İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə. (Heç bir qabı qırmadılar)
Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər )

18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi tərflərlə boğdurmağı bacaranlar olurdu. Yəni ki reklam xətrinə çəkilmiş rəsmlər , mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.

19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi -tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.
Ardı çoxdu amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır…
Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim təhsil nazirliyinin yetirdiyi direktordu. Olar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə?
5 il Qafqaz oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf. ..

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL