Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

“Əgər 18 min şagird rus bölməsində təhsil almaq istəyirsə...” - Təhsil naziri

Tarix:28-08-2022, 14:00 Baxış Sayı:31

“Əgər 18 min şagird rus bölməsində təhsil almaq istəyirsə...” - Təhsil naziri

Nazir valideynlərə səsləndi: “Belə fakt varsa, yerli təhsil idarələrinə məlumat verin”

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirib, bir sıra məsələlərə aydınlıq gətirib. Nazir deyib ki, koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması planlaşdırılır: “Hazırda bununla bağlı vəziyyət qənaətbəxşdir”.

E.Əmrullayev qeyd edib ki, məktəb direktorlarının əmək haqlarına əlavələr ediləcək: “Sentyabrın 1-dən qərar qüvvəyə minəcək. 500-700-dək şagirdi olan məktəblərdə 600 manat direktor, 200 direktor müavini, 700-900 şagird olan məktəblərdə 750 direktor, 250 direktor müavini, 900-1300 şagirdi olan məktəblərdə 900 direktor, 300 direktor müavininə, 1300-1700 şagird sayı olan məktəblərdə 1050 direktor, 350  manat direktor müavininə, 1700-2100 şagird sayı olan məktəblərdə 1200 direktor 400 direktor müavininə, 2100-2500 şagird sayı olan məktəblərdə 1350 direktor, 450 direktor müavini, 2500-dən yuxarı şagird sayı olan məktəblərdə 1500 direktor, 500 manat isə direktor müavininin əmək haqqına əlavələr ediləcək”.

Nazir əlavə edib ki, müəllimlərin işə qəbulu üzrə 2012-ci ildən yeni mexanizm işə başlayıb və bu sahədə yerlərdə nəzarət mexanizmi daha da əlçatan oldu: “Ancaq hazırda elektron sistemlərlə buna nəzarət çox asandır. Bu gün Astarada 356 ibtidai sinif var. Burada müəllim sayı 676-dır. Biz hazırda həmin müəllimləri işdən çıxarmırıq. Zamanında ayrı-ayrı direktorlar, şəxslər belə səhv edib. Hazırda nazirlik müəllim və şagird sayı arasında tarazlığı sabitləşdirməyə çalışır. Məqsəd isə müəllimlərin işdən çıxarılması deyil. Ağdamdakı məktəbdə isə 33 şagird və 14 müəllim var. Bu gün həmin məktəbdəki müəllimlər işləyirlər. Biz bu müəllimləri də işdən çıxarmağı planlaşdırmırıq”.

Nazirin sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması hazırda işləyən müəllimlərin peşəkarlığının müəyyən edilməsi, onların peşəkarlığının qorunub saxlanılmasına xidmət edir: “Bu il sertifikasiyadan keçməyən müəllimlər işini itirməyəcək. Biz müəllimlərin narahatlığını başa düşürük. Lakin müəllimləri həvəsləndirmək üçün sertifikasiyadan keçən müəllimlərin əmək haqqında 10 faiz artım olunacaq. Eyni zamanda, sertifikasiyadan yüksək nəticə ilə keçən müəllimlərin əmək haqqına 35 faiz artım olunacaq”. E. Əmrullayev onu da deyib ki, müəllimlərin sertifikatlaşdırılması imtahanında şəhid ailələrindən olan müəllimlərə hər hansı güzəşt olunması nəzərdə tutulmur: “Müəllimlərin işə qəbulu (MİQ) imtahanında onların yerləşdirilməsi baxımından güzəştlər tətbiq olunmuşdu. Lakin sertifikatlaşmada məqsəd peşəkarlığın müəyyən olunmasıdır. Bu baxımdan sözügedən kateqoriya üzrə güzəştlər tətbiq olunmayacaq”, - nazir bildirib.

“Məqsədimiz müəllimləri yormaq və ya yükləmək deyil. Bizim miflərimiz var ki, ”müəllimlər yüklənir". Biz 18 saata çatmalıyıq ki, müəllimlərin yaxşı maaşı olsun. 6 və ya 12 saat çox deyil", deyə Elm və təhsil naziri jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir qeyd edib ki, problemin həll yolu sistemli, düzgün təhsil siyasəti formalaşdırmaqdır: “Müəllimlərin 5 ildən bir 2 saatlıq sertifikasiyadan keçməsi və maaşlarına əlavə olması böyük yük və ya problem deyil”.

Nazir məktəbli formaları ilə bağlı suala isə belə cavab verib: “Məktəbli formaları bizə aid deyil. Məktəbli məktəbə formada gəlməlidir. Bu, məktəb daxilində bərabərsizliyi aradan qaldırıb, nizam-intizam gətirir. Nazirlik yalnız formaların elementlərini müəyyən edib. Bizim işimiz formaları tənzimləməkdən ibarətdir. Formaların qiyməti bazardakı digər geyimlərin qiymətindən fərqlənmir. Ümumiyyətlə, formaların satışı elm və təhsil mövzusu deyil. Bu, iqtisadi münasibətlər mövzusudur. Şagirdin məktəbə forma ilə gəlməsi məktəbin tənzimləyəcəyi addımdır”.

Nazir qeyd edib ki, orta məktəblər məktəbli formalarının tərkibini ixtisar edə bilməz: “Əgər hər hansı məktəb direktoru məktəbli formalarından hər hansı elementi (şalvar/ətək və s.) çıxarırsa, valideynləri həmin məktəblə bağlı yerli təhsil idarələrinə məlumat verməsini xahiş edirik”.

Nazir birinci sinfə qəbulla bağlı danışıb: “Birinci sinfə qəbul baxımından uşağı imtahandan keçirmək nəzəri olaraq düzgün deyil. Lakin məktəbdə 200 yer varsa, 600 nəfər orada təhsil almaq istəyir. Bu baxımdan məcburi şəkildə birinci sinfə qəbul imtahanı keçirilir. Lakin bu da bəzi məktəblər üzrə tətbiq olunur”. Onun sözlərinə görə, Bakının 6 məktəbində birinci sinfə qəbul imtahanı ləğv olunub. Yalnız rus bölməsində bu imtahan qalıb, o da yerlər məhdud olduğu üçündür. Bəzi məktəblərdə (lisey-gimnaziyalarda) birinci sinfə qəbul imtahanı ləğv olunub, 5-ci sinfə qəbul imtahanı keçirilir". Onun sözlərinə görə, Azərbaycanda rus bölməsi üzrə yerlər hər zaman məhdud olur. Bu gün ölkədə rus bölməsi üzrə 14 min yer var. Bir stol arxasında bir şagird oturmalıdır. Əgər 18 min şagird rus bölməsində təhsil almaq istəyirsə, bizdən asılı olmayaraq, “yox” deyilir. Çünki əlavə şagird sayı yeni siniflərin açılması deməkdir. Bu da bir sinifdə 40 şagirdin təhsil alması deməkdir. Belə olan halda da kadr problemi ortaya çıxır. Ümumilikdə rus bölməsi üzrə siniflərin saxlanılması müəyyən çətinlik yaradır. Biz bu istiqamətdə keyfiyyət və sayı saxlayırıq. Odur ki, bizim imkanlarla mövcud şərait uzlaşmalıdır. Hesab edirəm ki, heç bir valideyn övladının zəif təhsil almasını istəməz".

Nazir əlavə edib ki, yaxın vaxtlarda xaricdə təhsil üzrə dövlət proqramının  nəticələri açıqlanacaq: “Xaricdə təhsillə bağlı fərmandan sonra bu il mühəndislik, elm, texnologiya sahəsində olan tələbələrin xaricə göndərilməsini təmin edirik. İlk il olduğuna görə, magistr səviyyəsi üzrə xaricdə təhsil proqramının meyarlarına uyğun gələn müraciətlərin sayı düşündüyümüzdən az olub”.

O bildirib ki, 80 bakalavr, 190 nəfər isə magistr üzrə xaricdə təhsil proqramına seçilib: "Boş qalan yerlərə də elan verilib. Düşünürəm ki, bu həftə və ya gələn həftə təkrar müraciətlərə baxılacaq. Bu il ümumilikdə 300-dən artıq tələbənin xaricdə təhsil proqramına seçiləcəyini proqnozlaşdırırıq".

Əmrullayev bildirib ki, uşaq bağçalarında aparılan monitorinqlər yekunlaşmaq üzrədir: “Bu günə qədər, təxminən, 80 direktor işdən azad olunub və bir neçə yüz direktor barəsində intizam tənbeh tədbirləri görülüb. Ola bilsin oktyabr ayında bəzi bağçalarda pilot layihə olaraq uşaqlara isti yeməklərin verilməsinə başlanılsın”, - nazir həmçinin bildirib.

Əmrullayevin sözlərinə görə, “Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır: ”Bəzən bildirirlər ki, bu qərar AMEA-nın ləğvidir. Lakin belə deyil. Hər iki qurum öz nizamnamələrini hazırlayır. Növbəti aylar ərzində yeni yaradılan dövlət agentlikləri ilə bağlı ətraflı məlumatlar vermək mümkün olacaq".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL