27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir
25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO
25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb
25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı
25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?
25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir
23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb
23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)
23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı
23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR
23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’
22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO
22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb
22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar
22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”
22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı müzakirələrə səbəb olub. Rektorun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" deməsi birmənalı qarşılanmayıb.
Təhsil eksperti Nabatəli Qulamoğlu da Pravda.az-a açıqlamasında Elçin Babayevin fikirlərini tənqid edib.
“Hər yolla istəyirlər ki, gerçəkləri, həqiqətləri gizlətsinlər. Başqası sürətlə inkişaf edirsə, lap elə olsun. Sən ona çatmamısansa, deməli, geri qalmısan. Bu, nə deməkdir? Əslində, təhsilimizin geri qalması, dövlət universitetlərinin dünya reytinq cədvəllərində aşağı yer tutması müxtəlif səbəblərlə bağlıdır. Səbəblərdən ən başlıcası budur ki, Azərbaycan hökuməti təhsilə “Lenin burjuaziyaya baxan kimi” baxır. Təhsilə ayırdığı maliyyə kifayət etmir, təhsilə lazımlı kadrlar gətirmir, korrupsiya baş alıb gedir. Korrupsiya olan yerdə inkişaf ola bilməz. Bu, birmənalıdır. Elçin Babayev orda bir söz deyib, guya hardasa hansısa hakimiyyət nümayəndəsinin xoşuna gəlsin ki, “bu kişi qanadlı bir söz dedi”. Əslində o, qanad deyil, qanad bağlamaqdır - olmayan bir şeyə yalandan qanad bağlamaq. Qəti şəkildə belə bir fikri inkar edirəm. Lap sürətlə inkişaf edirlər, sən də inkişaf elə. Niyə inkişaf etmirsən? İndi biz nə edək? Gedək inkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq? Həmin zamanı götürək? Yadıma gəlir, vaxt var idi, müəllim çatmırdı, dördüncü sinfi bitirmiş uşaqları məktəbdə müəllim qoyurdular, hesab dərsi keçirdi. Həmin zamanla müqayisə edək? Məsələn, Xəzər Universiteti qismən müstəqildir, çalışırlar, təbii ki, maliyyələri çoxdur, məmurlar tərəfindən həddindən çox güclü maliyyələşir. Xəzər Universitetini çıxmaqla Azərbaycandakı bütün universitetlər, demək olar, bu vəziyyətdədir. Reytinq cədvəllərində Azərbaycan universitetlərinin yer tutmamasının səbəbi lazımi təhsil resurslarının, kadrlarının, təhsilə marağın olmamasıdır”.
N.Qulamoğlu Elçin Babayevin “sürəli inkişaf” deyərkən Qazaxıstan kimi ölkələri misal gətirməsinə isə belə cavab verib: “Guya Qazaxıstan sürətli inkişaf edib? Tamamilə yanlış fikirdir. Qazaxıstanla əlaqəm var. Onlarda da elə bir inkişaf yoxdur. Bizdən bir o qədər də fərqlənmirlər. Yeganə fərq budur ki, bizə nisbətən təhsilə babat pul qoyurlar. Pul ayırmadınsa, heç bir sahə inkişaf etmir, bu, təbiidir”.
Aytəkin Qardaşova