2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video
1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?
29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər
29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu
29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?
29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib
29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür
29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb
29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”
28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir
26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır
26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir
26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var
26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’
26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib
26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”
24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri
24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir
24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”
“Təhsil sahəsində belə bir durum var və onu hamı bilir. Bakı məktəblərinin bəzi yuxarı sinif şagirdləri dərslərdən daha rahat yayınmaq üçün rayon yerlərindəki məktəblərə adlarını yazdırırlar. Bunu da elə-belə deyil, rüşvət qarşılığında edə bilirlər”.
Bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib.
O, şagirdlərin bu cür dərsdən yayınması üçün məktəb direktorlarının aldığı rüşvəti açıqlayıb:
“Deyilənə görə, Bakı məktəblərində yuxarı sinif şagirdlərinin hazırlığa rahat gedə bilmək üçün dərsdən qalmasının qarşılığı direktora veriləcək məbləğ illik 2 min 500 manatdır. Əlbəttə, indi kimsə çıxıb deyəcək ki, sübut elə. Edə bilməyəcəyəm. Çünki nə verən verdiyini, nə də alan aldığını təsdiqləyəcək. Və onu da deyirlər ki, bu iş rayon məktəblərində daha ucuz başa gəlirmiş. O səbəbdən də Bakıda yaşadığı halda uşağın adı hansısa heç tanımadığı rayonun heç yolunu bilmədiyi bir məktəbin siyahısında olur. Bax, bunu yoxlamaq çətin deyil. Buyursun Elm və Təhsil Nazirliyi də, Baş Prokurorluq da rayon yerlərindəki məktəblərdə bir araşdırma aparsın. Onda görəcəklər ki, qeydiyyatı Bakıda olan və ailəsi faktiki Bakıda yaşayan uşaqların adı necə olubsa hansısa X rayonunun X məktəbində keçir. Və o uşağı da “sinif yoldaşları” belə tanımır. İpucu verdimmi? Verdim. Haydı, buyurun, araşdırın, təhsilimizi bu natəmizlikdən xilas edin. Mənim bir jurnalist olaraq vəzifəm problemlə bağlı həyəcan təbili çalmaq idi. O təbili çaldım. Yeri gəlmişkən, bu dediyimlə Amerika kəşf eləmədim. Hamının bildiyi bir şey haqqında yazıram...”