Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Azərbaycanın ŞƏT – də nə işi var ?

Tarix:17-09-2022, 11:46 Baxış Sayı:36

Azərbaycanın ŞƏT – də nə işi var ?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkəıəri tədbirindən paylaşılan bu foto dünəndən gündəm olub, ancaq, biz eyni zamanda belə bir qurumda olmağın bizə lazım olub olmamağına da baxmalıyıq.
Azərbaycanın dialoq ortağı statusunda iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirak bizim strateji maraqlarımıza uyğundurmu ?
Əgər Azərbaycan hakimiyyəti ŞƏT – i bizim Qərbə inteqrasiya kursumuza alternativ platforma seçib, bu quruma Avropadan gələcək demokratiya çağırışlarından müdafiə səddi kimi baxacaqsa, bu halda iştirak ancaq bizə zərər gətirə bilər. Əgər, biz Rusiyanın yandaşı olaraq orada Putinin mövqeyini müdafiə etmək üçün olacağıqsa, yenə də, o zaman bu iştirakın bizi dünyaya Rusiyanın yandaşı kimi göstərməkdən və Qərblə münasibətlərimizə mənfi təsir göstərməkdən başqa bir nəticəsi olmayacaq.

Bəs ŞƏT hansı halda bizə faydalı ola bilər, ümumiyyətlə ola bilərmi ? ŞƏT dünya nüfuzlunun 40, ÜDM-nin isə 30 %- lik bir böyük göstəriciyə sahibdir. Çinin təşəbbüsü ilə yaradılmış, üzvlər arasında strateji məsələdə birlik olmayan bu təşkilat bir qurum kimi fəaliyyət göstərə bilən dövlətlər üstü iqtisadi mexanizmlərə sahib deyil. Heç tam formalaşmış fəaliyyət mexanizmi də yoxdur, fəaliyyət forması yalnız ara – sıra keçirilən dövlət rəhbərləri və digər təmsilçilərinin görüşlərinsən ibarətdir.
Qurumun iki aparıcı üzvü Çin və Rusiya arasında Mərkəzi Asiya regionuna nəzarət uğrunda dərin strate ziddiyyətlər var. Rusiya Çinə qarşı Hindistanı, Çin də Hindistana qarşı Pakistanı ŞƏT-ə üzv daxil edib. Bu il isə İran da bu təşkilata üzv qəbul edilib.

Bizim üçün ŞƏT – geosiyasi baxımdan Rusiyanıın təsir və təzyiqlərinin qarşısını almaq üçün əhəmiyyətli ola bilər. Qazaxıstan bu yolu seçib. Bir tərəfdən sanksiyalar məsələsində Qərblə yaxın əməkdaşlıq edir, o biri tərəfdən də, öz təhlükəsizliyinə Çindən təminat alır. Tacikistan da eyni təşəbbüsə yaxın görünür. Bu baxımdan Çinin “bir kəmər, bir yol” layihəsi bizim üçün geosiyasi əmdaşlıq vektoru sayıla bilər. Bu çərçivədə Rusiyanın Ermənistan vasitəsilə ilə və Qaradağda törədə biləcəyi təxribatların qarşısının alınmasında Qərblə əməkdaşlığı davam etdirərək, eyni zamanda Çinin də təsir imkanlarından istifadə etmək faydalı ola bilər . Xüsusi ilə də Çinin Cənubi Asiyada ən yaxın müttəfiqi hesab olunan Pakistanla yaxşı münasibətlərimiz bizə Rusiyaya qarşı əlavə təsir imkanları yaradır Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyində maraqlı olan Çin bu gün öz maraqları naminə bizim regionda sabitliyin yaradılmasında çox maraqlıdır. Vaxtı ilə AB – nin dəstək verdiyi TRASEKA layihəsi Çinlə Avropa arasındakı uzlaşan kommunikasiya maraqlarının olduğunu göstərən bir amil kimi, bizim də ŞƏT çərçivəsində Çinlə əməkdaşlığımızın Qərblə münasibətlərimizə xələl gətirməyəcəyini göstərir. Bəzi idealistlər də bu praqmatik yanaşmanı heç də Qərbə qarşı Çinlə işbirliyi kimi başa düşməməlidirlər. Biz sadəcə sabitlik, ticari və Rusiyanın aqressiyasına qarşı çərçivəli əməkdaşlıq imkanlarından faydalanmağı nəzərdə tuturuq. Azərbaycanın əsas strateji iş birliyi isə heç şübhəsiz ki, Qərbin anqlosakson cinahı ilə qurulmalı və AB- yə inteqrasiya kursu alternativsiz bir strateji seçim kimi diqqətdə saxlanılmalıdır.

Rusiya isə hazırda ŞƏT üzləşdiyi sanksiyalar qarşısında mühasirə halqasını yarmaq üçün bir imkan kimi görünür. Ancaq bu heç də rahat məsələ deyil. Əslində, Ermənistan Azərbaycan arasındakı son hərbi toqquşma ilə Rusiya Qərbin sülh planını pozmaqla yanaşı, həm də Səmərqənd görüşü ərəfəsində Si Tsipinə Çinin böyük önəm verdiyi “İpək yolunun” heç də ipək kimi hamar olmaya biləcəyi mesajını vermiş oldu. Bununla Putin Səmərqənd görüşü ərəfəsində Qərbin sanksiyalarından qorxan Çinə göstərmək istəyirdi ki, Qərbin hədə qorxularına baxmayaraq onunla ticarət dövriyyəsini artırmaq lazımdır. Həmçinin Moskva Orta Asiyada onu sıxışdıran və mövqelərini sürətlə əlindən alan Çinə xatırlatmaq istəyir ki, onun Qərb bazarlarına alternativ yolla çıxışnı əngəlləyə bilər. Çin isə Tayvan məsələsinə görə ABŞ-la hər nə qədər zidiyyiyətdə olsa da, Rusiyayanın bütün istəklərini qəbul edib Qərblə toqquşmaq istəmir, əksinə, gözlənilən toqquşmanın müddətini uzatmaqla küncə sıxışılmış Rusiyanın əlindəkiləri ondan almağa, mövqelərini daha da gücləndirməyə çalışır. m
Çin üçün zəif Rusiya iqtisadi və demoqrafik genişlənmə, yumşaq ekspansiya imkanı yaradır. Bu baxımdan sanksiyalar altında olan İranın da təşkilata daxil olması, ucuz bazar və xammal axtarışında olan Çin üçün nəhəng iqtisadi maraların təmin olunması baxımından əlavə imkanlar yaradır.
Hindistan və Pakistanın da bu təşkilatda olmasını yuxarıda deyilənlərə əlavə etsək, o zaman ŞƏT – in Qərbə qarşı geosiyasi ittifaq kimi fəaliyyət göstərmək imkanında olmadığını görərik. Mövzunu uzatmamaq üçün əsas üzvlərin bir bir ilə toqquşan maraqlarını ayrıca şərh etmirik. Son olaraq Misir, Qətər və Səudiyyə Ərəbistanına da ŞƏT- də dialoq ortaqlığının verilməsi və üzvlük üçün gözləyən üç Cənubi Şərqi Asiya ölkəsini də nəzərə alsaq, məsələ xeyli mürəkkəbləşir və təşkilatın strateji birlik perspektivlərini aradan qaldırır.
Ancaq üzvlərin əksəriyyətinin qeyri demokratik olması və Qərblə problemlərinin olması, heç də onların bir blok kimi Qərblə rəqabət edə biləcəyi anlamına gəlmir. Bu baxımdan hesab edirəm ki, indiki halda Azərbaycan dövləti olaraq biz Qərbə inteqrasiya prosesinə və strateji iş birliyimizə xələl gətirməyən imkanlardan faydalanmağı bacarmalıyıq. Ancaq təəssüf ki, Azərbaycan bu gün ŞƏT – də öz maraqlarına görə deyil, Rusiyanın yandaşı kimi yer aldığından, bu real deyil .

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL